‘ali məktəb’ yarlıqlı göndərişlər

Ali məktəblər Bakı ətrafına köçürüləcək

"Şərq" qəzetinə müsahibə

“Şərq” qəzetinə müsahibə

Universitetlər ətrafında tələbə şəhərciklərinin salınacağı gözlənilir. Bakıdakı ali məktəblərin şəhər ətrafına köçürülməsi və tələbələrin yataqxanalarla təmin olunması illərdir müzakirə predmetidir. Əksər ali təhsil ocaqlarının paytaxtın mərkəzində cəmlənməsi və düşərgələrinin mövcud olmaması ölkəyə, ölkənin təhsil həyatına yalnız mənfi nəticələr vəd edib. Çünki sözügedən universitetlərin böyük tıxaclara səbəb olması paytaxtı iflic hala gətirib. Digər tərəfdən həmin təhsil ocaqlarında ətrafdakı səs-küy səbəbindən tədrisin keyfiyyəti aşağı düşür.  Ardı »

Oxunma sayı: 1662

Sınaq imtahanının nəticələri açıqlandı

06.04.2014

06.04.2014

Ali məktəblərə qəbul üçün aprelin 6-da keçirilmiş sınaq imtahanının nəticələri elan olunub. Abiturientlər imtahan nəticələrini öyrənmək üçün iş nömrəsini 7727 nömrəsinə göndərə və ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet saytına daxil olaraq tanış ola bilərlər.  Nəticələrə aşağıdakı linkə daxil olmaqla baxmaq olar: Ardı »

Oxunma sayı: 5157

Misir Mərdanovdan rektorlara xəbərdarlıq: “Hər bir neqativ hala görə məsuliyyət daşıyırsınız”

Təhsil naziri ali məktəblərdə keçiriləcək imtahanlarla bağlı əmr verdi.
Təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrində 2013-cü ilinin qış imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək və yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə əmr imzalayıb. Ardı »

Oxunma sayı: 2358

Ali məktəblərə qəbul üçün test üsulu ləğv edilir

İmtahan

Azərbaycanda sonuncu “Təhsil haqqında” Qanun 2009-cu ildə qəbul olunub. O zaman yeni sənədin qəbulu Azərbaycan cəmiyyətində belə bir fikir formalaşdırmışdı ki, təhsilin keyfiyyəti tezliklə yüksələcək, amma aradan xeyli müddət ötəndən sonra belə düşüncələr alt-üst oldu. “Təhsil haqqında” yeni qanun bu sahədə hər hansı ciddi irəliləyişə səbəb olmadı. Ardı »

Oxunma sayı: 4673

“Repititor yanına getməsəydim 700 bal toplaya bilməzdim”

Əli Əliyev

Bu il ali məktəblərə qəbul imtahanları zamanı I qrup üzrə 4 abituriyent test kitabçasındakı 125 sualın hamısına düzgün cavab verərək 700 bal toplayıb. Bunlardan biri də 287 saylı Zəkalar liseyinin məzunu Əli Əliyevdir. Əli digər 700 bal toplayan abituriyentlərdən fərqlənir. Belə ki, o, tam orta təhsil haqqında attestatı imtahan vermədən, ANS telekanalında yayımlanan “Ağıl dəryası” yarışmasından əldə edib. Qazandığı uğurlarla yanaşı, Əli təhsil aldığı müddətdə bir sıra çətinliklərlə də üzləşib. Bunu onun öz dilindən eşidək: Ardı »

Oxunma sayı: 10288

Özəl universitetlər 100 bal toplamış abituriyentləri qəbul edir

Abituriyent

Azərbaycanda bəzi özəl universitetlər 100 bal toplamış abituriyentləri də qəbul edər – TQDK sədri. Azərbaycanda özəl universitetləri yalnız tələbənin sayı maraqlandırır. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, TQDK ali məktəbə qəbul zamanı müsabiqəyə buraxılmış abituriyentlərin ən yaxşılarını seçir. 200 bal toplamış abituriyentlər prestij ixtisaslara qəbul oluna bilmirlər. Onların əsas qəbul olunduqları yerlər özəl ali məktəblərdir. Ardı »

Oxunma sayı: 5736

Daha bir dövlət universitetində təhsil haqları artırılacaq

Təhsil haqqı

Ali təhsil müəssisələrində təhsil haqlarının artırılması ilə bağlı xəbəri istər tələbələr, istərsə də abitruyentlər narazılıqla qarşılayıb. Hamı təhsil haqlarının artımının əhalinin hazırki maddi vəziyyətinə uyğun olmadığı qənaətindədir. Və o da qeyd olunur ki, hazırda təhsil haqları universitetlərdə verilən təhsilin keyfiyyəti ilə müqayisədə olduqca yüksəkdir. Yəni təhsil haqları artırılır, təhsilin keyfiyyəti isə yox. Bəs universitetlər bu barədə nə düşünür. Bu dəfə artırılan təhsil haqqlarının müqabilində tələbələr nə qazanacaq? Ardı »

Oxunma sayı: 2829

Təhsil Nazirliyindən yeni təklif

Misir Mərdanov jurnalistlərə açıqlama verib. Təhsil Nazirliyi paytaxtdan kənar ali təhsil müəssisələrinə qəbul ballarının Bakıdakı ali məktəblərlə müqayisədə aşağı salınması təklifi ilə çıxış edib. Bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov məlumat verib. Nazir ali məktəblərin ödənişli ixtisaslarına qəbul olunan məcburi köçkün tələbələrin ödənişdən azad olunduqlarını da xatırladaraq “biz istəyirik ki, bunun üçün büdcədə kompensasiya nəzərdə tutulsun” deyib. Ardı »

Oxunma sayı: 3367

Bu ilki məzunların nəticəsi

“Biz hesab edirdik ki, mərkəzləşdirilmiş buraxılış imtahanlarından keçən bu ilki məzunlar qəbul imtahanlarında 200 baldan yuxarı nəticə göstərəcəklər. Mərkəzləşdirilmiş imtahanlardan keçənlər arasında 0-100 bal toplayanların da sayı azalaraq 5-3 faiz ola bilər. Amma qəbul imtahanlarında bu ilin məzunlarının 28 faizi 0-100 bal toplayıb. Bu göstəricilər bizim gözlədiyimiz nəticə deyil”. APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bu il orta məktəbi bitirənlərin yalnız 65%-i ali məktəbə qəbul üçün ərizə verib. Ardı »

Oxunma sayı: 3822

Təhsil haqqı artırılır?

Təhsil haqqının artırılması təklifi narazılıq doğurdu. Firudin Cəlilov: “Təhsil haqqının artırılması kasıb ailələrin belini qırmaqdan başqa bir şey deyil”.  QayNar:  Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair fikirlərini jurnalistlərlə bölüşərkən belə bir fikir işlədib ki, iqtisadyönümlü ixtisaslar üzrə təhsil haqqının 1500 manat məbləğində müəyyənləşdirilməsi narahatlıq doğurur. Ardı »

Oxunma sayı: 3150

Azərbaycanın ali məktəblərinə müsabiqədənkənar daxil olmaq üzrə sənədlərin qəbulu iyunun 1-dən başlanacaq

İyunun 1-dən Azərbaycanın ali məktəblərinə müsabiqədənkənar daxil olmaq hüququna malik beynəlxalq olimpiadaların, dünya və Avropa çempionatlarının qalibləri olan abituriyentlərin sənədlərinin qəbulu başlayır. Bu barədə cümə axşamı jurnalistlərə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, sənədlər həm Bakıda, eləcə də TQDK-nin regional şöbələrində qəbul ediləcək. Ardı »

Oxunma sayı: 3602

850 məktəbin məzunu tələbə ola bilməyib!

Məzunların 33 faizə qədəri ali məktəbə qəbul olmaq üçün daha 10 il hazırlaşmalıdır

“2009-cu ildə ali məktəblərə qəbul imtahanlarında iştirak edən 107 min abituriyentin 39,2 faizi 0-100 bal arasında nəticə göstərib. Bu, o deməkdir ki, həmin abituriyentlərin heç biri həmin nəticələrlə ali təhsil ala bilməz. Amma biz məcburuq ki, 50-100 bal arasında nəticə göstərmiş 2,6 faiz abituriyenti də ali məktəblərə qəbul edək. Belə olmamalıdır, ali təhsil almaq istəyən insan 50 bal toplayıbsa, gələcəkdə heç idman müəllimi də işləyə bilməz. Ardı »

Oxunma sayı: 4867
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters