‘dərs’ yarlıqlı göndərişlər

Kurikulum Mərkəzində Respublika müəllimlərinin görüşü

05.01.2014

05.01.2014

2014-cü il yanvar ayının ilk həftəsində növbəti dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzində “Yeni təlim proqramı (kurikulumlar): Respublikamızın məktəblərində işin təşkili, reallıqlar, perspektivlər” mövzusunda elmi-praktik konfransın reallaşdırılması üçün görüş keçirilib. Görüşdə təhsil nazirinin müşaviri Ağababa İbrahimov, TPİ-nin direktoru Qulu Novruzovdirektor müavini, Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasov, Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə II Layihənin əlaqələndirmə Qrupunun məsləhətçisi Almaz Həsrət, Kurikulum Mərkəzinin şöbə müdirləri iştirak edib. Ardı »

Oxunma sayı: 5915

Dərsdən çıxan bir uşaq… Çıxıb neyləsin?

Almaz Həsrət

Almaz Həsrət

Əməkdar müəllim Almaz Həsrət bizimlə söhbətində məsələnin gündəmə gəlməsinin təqdirəlayiq olduğunu bildirdi: “Hər bir şeydə nəzəriyyəçiliklə yanaşı, praktiklik də olmalıdır. Yəni şagird nəyisə öyrənmək istəyirsə, onun praktiki xüsusiyyətlərini əlində yük kimi götürməli, onu yaşamalıdır. Belə ki, məktəblərdə hər bir fənnin profilinə uyğun dərnəklər fəaliyyət göstərməlidir”. A.Həsrətin fikrincə, bu cür dərnəklər sovet dövründə necə fəaliyyət göstəribsə, onları eynilə təkrarlamağın heç bir faydası yoxdur: “Nə yaranırsa, öz orijinallığında qalır, onun surəti isə öz xüsusiyyətini itirir. Bu baxımdan, biz daha yenisini yaratmalıyıq. Dərnək və ya fakultativ məşğələ yaranarsa belə, adı eyni olsa da, fəaliyyəti tam fərqli olmalıdır». A.Həsrət hesab edir ki, xüsusən hazırki vaxtda bu cür dərnəklərin və ya əlavə məşğələlərin yaradılmasına ehtiyac daha çoxdur:  …”

Ardı »

Oxunma sayı: 2966

Dərslər sentyabrın 15-dən başlanmalıdır

Almaz Həsrət

Almaz Həsrət

“İsti havada sərinkeşi olmayan bir auditoriyada oturmaq mümkünsüzdür”.
Təhsil naziri Mikayıl Cabbarov bu il Azərbaycanda yeni tədris ilinin sentyabrın 16-da başlayacağına dair qərarın birmənalı olduğunu deyib. Məktəblilərin tətil müddətindən də söz açan nazir 3 ay yarım yay tətilinin şagirdlərin istirahəti üçün çox uzun müddət olduğunu vurğulayıb: “Beynəlxalq təcrübədə yay tətilləri uzun olduqda uşaqların bilik səviyyələrinin məktəbə gələrkən xeyli aşağı düşdüyünü göstərir. Ardı »

Oxunma sayı: 2829

Orta məktəblərdə olimpiya dərsləri keçiriləcək

Çingiz Hüseynzadə

“Azərbaycanda orta məktəblərdə olimpiya dərslərinin keçirilməsi nəzərdə tutulub”. Bunu Lent.az-a açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib. Onun sözlərinə görə, bununla bağlı hazırda Təhsil Nazirliyi ilə danışıqlar aparılır: “Bildiyiniz kimi, təhsil naziri dəyişdiyi üçün bu məsələ bir qədər gecikdi. Amma hazırda müzakirələr aparılır”.  Ardı »

Oxunma sayı: 2967

Biologiya və coğrafiya müəllimlərinə müjdə

Həyata hazırlıq

Azərbaycanın orta məktəblərində VI-VIII sinif şagirdləri üçün yeni fənn – “Həyat bilgisi” tədris ediləcək. Bu barədə Təhsil Nazirliyindən məlumat veriblər. Nazirlikdən bildirilib ki, bu yenilik tədrisdə aparılan islahatlar və kurikulumların tətbiqi ilə əlaqədardır. Hazırda “Həyat bilgisi” fənni I-V sinif şagirdlərinə keçirilir. Məktəblərdə V sinif şagirdlərinə “Həyat bilgisi” bu dərs ilindən tədris edilir. Ardı »

Oxunma sayı: 6168

Məktəbdə ev tapşırıqları qadağan edildi

Mən yoruldum…

Almaniyanın Şimali Reyn-Vestfaliyada bölgəsindəki Elza-Braendstroem gimnaziyasının şagirdlərinin dərsdən sonra istirahət etmək, idman və musiqi ilə məşğul olmağa vaxtları olsun deyə, onları ev tapşırıqlarından azad edəcəklər. ANN.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə “Brigitte Fontayn” məktəbinin direktoru “Westdeutsche Allgemeine Zeitung” qəzetindəki müsahibəsində bildirib. Ardı »

Oxunma sayı: 2606

Dərslərin dayandırılma müddəti uzadıla bilər

Təhsil nazirliyi

Azərbaycan ərazisində hava şəraitinin yenidən kəskinləşməsi ilə əlaqədar ölkənin ümumtəhsil məktəblərində dərslərin dayandırılma müddətinin uzadılması məsələsinə baxıla bilər. Bunu Trend-ə Təhsil Nazirliyinin kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib. “Bu barədə qərar havanın necə keçməyindən asılı olaraq verilə bilər. Qarlı şaxtalı hava şəraiti davam etsə, dərslərin dayandırılma müddətinin uzadılması məsələsinə baxıla bilər”, – Əhmədov qeyd edib.  Ardı »

Oxunma sayı: 2753

Orta məktəblərdə rus dili müəllimləri işsiz qalıb

Müəllim

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi problemlə bağlı BMT-yə hesabat ünvanlayıb. Bu il bir çox orta ümumtəhsil məktəblərində rus dili fənninin tədrisi dayandırılıb. Nəticədə rus dili və rus ədəbiyyatını tədris edən müəllimlər işsiz qalıb, övladlarına rus dilinin öyrənilməsini istəyən valideynlər isə bundan narazılıq edirlər.  Azərbaycan Qadın Hüquqşünaslar Forumu və İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadovanın redaksiyaya bildirdiyinə görə, Bakı sakini Jalə Babayevə rus dili və rus ədəbiyyatı fənnini tədris edən müəllim kimi işsizlikdən şikayətlidir.  Ardı »

Oxunma sayı: 3288

Təhsildə qlobal trendlər

Cəsarət Valehli

Yeni dövrdə bilik qazanma anlayışları dəyişir. Artıq təhsilalanlar təhsilverənlərdən klassik bilik qazanma metodlarının əvəzində araşdırmaya və öyrənməyə qabil dəyərlər tələb edirlər. Dünyanın dəyişmə sürəti xüsusilə son 20 il ərzində o qədər artıb ki, iqtisadi həyatda, sosio-mədəni dəyərlərdə, elm və texnologiyada və həyatın bütün sahələrində dinamik dəyişikliklərə şahid oluruq. Bütün bu dəyişikliklər ali təhsil sektoru, universitet anlayışı və idarəetmə modellərinə, təhsil və tədris texnologiyalarına əsaslı surətdə təsir göstərir. Bütün gələcək düşüncənin yol xəritəsini müəyyənləşdirəcək trendləri təsbit etmək üçün təkcə idarəetmə qurumlarının deyil, həm də insanların çalışma etika və mentalitetinin dəyişməyə böyük ehtiyac var. Ardı »

Oxunma sayı: 4395

Şagirdlərin dərsdən yayınma səbəbləri

Məktəb

Dövlət Statistika Komitəsi “Ümumtəhsil məktəblərində davamiyyət səviyyəsi haqqında” seçmə statistik müayinənin yekunlarına dair məlumat yayıb. Komitədən Modern.aza verilən məlumatda bildirilir ki, dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də ölkədə təhsilin inkişafı, onun maddi texniki bazasının möhkəmləndirilməsidir və son illər Azərbaycanda bu istiqamətdə məqsədyönlü işlər aparılır. “Bununla belə, bu sahədə məktəb yaşlı uşaqların təhsildən yayınma hallarının olması narahatçılıq doğurur. Belə halların səbəblərini araşdırmaq məqsədi ilə Dövlət Statistika Komitəsi 2011-ci ilin aprel ayında Ardı »

Oxunma sayı: 3353

Tədris ilində dəyişiklik olmayacaq

məktəb

“Eurovision-2012” mahnı müsabiqəsinin təşkili ilə bağlı 2011-2012-ci tədris ilinin planlaşdırılmasında hər hansı dəyişiklik gözlənilmir. Bu barədə Gün.Az-a açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı bildirib. Yeni tədris ilinin “Eurovision-2012” ilə əlaqədar olaraq 15 gün tez başlayıb və 15 gün tez bitəcəyi barədə yayılan şayiələrə münasibət bildirən Zəminə Əliqızı vurğulayıb ki, tədris ili son illərdə olduğu kimi, bu dəfə də sentyabrın 15-də başlayacaq. “Tədris ilinin başqa bir tarixdə başlaması ilə bağlı yayılan hər hansı məlumat yalandır və Ardı »

Oxunma sayı: 2780
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters