Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

‘abituriyent’ yarlıqlı göndərişlər

Azadinform.az-a açıqlamam: Qiyabi təhsil lazımdırmı? – Əmək bazarında yaranan problem və çətinliklər

Almaz Həsrət

Ali təhsil müəssisələrində təhsilalma formaları əyani və qiyabi olmaqla iki cür müəyyən edilir. Tələbələrin əksəriyyəti əyani təhsil formasına üstünlük verir, lakin buna baxmayaraq qiyabi təhsili seçənlər heç də azlıq təşkil etmir.
Qiyabi təhsil tələbələrə oxumaqla yanaşı hər hansı bir sahədə işləməyə də şərait yaradır. Bu səbəbdən qiyabi təhsil formasına bu gün ölkəmizdə tələbat hələ də davam etməkdədir. Amma qiyabi təhsil forması əyanidən asan görünsə də burada tələbənin üzərinə yük daha çox düşür. Belə ki, əyani təhsil alan tələbələrin bir sessiya üçün 4-5 aya keçdiyi dərs qiyabilərə 1 aya tədris olunur. Bu da təbii olaraq tələbənin materialı tapmağına, mənimsəməsinə və imtahan nəticələrinin yaxşı olmağına çətinlik yaradır. Ardı »

Oxunma sayı: 188

Sınaq imtahanının nəticələri açıqlandı

06.04.2014

06.04.2014

Ali məktəblərə qəbul üçün aprelin 6-da keçirilmiş sınaq imtahanının nəticələri elan olunub. Abiturientlər imtahan nəticələrini öyrənmək üçün iş nömrəsini 7727 nömrəsinə göndərə və ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet saytına daxil olaraq tanış ola bilərlər.  Nəticələrə aşağıdakı linkə daxil olmaqla baxmaq olar: Ardı »

Oxunma sayı: 5068

4 abituriyent 700 bal topladı

Təbriklər

Təbriklər

Azərbaycanda 4 abituriyent 700 bal topladı. III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 4 abituriyent maksimal nəticə əldə edərək 700 bal toplaylıb. Bu barədə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. Bildirilib ki, imtahan nəticələri bir azda TQDK-nın rəsmi saytına yerləşdiriləcək. Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola biləcəklər. Ardı »

Oxunma sayı: 3529

Orta məktəbi bitirən bütün məzunlara attestat veriləcək

Təhsil naziri Mikayıl Cabbarov

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu müraciət əsasında ölkə Prezidenti tərəfindən orta məktəbləri bitirən şagirdlərin hamısına attestatların verilməsi ilə bağlı Nazirliyin təklifinin araşdırılması prosesinin sürətləndirilməsi üçün tapşırıq verilib. Ardı »

Oxunma sayı: 3245

Attestat qiymətləri şişirdilib

TQDK

“Orta məktəblərdə bütün fənlər üzrə attestat qiymətləri şişirdilib” – Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, Azərbaycanın orta məktəblərində attestat qiymətlərinin şişirdilməsi faktı bütün fənlərdə qeydə alınıb. TQDK-dan APA-ya daxil olan məlumata görə, bu şişirdilmə coğrafiya, fizika və tarix fənləri üzrə qiymətləndirmədə özünü daha qabarıq göstərir. Coğrafiya fənnindən əlaçı abituriyentlərin 33,61%-nin, fizika fənnindən 32,60%-nin və tarix fənnindən isə 32,68%-nin uyğun fənlər üzrə qəbul imtahanlarında topladıqları nisbi balları 20-dən az olub. Ardı »

Oxunma sayı: 2506

Abituriyentlərin nəzərinə!

TQDK

1) 2012/2013-cü tədris ili üçün ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanları zamanı abituriyentlərə hər ixtisas qrupunda aşağıda göstərilən iki imtahan fənni üzrə 25 tapşırıqdan 5-i açıq tipli test tapşırığı şəklində təqdim olunacaq: Ardı »

Oxunma sayı: 3847

İmtahan nəticələri ilə attestat qiymətləri

Məleykə Abbaszadə

“Məzunlarının 96 faizinin imtahan nəticələri ilə attestat qiymətləri fərqlidir”,  “2000 manat Avropada müəllim üçün normal maaşdır, amma bizim bütün müəllimlər təhsildə qoyduğumuz tələblərə uyğundurmu?” Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin APA-ya müsahibəsi:
Ali məktəblərə bu il keçirilmiş qəbul imtahanlarının nəticələrini necə qiymətləndirirsiniz? Nəticələr Sizi qane etdimi? Ardı »

Oxunma sayı: 4011

Abituriyentlərə və valideynlərə xəbərdarlıq

xaricdə təhsil

“Xarici ölkələrin universitetlərinin imtahansız qəbul elanlarına aldanmayın!”. TQDK-nın keçirdiyi qəbul imtahanları arxada qaldı. Keçid balını toplayan abituriyentlər iyulun 22-dən başlayaraq TQDK-nın internet səhifəsində ixtisas seçimi edirlər. Keçən illərə nisbətən bu il qəbul imtahanlarında uğur qazana bilməyən abituriyentlərin sayı olduqca çoxdur. Belə ki, əksəriyyət 0-100 bal arası nəticə göstərib. Belə abituriyentlərdən ruhdan düşməyib gələn il imtahan verməyə hazırlaşanlar da var, sənədlərini texnikuma verənlər də. Ardı »

Oxunma sayı: 4578

“Məktəbdə şagirdə tam dəyər verilmir”

Cahandar Camallı

Cahandar Camallı müəllim-şagird münasibətlərindən narazıdır… Bu il I qrup üzrə 4 abituriyent test kitabçasındakı 125 sualın hamısına düzgün cavab verərək maksimum nəticə göstərə bilib. “Həftə içi” olaraq bu abituriyentlərin ikisini sizə təqdim etmişik. Bugünkü müsahibimiz daha bir rekorda imza atan abituriyent, 263 saylı orta məktəbin məzunu Cahandar Camallıdır. Cavadxan bizimlə söhbətə əvvəlcə özü haqqında məlumat verməklə başladı: Ardı »

Oxunma sayı: 5399

“Çoxları inanmırdı ki, mən 700 bal toplayaram”

Xavər Feyzullayeva

Xavər Feyzullayeva: “Bu uğurum oxuduğum məktəbin yox, Araz kursunun nailiyyətidir”. Ali məktəblərə qəbul imtahanları zamanı ilk dəfə 700 bal 2008-ci ildə toplanılıb. Bu il isə yalnız I qrup üzrə 4 abituriyent test kitabçasındakı 125 sualın hamısına düzgün cavab verərək maksimum nəticə göstərə bilib. Keçən həftə belə abituriyentlərdən birini sizə təqdim etmişdik. Bugünkü həmsöhbətimiz daha bir rekorda imza atan abituriyent, 299 saylı orta məktəbin məzunu Xavər Feyzullayevadır. O, söhbətə əvvəlcə özü haqqında məlumat verməklə başladı: Ardı »

Oxunma sayı: 12300

“Repititor yanına getməsəydim 700 bal toplaya bilməzdim”

Əli Əliyev

Bu il ali məktəblərə qəbul imtahanları zamanı I qrup üzrə 4 abituriyent test kitabçasındakı 125 sualın hamısına düzgün cavab verərək 700 bal toplayıb. Bunlardan biri də 287 saylı Zəkalar liseyinin məzunu Əli Əliyevdir. Əli digər 700 bal toplayan abituriyentlərdən fərqlənir. Belə ki, o, tam orta təhsil haqqında attestatı imtahan vermədən, ANS telekanalında yayımlanan “Ağıl dəryası” yarışmasından əldə edib. Qazandığı uğurlarla yanaşı, Əli təhsil aldığı müddətdə bir sıra çətinliklərlə də üzləşib. Bunu onun öz dilindən eşidək: Ardı »

Oxunma sayı: 10088

Azərbaycanın ali məktəblərinə ixtisas seçimi başlayıb

Məleykə Abbaszadə

Bu gündən Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarında iştirak edərək müsabiqəyə buraxılan abituriyentlərin ixtisas seçiminə başlanılıb. Trend-in məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ixtisas seçiminin iyulun 24-də başlaması nəzərdə tutulmuşdu, lakin iki gün əvvələ keçirildi. Abbaszadə qeyd edib ki, ixtisas seçimi avqustun 2-dək davam edəcək.   Ardı »

Oxunma sayı: 2817

Özəl universitetlər 100 bal toplamış abituriyentləri qəbul edir

Abituriyent

Azərbaycanda bəzi özəl universitetlər 100 bal toplamış abituriyentləri də qəbul edər – TQDK sədri. Azərbaycanda özəl universitetləri yalnız tələbənin sayı maraqlandırır. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, TQDK ali məktəbə qəbul zamanı müsabiqəyə buraxılmış abituriyentlərin ən yaxşılarını seçir. 200 bal toplamış abituriyentlər prestij ixtisaslara qəbul oluna bilmirlər. Onların əsas qəbul olunduqları yerlər özəl ali məktəblərdir. Ardı »

Oxunma sayı: 5593

IV qrupun müsabiqə şərtlərində dəyişiklik

TQDK

Ali məktəblərin IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtlərində dəyişiklik edilib. TQDK-nın mətbuat xidmətindən ANN.az-a verilən məlumata görə, bədən tərbiyəsi və idman istiqaməti üzrə dövlət sifarişli ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün tələb olunan bal 150-dən 100-ə, ödənişli ixtisaslarda müsabiqəyə buraxılma balı isə 100-dən 75-ə endirilib.

Qaynaq: TQDK

Oxunma sayı: 2799

IV qrupun nəticələri açıqlandı

İmtahan

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə iyulun 16-da keçirilmiş qəbul imtahanının nəticələrini bu gün açıqlayıb. Nəticələr TQDK-nın internet saytında yerləşdirilib. (burada – http://www.tqdk.gov.az/ali2011net/). İmtahan nəticələri barədə məlumatı həmçinin Azercell və Bakcell nömrələrindən mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir. Ardı »

Oxunma sayı: 8867
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters