‘Bakı Şəhəri üzrə Təhsil İdarəsi’ yarlıqlı göndərişlər
Təhsil işçilərinin 2010-cu il sentyabr konfranslarının keçirilməsi haqqında
Təhsil naziri Misir Mərdanov təhsil işçilərinin 2010-cu il sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb. Nazirliyin məbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əmrdə qeyd olunub ki, konfranslar 2010-2011-ci dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, mövcud vəziyyəti obyektiv qiymətləndirmək və inkişafyönümlü əməli təkliflər hazırlamaq məqsədilə təşkil olunacaq. Nazirin əmrinə əsasən tapşırılıb ki, 6-14 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları keçirilsin, konfransların keçiriləcəyi günlərin qrafiki təsdiq edilsin, konfranslar plenar və bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində Ardı »
Təhsil Nazirliyi pulsuz “qaynar xətt” xidməti yaradılmasını planlaşdırır
Azərbaycan Təhsil Nazirliyi pulsuz “qaynar xətt” xidmətinin yaradılmasını planlaşdırır. Bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib.
“Azercell ilə danışıqlar aparılaraq pulsuz “qaynar xətt” xidməti yaratmaq istəyirik. İctimaiyyətin təhsil sistemi ilə bağlı davamlı suallarını cavablandırmaq üçün bu vacibdir”, – Mərdanov qeyd edib.
Bakı Şəhər Təhsil İdarəsinin məktəblərdə mətbuat xidmətinin yaradılması barədə təklifinə münasibət bildirən nazir buna heç bir ehtiyacın olmadığını deyib. Ardı »
Oxunma sayı: 271Şagirdlərdən hədiyyə tələb edənlər cəzalandırılacaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın təhsil ictimaiyyətinə və KİV-lərə müraciət etdi…
Bakı Şəhəri üzrə Təhsil İdarəsi bayram ərəfəsində məktəblilərdən hədiyyə tələb olunmasını ilə bağlı müraciət yayıb. Müraciətdə deyilir ki, hər bayram ərəfəsində məktəblərdə hədiyyələr yığılması, müəllimlərin şagirdlər və valideynlər qarşısında müəyyən tələblər qoyması barədə bəzi mətbu orqanlar, elektron KİV-lərdə əsassız xəbərlər verilir və sanki Azərbaycan müəlliminin adına və nüfuzuna xələl gətirmək uğrunda yarış başlayır.
Lent.az-ın məlumatına görə, müraciətdə qeyd olunur ki, bayram günlərində Ardı »
Bakıda bəzi məktəb direktorları kompüterdə işləyə bilmirmiş
Bakının Qaradağ rayonu üzrə məktəb direktorlarının informaiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bacarıqlarının öyrənilməsi istiqamətində monitorinqlər keçirilib. Modern.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, Qaradağdakı 166 saylı məktəbdə aparılan monitorinqdə bu rayon üzrə 25 məktəb direktorundan 14-ü iştirak edib. Digər 11 direktor isə üzrlü səbəblərdən keçirilən yoxlamada iştirak edə bilməyib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyevanın əmrinə əsasən aparılan monitorinqdə Ardı »
“Təhsil, zaman və biz” adlı baxış sərgi keçiriləcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsində “Təhsil, zaman və biz” adlı baxış sərginin keçirilməsi məqsədilə hazırlıq işlərinə başlanılıb. Sərgini təşkil etməkdə əsas məqsəd son 3 ildə Bakının təhsil sistemində həyata keçirilən yenilik və novator yanaşmaları nümayiş etdirməkdir.
Sərgidə BŞTİ-yə tabe olan məktəb, məktəbəqədər və məktəbdənkənar müəssisələrin əksəriyyəti iştirak edəcəklər. Ardı »
Oxunma sayı: 154




