‘ali təhsil’ yarlıqlı göndərişlər

Təhsil Nazirliyindən xəbərdarlıq

Mikayıl Cabbarov

Mikayıl Cabbarov

Son vaxtlar Rusiya və Ukraynanın ali məktəblərinə tələbə göndərmək adı ilə şirkət və firmalar tərəfindən müxtəlif elanlar verilir. Belə qurumlar Azərbaycanda rəsmi qeydiyyatdan keçdiyini və qanuni tələbə mübadiləsilə məşğul olduğunu bəyan etməklə xaricə oxumaq istəyənləri cəlb etməyə çalışır. Maraqlıdır, Təhsil Nazirliyi bu şirkətlər vasitəsilə imtahan vermədən yalnız attestatla xarici ali məktəblərə qəbul olanların diplomlarını tanıyacaqmı? Ardı »

Oxunma sayı: 2478

Tələbələr təhsil ödənişindən azad olunur

Milli məclis

Azərbaycanda valideynini itirmiş tələbələr təhsil ödənişindən azad olunur. Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, dövlət və özəl təhsil müəssisələrində ödənişli təhsil alan uşaqların təhsil haqqı dövlət hesabına ödəniləcək. Milli Məclisin Sosial siyasət komitəsinin çərşənbə axşamı keçirilən iclasında bununla bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Ardı »

Oxunma sayı: 5358

Məleykə Abbaszadənin keçirdiyi sorğu qərəzlidir

Hamlet İsaxanlı

“Ali məktəblərin reytinqini TQDK-nın göstərdiyi meyarlara əsasən təyin etmək qətiyyən doğru deyil”. Hamlet İsaxanlı: “… Sabah mən də bir reytinq tərtib edərəm, özüm bildiyim, istədiyim meyarları seçərəm. Belə olmaz. Dünyanın böyük təşkilatları, şirkətləri bunu edir”. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin reytinq cədvəlini açıqlayıb. “Abituriyent” jurnalının 12-ci sayında verilmiş reytinq cədvəlinə Bakı Ali Neft Məktəbi başçılıq edir. Sonrakı sıralanmada AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Diplomatiya Akademiyası, Bakı Dövlət Universiteti… və daha 5 ali məktəbin adı verilib. Ardı »

Oxunma sayı: 2781

Azərbaycanda valideynini itirmiş uşaqlar bu ildən pulsuz ali təhsil alacaqlar

Hadi Rəcəbli

Milli Məclis “Valideynlərini itirmiş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişiklik edəcək. Azərbaycanda valideyni olmayan, yaxud valideyn himayəsindən məhrum olan uşaqların pulsuz ali təhsil almaları ilə bağlı bu il qanunvericiliyə əlavə və dəyişikliklər olacaq. Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. O qeyd edib ki, bununla bağlı “Valideynlərini itirmiş uşaqların sosial müdafiəsi haqqında” qanuna əlavə və dəyişikliklər olacaq. Ardı »

Oxunma sayı: 2409

Ali və orta məktəb tələbələrinin biliyini Nazirlər Kabineti müəyyənləşdirəcək

Nazirlər kabineti

Azərbaycan Nazirlər Kabineti bəzi sənədlərə dəyişikliklər edib. Nazirlər Kabinetindən cümə günü Trend-ə verilən məlumata görə, Azərbaycanda ümumtəhsil məktəbində təhsilverənlərin və təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının keçirilməsi qaydalarını müəyyənləşdirmək səlahiyyətləri yalnız Azərbaycan Nazirlər Kabinetinə aid olacaq. Ardı »

Oxunma sayı: 2378

Boloniya sisteminə keçmişik, amma…

Boloniya sistemi

2005-ci ilin may ayının 19-da Norveçin Berqen şəhərində Ali təhsili inkişaf etdirmək məqsədilə bir addım atıldı. Azərbaycan Boloniya prosesinə qoşuldu. Bu sistemin əsas məqsədilərinə “Avropa Ali təhsil məkanı” yaratmaq və təhsilin keyfiyyətini yüksəltmək daxildir. Bəs görəsən Boloniya sistemi Azərbaycanda necə tətbiq olunur? Araşdırmaya müxtəlif universitetlərin tələbələrilə söhbətdən başladıq. Bakı Dövlət Universitetində təhsil alan İlkin Həsənov bildirir ki, Azərbaycan Boloniya prosesinə qoşulsa da hələ də bir çox çatışmazlıqlar var. Ardı »

Oxunma sayı: 2932

TQDK abituriyentlərin sənədlərinin təsdiqi prosesinin başlanma vaxtını təyin edib

Aprelin 30-dan etibarən TQDK-nın saytında elektron ərizələrini doldurmuş abituriyentlər onları müvafiq sənəd qəbulu üzrə komissiyalara təqdim etmək üçün çap edə bilərlər. Trend Life-a verilən məlumata görə Azərbaycanın ali təhsil müəssisələrinə ərizə qəbulu aprelin 20-də başlayıb və 31 maya kimi davam edəcək. Azərbaycan ali təhsil müəssisələrinə daxil olmuş abituriyentlərin sənədləri aprelin 30-dan mayın 31-ə kimi təsdiq olunacaq. Ardı »

Oxunma sayı: 3025

Nazirlər Kabineti Azərbaycanın təhsil sistemində dövlət standartlarını təsdiq edib

Azərbaycanın Nazirlər Kabineti orta ixtisas, ilk peşə və ali təhsil proqramlarını və dövlət standartlarını təsdiq edib. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir. Dövlət standartları və proqramlar “Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin fərmanının icra edilməsi məqsədilə qəbul olunub. Dövlət standartları ilk peşə-ixtisas təhsilinin məzmununu; ilk peşə-ixtisas təhsilinin idarə olunmasını; ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazasını; Ardı »

Oxunma sayı: 3768

Tələbələrimiz dünyanın 84 ölkəsində təcrübə keçəcəklər

Azərbaycan Tələbələr Birliyi (ATB) texniki təcrübə üçün tələbə mübadiləsi üzrə Beynəlxalq Assosiasiyanın (IAESTE) tamhüquqlu üzvü olub.
Assosiasiyaya üzv olmaq azərbaycanlı tələbələrə bu ildən etibarən dünyanın 84 ölkəsinin universitet və biznes strukturlarında təcrübə keçmək imkanı verir. Bu barədə Birliyin mətbuat xidmətindən deyilib. Bu, azərbaycanlı tələbələrə Assosiasiyanın üzv ölkələri tərəfindən tanınan sertifikat əldə etməyə imkan verəcək. Ardı »

Oxunma sayı: 3815

Milli Məclisin komitə sədri: “Olimpiada qaliblərinin ali məktəblərə imtahandan kənar qəbulu qaydaları hazırlanacaq”

olimpiada“Təhsil haqqında” qanunun icrası ilə bağlı dövlət başçısı tərəfindən xüsusi sərəncam imzalanıb. Yeni qanuna uyğun olaraq, olimpiada qaliblərinin ali məktəblərə imtahandan kənar qəbul edilməsinin qaydaları hazırlanacaq. Bununla bağlı Nazirlər Kabinetinə 3 ay vaxt verilib. Qanun qüvvəyə minən gündən oradakı bütün maddələr reallaşmaq üçün tam hüquqi əsaslara malik olacaq”. Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev gələn il ali məktəblərə keçiriləcək qəbul imtahanlarında olimpiada qaliblərinə güzəşt edilib-edilməyəcəyi məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hazırda Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi üzərində də iş gedir: “Payız sessiyası dövründə bu qanunun qəbul ediləcəyini deyə bilmərəm. Amma bu qanunu artıq birinci oxunuşa çıxarmaq iddiasındayıq. Hazırda gündəlikdə olan məsələ “Elm siyasəti haqqında” qanun layihəsidir. Yaxın günlərdə layihəni komitədə müzakirəyə çıxaracağıq”. Ardı »

Oxunma sayı: 4190
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters