‘204 saylı məktəb’ yarlıqlı göndərişlər

Xocalı soyqırımı 204 saylı məktəbin şagirdlərinin gözü ilə

Oxunma sayı: 5786

Uğur və zirvə ili

2010-cu il mənim həyatımda uğur və zirvə ili oldu! Həm bu ildə, həm də həyatım boyu əldə etdiyim bütün uğur və nailiyyətlərimə görə öncə valideynlərimə, müəllimlərimə və sonra da məni əhatə edən yaxşı insanlara çox minnətdaram. Pedaqoji fəaliyyətimə 1996-cı ildə Xətai rayonundakı 204 nömrəli orta məktəbdə biologiya müəllimi kimi başladım. Hazırda da bu məktəbdə çalışıram. 2008-2009-cu tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi oldum. Ardı »

Oxunma sayı: 4969

Müəllimlərin ekologiya üzrə regional seminarı

Gürcüstanın Batumi şəhərində “Müəllimlərin ətraf mühit üzrə regional seminarı” keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, seminar Norveç Təbiəti Mühafizə Cəmiyyətinin “Enerji və Resurslardan İstifadə üzrə Məktəbli Layihəsi” (SPARE) çərçivəsində baş tutub. Regional seminarda SPARE proqramının Azərbaycan üzrə milli əlaqələndiricisi Nailə İsmayılova, proqramın tətbiqi layihələr üzrə koordinatoru Mirabbas Məmmədov,  “Araz” Ekologiya liseyinin direktoru S.Mikayılova,  204 saylı məktəbin biologiya müəllimi Almaz Həsrət, Ardı »

Oxunma sayı: 5672

“Açıq dərs” yüksək qiymətləndirildi

Bakı şəhərindəki Ələkbər Əliyev adına 204 nömrəli məktəb 1981-ci ildə fəaliyyətə başlayıb. 1176 şagird yerlik məktəbdə hazırda 64 sinifdə 1271 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 165 müəllim məşğul olur. Məktəbdə dərslər müasir metodlarla keçilir. 204 nömrəli orta məktəb 2008-2009-cu tədris ilini yüksək göstəricilərlə başa vurub. 103 məzundan 56-sı ali məktəblərə daxil olub. Məktəbin 13 məzunu 500-dən, 4 məzunu isə 600-dən çox bal toplayıb. Ardı »

Oxunma sayı: 14032

Şəbəkədaxili qarşılıqlı fəaliyyət yolu ilə dərslərin qurulması

Şəbəkədaxili qarşılıqlı fəaliyyət yolu ilə dərslərin qurulması.
İnternet çox böyük və geniş virtual aləmdir. Onun bu imkanlarından təhsil sistemində tətbiqinin xüsusi yeri var. İndi isə xarici ölkədə yaşayan müəllimlər və şagirdlərlə birgə işləməsi üçün rahat olan yeni İnternet xidməti ilə tanış etmək istərdim.  Campus.ru- Beynəlxalq Təhsil şəbəkəsində müntəzəm olaraq müəllimlərin yeni kompüter texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi üçün yeni-yeni layihələr tədbiq olunur. Ardı »

Oxunma sayı: 7455

Beynəlxalq təhsil saytlarının tədrisdə tətbiqinin əhəmiyyəti

Beynəlxalq təhsil saytlarının tədrisdə tətbiqinin əhəmiyyəti

Almaz İsrail qızı Həsrət 6 iyul 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə Bakının Xətai rayonundakı 204 nömrəli orta məktəbi gümüş medalla bitirib. 1991-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub. 1996-cı ildən doğma təhsil ocağında – 204 nömrəli orta məktəbdə biologiya fənnini tədris edir. 1998-ci ildə keçirilmiş Azərbaycan müəllimlərinin XI qurultayının, həmçinin Azərbaycan qadınlarının qurultayının nümayəndəsi olub. Ardı »

Oxunma sayı: 6049

Bakı şəhər ümumtəhsil məktəbləri şagirdlərinin yaradıcılığına həsr olunmuş konfrans

Aprelin 10-da 1 nömrəli orta məktəbdə «Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında» mövzusunda Bakı şəhər ümumtəhsil məktəbləri şagirdlərinin yaradıcılığına həsr olunmuş konfrans keçirilib. Tədbirdə təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, respublikanın tanınmış alim və pedaqoqları, paytaxtın orta məktəb şagirdləri iştirak ediblər. Konfransı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva açaraq ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cü illər)»nın icrası ilə əlaqədar təhsil müəssisələrində silsilə tədbirlərin həyata keçirildiyini söyləyib.  Ardı »

Oxunma sayı: 3847

Ölkə məktəbliləri üçün yaz tətili günləri

17-24 mart tarixləri ölkə məktəbliləri üçün yaz tətili günləridir. Bu il mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, bayram günlərinin istirahət günlərinə düşməsi ilə əlaqədar tədris beş gün aparılan müəssisələrdə dərslər martın 29-da, altı gün aparılan müəssisələrdə isə martın 26-da başlayacaq.

Qaynaq: Təhsil Nazirliyinin Mətbuat xidməti

Oxunma sayı: 3884

204 saylı məktəbdə 2 fevral "Gənclər günü" qeyd olundu

2 fevral 2010-cu il Gənclər günü ilə əlaqədar Milli qəhrəman Ələkbər Əliyev adına 204 saylı orta məktəbin akt zalında həmin məktəbin məzunları ilə görüşə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.
Azərbaycanın dövlət himninin oxunması ilə başlayan tədbiri məktəbin direktoru Ziba xanım Rzayeva çıxış sözü ilə açıq elan etdi.
Ziba xanım Rzayeva ilk öncə tədbirə gələn qonaqları, məzunları, şagirdləri və valideynləri salamladı. Ziba xanım bildirdi ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci il tarixində elan edilmiş “2 fevral Azərbaycanda Gənclər Günü” kimi qeyd edilir. Ardı »

Oxunma sayı: 4522

Bu gün Bakı şəhəri üzrə fənn olimpiadası keçirilir

Bü gün Bakı şəhərində növbəti fənn olimpiadası keçirilir.
Rayon üzrə keçirilmiş fənn olimpiadalarında qalib gəlmiş orta məktəb şagirdləri bu gün növbəti dəfə şəhər turunda keçirilən fənn olimpiadasında öz biliklərini sınayırlar. Biologiya və kimya fənni üzrə olimpiada Bakı şəhərinin 8 saylı orta məktəbində keçirlir.
Məktəbin direktoru Aytən xanım həmin təhsil ocağında olimpiadanın keşirilməsi üçün çox gözəl şərait yaradıb. Hər fənn üzrə əvvəlcədən səliqə ilə hazırlanmış cədvəldə hansı otaqda hansı siniflərin olacağı qeyd olunmuşdur. Ardı »

Oxunma sayı: 4678

“Biologiya” fənn (VI-XI siniflər) kurikulumu layihəsinin növbəti geniş müzakirəsi

biologiya22221 dekabr 2009-cu il tarixdə Kurikulum Mərkəzində “Biologiya” fənn (VI-XI siniflər) kurikulumu layihəsinin (məzmun standartlarının) növbəti geniş müzakirəsi keçirildi.

Tədbirdə TPİ, ADPU, AMİ və Bakı şəhərinin 204 saylı orta məktəbin biologiya fənn müəllimləri iştirak edirdilər. Tədbirdə TPİ-nin baş elmi işçisi Rauf Sultanov, aparıcı elmi işçiləri Firudin Orucov və Rasim Rəhmanov, böyük elmi işçiləri Könül Mahmudova və Arzuman Qəmbərov; Ardı »

Oxunma sayı: 4353

Kurikulum Mərkəzində “Biologiya” fənn (VI-XI siniflər) kurikulumu layihəsinin müzakirəsi

kurikulum_biol218 dekabr 2009-cu il tarixdə Kurikulum Mərkəzində “Biologiya” fənn (VI-XI siniflər) kurikulumu layihəsinin (məzmun standartlarının) geniş müzakirəsi keçirildi. Kurikulum Mərkəzinin direktoru, TPİ-nin direktor müavini, pedaqoji elmlər namizədi, dosent Ənvər Abbasov tədbiri giriş sözü ilə açaraq “Biologiya” fənn kurikulumunun (VI-XI siniflər) layihəsi barədə qısa məlumat verdi.
Sonra “Əsas və orta təhsilin kurikulumu” şöbəsinin “Təbiət-riyaziyyat fənlərinin təlimi” Ardı »

Oxunma sayı: 6585

Qlobal İstiləşmə və İqlim Dəyişikliyi – Dəyirmi Masa

qlobal_Istileshme1Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu bu gün, 16 dekabr 2009-cu il tarixdə “Caspian Plaza” Hotelinin Biznes Mərkəzində “Qlobal İstiləşmə və İqlim Dəyişikliyi” mövzusunda Dəyirmi-Masa keçirmişdir.
Tədbiri giriş sözü ilə Fondun prezidenti, prof. Rauf Sultanov açmışdır. O, qlobal istiləşmə və iqlim dəyişikliyinin dünyada ən aktual məsələlərdən biri olduğunu vurğulayaraq, bununla bağlı dövlətlərin, müvafiq təşkilatların bir çox işlər gördüyünü qeyd etmişdir.
Oktyabr-noyabr aylarında Bakı şəhərinin 4 orta məktəblərində (Xətai rayonu 204 saylı orta məktəb, Xətai rayonu 287 saylı Zəkalar liseyi, Araz Ekoloji liseyi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi) “Qlobal İstiləşmə və İqlim Dəyişkənliyi” mövzusunda interraktiv üsullarla təlimlər keçən Fondun ekoloqu Sadiq Rzayev, təlimləri özündə cəmləşdirən slayd-şou göstərərək, geniş məlumat vermişdir. Ardı »

Oxunma sayı: 3293

Müəllim və İKT

Müəllimlərə İKT təlimi On beş mindən çox müəllim təhsildə İKT-nin tətbiqi üzrə treyninqlərdə iştirak etmişdir

“2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzə Dövlət Proqramı” çərçivəsində ümumtəhsil məktəblərinin 15 mindən artıq müəllimi təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə treninqlərdə iştirak etmişdir. Ardı »

Oxunma sayı: 3556

Beynəlxalq təhsil layihəsi "Home. Planetlə görüş"

Beynəlxalq təhsil layihəsiBu il sentyabrın 21-dən dekabr ayının 25-nə kimi “Home. Planetlə görüş” Beynəlxalq təhsil layihəsi keçirilir.

Buraya Rusiya və MDB ölkələrinin təhsil işçiləri, müəllimlər, tələbələr, şagirdlər dəvətlidirlər. Bu Beynəlxalq təhsil layihəsində iştirak edəcək xarici orta məktəblər arasında Azərbaycanı təmsil edəcək Bakıdakı şəhid Ələkbər Əliyev adına 204 saylı orta məktəbin də adı var.

Ardı »

Oxunma sayı: 4104
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters