Get Adobe Flash player

‘biologiya’ yarlıqlı göndərişlər

Fənn olimpiadalarının yekun turu keçirildi

Təhsil Nazirliyinin 22 fevral 2010-cu il tarixli əmrinə müvafiq olaraq martın 17-18-də Bakı şəhərində fənn olimpiadalarının yekun turu keçirildi. Kimya və biologiya fənləri üzrə bilik yarışlarına gələnlər ənənəvi olaraq Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseydə öz biliklərini sınayırdılar. Burada olimpiadaya lazımi hazırlıq işləri görülmüşdü. Liseyin dördmərtəbəli əsas tədris korpusunun II mərtəbəsi biologiyadan, III mərtəbəsi isə kimyadan yarışanların ixtiyarına verilmişdi. Ardı »

Oxunma sayı: 251

Konstruktiv təlimlə keçirilən biologiya dərs nümunəsi

Hilalə Nəsibovanın konstruktiv təlimlə keçdiyi biologiya dərsləri. Müəllim şərhi. Bakı şəhəri Nərimanov rayonu 225 saylı orta məktəbin təlim tərbiyə üzrə direktor müavini.
Bunyatovanın konstruktiv təlim mərkəzində iki treninq kecdikdən sonra mən dərslərimi tədricən bu üsulla qurmağa başladım. Bir neçə müddətdən sonra bu üsullardan istifadə edərək IX sinifdə biologiyadan «Qan dövranının təkamülü, əhəmiyyəti. Limfa dövranı» mövzusunda nümayiş dərsi keçmək üçün öncə onu layihələşdirməli idim. Layihə nə deməkdir? Bunu mən necə başa düşürəm?  Orta məktəbdə işlədiyim illər müddətində mən həmişə hər bir dərsə hazırlaşıb dərsin planını tuturdum. Ardı »

Oxunma sayı: 289

Olimpiadada Bakını 200-ə yaxın şagird təmsil edəcək

Hər il istedadlı şagirdləri aşkara çıxartmaq məqsədilə fənn olimpiadaları təşkil olunur. Respublika fənn olimpiadasına hazırlıq məqsədilə 3 mərhələdən ibarət yarışmada məktəblilər iştirak ediblər. Bakı məktəb və şəhər mərhələlərini artıq geridə qoyub. Yanvar ayının 10-da keçirilən Bilik yarışının şəhər turunun II mərhələsində 1068 şagird iştirak edib. İştirakçı şagirdlər arasında yalnız BŞTİ-nin deyil, Təhsil Nazirliyinin tabeçiliyində olan özəl məktəb və liseylərin şagirdləri də vardı. Fənn olimpiadasının həmin turundan 200-ə yaxın şagird yüksək nəticələr əldə edərək növbəti tura vəsiqə qazanıb. Qeyd edək ki, şagirdlər məktəblilərin fənn olimpiadasının respublika turunda yeddi fənn üzrə yarışacaqlar. Ardı »

Oxunma sayı: 155

Fənn olimpiadasının şəhər turu yekunlaşdı

Respublika fənn olimpiadasına hazırlığın sonuncu mərhələsi artıq yekunlaşıb. Yanvarın 10-da Bakının 3 təhsil müəssisəsində məktəblilərin fənn olimpiadasının şəhər mərhələsinin ikinci turu keçirilib. Qeyd edək ki, BŞTİ-nin müdiri Nailə Rzaquliyevanın imzaladığı əmrə əsasən şəhər mərhələsinin I turunun qaliblərinin siyahısı da təsdiq edilib. Bu siyahıya coğrafiya və xarici dil fənləri üzrə VI – XI, digər fənlər üzrə isə VII – VIII siniflərdə oxuyan və I turdan qalib ayrılmış şagirdlərin adları salınıb.
Həmçinin II turda iştirak etmək hüququ qazanan IX – XI sinif şagirdlərinin də siyahısı müəyyənləşdirilərək yerlərə bu barədə məlumat verilib. Ardı »

Oxunma sayı: 183

BİOLOGİYA FƏNNİ KURİKULUMU (VI-XI siniflər)

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN BİOLOGİYA FƏNNİ KURİKULUMU   (VI-XI siniflər)    Giriş

Biologiya fənn kurikulumu və onun xarakterik cəhətləri. Biologiya fənn kurikulumu ölkəmizdə aparılan təhsil islahatının yerinə yetirilməsi istiqamətində görülmüş işlərdən biri kimi meydana çıxmışdır. Ardı »

Oxunma sayı: 387

Bu gün Bakı şəhəri üzrə fənn olimpiadası keçirilir

Bü gün Bakı şəhərində növbəti fənn olimpiadası keçirilir.
Rayon üzrə keçirilmiş fənn olimpiadalarında qalib gəlmiş orta məktəb şagirdləri bu gün növbəti dəfə şəhər turunda keçirilən fənn olimpiadasında öz biliklərini sınayırlar. Biologiya və kimya fənni üzrə olimpiada Bakı şəhərinin 8 saylı orta məktəbində keçirlir.
Məktəbin direktoru Aytən xanım həmin təhsil ocağında olimpiadanın keşirilməsi üçün çox gözəl şərait yaradıb. Hər fənn üzrə əvvəlcədən səliqə ilə hazırlanmış cədvəldə hansı otaqda hansı siniflərin olacağı qeyd olunmuşdur. Ardı »

Oxunma sayı: 144

Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların tədbiqi

Almaz müəllimə şagirdlərləAlmaz Həsrət bilgi@almazhasret.com

Biz XXI yüzilin ilk illərini yaşayırıq. Bu gün doğulan, dünyaya gələn uşaqlar, bu gün ilk addımlarını atan körpələr XXI yüzilin son illərinin dünyəvi məsələlərini həll edəcəklər, bəşəriyyəti yaşadacaqlar.

“Millətimizin sabahı” dediyimiz uşaqlar həyatımızın gələcəyi, ömrümüzün davamıdır. Onların təlim-tərbiyəsinə, sağlamlığına düzgün münasibət bəşəriyyətin aydın sabahının, parlaq gələcəyinin təminatıdır. XXI əsrdə yaşayacaq nəsillərin təlim-tərbiyəsinin, sağlamlığının, xoşbəxt həyatının təməli bugünümüzdən başlayır. Ardı »

Oxunma sayı: 807
Ən yaxşı müəllim
Banner
Sizi xoş gördük, uşaqlar!
Arı bal toplayır
Video dərslər
Təhsil Müsabiqəsi
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010 Участник Всероссийского интернет-педсовета-2010
Sayğac








free counters