Get Adobe Flash player

‘buraxılış imtahanı’ yarlıqlı göndərişlər

Bu ilki məzunların nəticəsi

“Biz hesab edirdik ki, mərkəzləşdirilmiş buraxılış imtahanlarından keçən bu ilki məzunlar qəbul imtahanlarında 200 baldan yuxarı nəticə göstərəcəklər. Mərkəzləşdirilmiş imtahanlardan keçənlər arasında 0-100 bal toplayanların da sayı azalaraq 5-3 faiz ola bilər. Amma qəbul imtahanlarında bu ilin məzunlarının 28 faizi 0-100 bal toplayıb. Bu göstəricilər bizim gözlədiyimiz nəticə deyil”. APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bu il orta məktəbi bitirənlərin yalnız 65%-i ali məktəbə qəbul üçün ərizə verib. Ardı »

Oxunma sayı: 51

Buraxılış imtahanlarının cavabları

Əziz məzunlar!

Buraxılış imtahanlarının cavablarını öyrənmək üçün  kodunuzu buraya yazmaqla oyrənə bilərsiniz.

2009/2010-cu dərs ili üzrə attestata yazılacaq yekun qiymətlər

Sizə uğurlar!!!

Oxunma sayı: 864

Orta təhsil səviyyəsi üzrə (XI sinif) buraxılış imtahanlarının nəticələri yekunlaşdırılıb.

İmtahan aparılan fənlər üzrə şagirdlərin attestatına yazılacaq yekun qiymətləri barədə məlumatlar 21 iyun 2010-cu il tarixində saat 17.00 radələrində Təhsil Nazirliyinin internet saytının (www.edu.gov.az) imtahan bölməsində yerləşdiriləcək. Şagirdlər attestat qiymətləri ilə yanaşı, alacaqları attestatların seriya və nömrələrini görə biləcəklər. Əsas təhsil səviyyəsi üzrə (IX sinif) buraxılış imtahanlarının nəticələrinə görə imtahan fənləri üzrə şagirdlərin şəhadətnaməsinə yazılacaq qiymətlər haqqında məlumatlar 23 iyun 2010-cu il tarixində Təhsil Nazirliyinin Ardı »

Oxunma sayı: 574

Şagirdlərin attestatına yazılacaq yekun qiymət

Əziz məktəblilər! Sizdən mənə çoxlu sayda məktub və zənglər gəlir. Hamınıza, mənə göstərdiyiniz etimad və inamınıza görə təşəkkür edirəm. Sizlərin hamınızın soruşduğu əksər suallar da, bu ilki buraxılış imtahanları və onların yekunu qaydaları ilə bağlıdır. Hətta attestat qiymətinin necə çıxarılacağı barədə də geniş məlumat istəyirsiniz. Sizin bu istəyinizi nəzərə alaraq mən buraxılış imtahanı və şagirdlərin attestatına yazılacaq yekun qiymətin necə çıxarılacağı barədə məlumatı burada yerləşdirməyi qərara aldım. Buyurun lazımı informasiyaları buradan ala bilərsiniz: Ardı »

Oxunma sayı: 828

IX siniflər üzrə buraxılış imtahanlarının vaxtı dəyişdirildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yeri dəyişdirilib. Bununla əlaqədar Bakı və Sumqayıt şəhərlərinin və həmin ərazilərdə məskunlaşmış köçkün məktəblərinin IX sinifləri üzrə buraxılış imtahanları 14 iyun 2010-cu il tarixindən 18 iyun 2010-cu il tarixinə keçirilib.
Qaynaq: Təhsil Nazirliyi

Oxunma sayı: 120

Azərbaycanın bölgələrində ümumtəhsil məktəblərinin buraxılış imtahanları keçirilib

Azərbaycanın bölgələrində cümə axşamı ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib. Trend-n Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Zaqatala, Qobustan rayonlarında təşkil olunan imtahanlar ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənləri üzrə keçirilib. Ardı »

Oxunma sayı: 195

Ümumtəhsil məktəblərinin buraxılış imtahanlarının qaydaları

Azərbaycanda ümumtəhsil məktəblərində iyunun 3-dən etibarən keçiriləcək buraxılış imtahanlarında IX sinif şagirdləri iki, XI sinif şagirdləri isə səkkiz fənn üzrə imtahan verəcək. Bu barədə çərşənbə axşamı ümumtəhsil məktəblərində buraxılış imtahanlarına hazırlıqla bağlı keçirilən iclas zamanı təhsil naziri Misir Mərdanov bildirib. Mərdanov nəzərə çatdırıb ki, XI sinif şagirdləri üç, IX sinif şagirdləri isə bir saat 30 dəqiqə ərzində imtahan verəcəklər. Nazir Respublika fənn olimpiadalarında I yer tutmuş, həmçinin müxtəlif beynəlxalq səviyyəli olimpiadalarda, bilik və idman yarışlarında müvəffəqiyyət əldə etmiş buraxılış siniflərinin şagirdlərinin imtahanlardan Ardı »

Oxunma sayı: 138

Azərbaycanın XI, XII siniflərində 104037 şagird təhsil alır

Müqayisə üçün qeyd edək ki, bu göstərici 2007-ci ildə 116812, 2008-ci ildə 117535, ötən il isə 113186 nəfər olub. Ümumtəhsil məktəblərinin XII sinfini başa vuran şagirdlər 2007-ci ildə 524, 2008-ci ildə 311, 2009-cu ildə 637 nəfər olduğu halda, bu il onların sayı 720 nəfər təşkil edir. 2009-2010-cu dərs ilində I sinif şagirdlərinin sayı 118581 nəfər olub. Bu göstərici 2007-ci ildə 117921, 2008-ci ildə isə 119600 nəfər təşkil edib. Ardı »

Oxunma sayı: 102

Builki buraxılış imtahanlarının keçirilmə tarixləri

Ümumtəhsil məktəblərində orta təhsil pilləsi üzrə buraxılış imtahanları
3 iyun- Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarında;
7 iyun- Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında; Ardı »

Oxunma sayı: 1757

2010-cu il üzrə orta məktəblərdə sınaq və buraxılış imtahanlarının vaxtı

Təhsil Nazirliyinin Şəhərlər üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə şöbəsindən saytımıza bildirilib ki, sınaq imtahanları 2010-cu ilin 28 fevral – 4 aprel aralığında, buraxılış imtahanları isə iyunda keçiriləcək.
Modern.az-ın məlumatına görə , təhsil naziri Misir Mərdanov əsas və orta təhsil kursu üzrə buraxılış imtahanlarının aparılması barədə əmr imzalayıb. Əmrə əsasən, 2009-2010-cu dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən əsas və orta təhsil kursunu bitirməyən Ardı »

Oxunma sayı: 7320

Sınaq imtahanları yaxınlaşır

İlk olaraq onbirincilər biliklərini sınayacaqlar.
Fevral ayının 27-də XI, 28-də isə IX siniflər üçün sınaq imtahanları keçiriləcək. Artıq sınaqların keçirilməsi üçün rayonlar üzrə məktəblər, imtahan mərkəzləri müəyyənləşib. XI siniflərdə hər otaqda 18, IX siniflərdə isə 24 şagird yerləşdiriləcək.

Şagirdlərin imtahan verəcəkləri 8 fənn isə Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənləridir. Bununla yanaşı, nəzarətçilərin də siyahısı artıq müəyyənləşib. Ardı »

Oxunma sayı: 366

Mərkəzləşdirilmiş imtahanlar təhsili proqnozlaşdıracaq

Təhsil Nazirliyinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyevanın dediyinə görə, mərkəzləşdirilmiş şəkildə buraxılış imtahanları birinci dəfə 2005-2006-cı tədris ilində keçirilmişdir və imtahanlarda 172 məktəbdən 5011 şagird iştirak etmişdir.

“Artıq 2006-2007-ci tədri ilində 11866 şagird mərkəzləşdirilmiş imtahandan keçmiş və onlardan 10865-i (91,56 %) müsbət qiymət almışdır. Keçən il respublikanın bütün orta məktəbləri (Naxçıvan istisna olmaqla) və peşə liseyləri, eksternat üsulu ilə təhsil verən müəssisələr mərkəzləşdirilmiş imtahanların keçirilməsi üçün müraciət ediblər. Ardı »

Oxunma sayı: 209

Yoxlama və buraxılış imtahanları nə vaxt keçiriləcək?

Təhsil nazirinin müvafiq əmrinə əsasən, bu tədris ilində respublikanın ümumtəhsil məktəblərində əsas və orta təhsil kursları üzrə yoxlama imtahanları 2010-cu ilin 27 fevral – 4 aprel tarixləri arasında, peşə liseylərində yoxlama imtahanı isə 21 fevral tarixində keçiriləcək.

Orta təhsil kursu üzrə yoxlama imtahanlarının respublikanın 4 ayrı-ayrı bölgəsində aşağıdakı tarixlərdə təşkil edilməsi nəzərdə tutulub:

Bakı və Sumqayıt şəhərləri – 27 fevral; Ardı »

Oxunma sayı: 395
Ən yaxşı müəllim
Banner
Sizi xoş gördük, uşaqlar!
Arı bal toplayır
Video dərslər
Təhsil Müsabiqəsi
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010 Участник Всероссийского интернет-педсовета-2010
Sayğac








free counters