‘dərslik’ yarlıqlı göndərişlər

Dərsliklər barədə

Almaz Həsrət

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR.
2017-2018-ci tədris ilinin başlamasına bir neçə gün qalıb. Ancaq məktəbli dərsliklərindəki problemlərlə bağlı iddialar bitmir.

Bir qrup müəllim yeni tədris ilinə hazırlanan biologiya dərsliklərində çoxlu sayda səhv olduğundan şikayət edirlər.

Əməkdar müəllim Almaz Həsrət Lent.az-a bildirib ki, kurrikulumun tətbiqinə başladıqdan sonra hazırlanan dərsliklərdə çoxlu sayda qüsur aşkarlayıblar: “Artıq neçə ildir ki, biologiya dərsliklərində elmi, şəkil, redaktə və s. kimi səhvlər ortaya çıxarırıq. Ardı »

Oxunma sayı: 12

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: ” Dəhşətə bax! Onlara deməyə söz tapmıram…”

Qənirə Paşayeva

“Təhsil Nazirliyi mütəxəssislərin dərsliklərlə bağlı qaldırdığı ciddi problemə çox həssas və təcili münasibət göstərməlidir”.

Bunu millət vəkili Qənirə Paşayeva dərsliklərlə bağlı müəllimlərin açıqlamalarına münasibət bildirərkən deyib.
Q.Paşayeva bildirib ki, çoxlu səhvlər aşkarlanan dərsliklər yenidən hazırlanmalı, həmin dərslikləri hazırlayanlar və ona nəzarət edib düzəlməsinə cavabdeh şəxslər tamamilə prosesdən uzaqlaşdırılmalıdır: “Bu məsələ çox narahat edici və ciddi bir məsələdir. Əgər bir dərslikdə şagird səhv tutursa, bu, çox üzücü haldır. Ən narahat edən məsələ isə əməkdar müəllim Almaz Həsrətin vurğuladığı yanaşmadır. Ardı »

Oxunma sayı: 9

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya AÇIQ MƏKTUB

Almaz Həsrət

Hörmətli Mehriban xanım,
Biz, orta məktəblərin 10-cu sinifləri üçün dərslik komplektinin müəllifləri təəssüf hissi ilə Sizə təkrar müraciət etmək məcburiyyətində qalmışıq. Belə ki, 03 iyun 2017-ci il tarixində Şəxsinizə ünvanladığımız müraciətdə guya alternativ əsaslarla təşkil olunmuş satınalma nəticəsində qalib elan edilmiş dərslik komplektinin çoxsaylı elmi səhvlərlə zəngin olduğunu, bununla bağlı Təhsil Nazirliyinə ünvanlanan müraciətlərimizə başdansovdu cavab verildiyini və gərəkli tədbirlər görülməzsə yetişməkdə olan nəslə yanlış savad verilə biləcəyini qeyd etmişdik. Ardı »

Oxunma sayı: 10

Biologiya müəllimlərinin və valideynlərin nəzərinə

Almaz Həsrət

Hörmətli, biologiya müəllimləri!
Biologiya fənninin 10-cu sinif üçün yazılmış və qalib elan olunmuş dərsliyini oxudum. Çox təəssüf ki, bu dərslikdə çoxlu elmi səhvlər, dil, üslub, sxem, rəqəm, cədvəl, termin və s. var. Təhsil Nazirliyinin dərsliklərin ictimai müzakirəyə çıxarıldığı saytda rəyimi bildirdim. Həmin rəyimi burada da açıq şəkildə həmkarlarımın oxunması üçün yerləşdirirəm. Ancaq səhifə-səhifə etdiyim qeydləri açıq şəkildə nazirliyə göndərmirəm. Ardı »

Oxunma sayı: 284

Tia.az-a açıqlamam: “Məktəbliləri intihara sürükləyən şəkil”

Almaz Həsrət

Son vaxtlar orta məktəb dərsliklərində aşkarlanan qüsurların sayı demək olar ki, tükənmir. Bu dəfə 10-cu sinif Azərbaycan Tarixi kitabında Babilər hərəkatı bölməsində üsyan rəhbəri olan xanımın dərslikdə asılmış vəziyyətdə şəkli diqqətimizi cəlb etdi. Azərbaycan Respublikasının Əməkdar müəllimi Almaz Həsrət TİA.AZ-a bildirdi ki, belə şəkil dərslikdə qətiyyən verilməməlidir: “ Bu cinayəti açıq-aşkar göstərir . Orta məktəb dərsliklərində müasir tələblər çox diqqətlə nəzərə alınmalıdır.  Ardı »

Oxunma sayı: 322

Mətbuata açıqlamam: “Qü­sur­lu dərs­lik­lə­ri­miz”

Əməkdar müəllim  Almaz Həsrət

Əməkdar müəllim
Almaz Həsrət

Əmək­dar mü­əl­lim, təh­sil eks­per­ti Al­maz Həs­rə­tin söz­lə­ri­nə gö­rə, hər gö­rü­lən iş­də müt­ləq ki­çik də ol­sa qü­sur olur: “Elə in­san­lar var ki, dərs­lik­lər­də olan müs­bə­ti de­yil, yal­nız ki­çik də ol­sa xır­da qü­sur­la­rı ax­tar­ma­ğa ça­lı­şır­lar. San­ki bu­nun­la öz­lə­ri­ni da­ha mü­kəm­məl sa­va­da ma­lik ol­du­ğu­nu gös­tər­mək is­tə­yir­lər. Am­ma bu qü­sur­la­rı bö­yüt­mək­dən­sə səhv­siz ki­tab­la­rın ha­zır­lan­ma­sı yo­lun­da bir­gə fəa­liy­yət gös­tər­mə­yə cəhd gös­tər­mək gə­rək­dir. Bu iş­də də yal­nız bir­lik və dəs­tək ol­ma­lı­dır”. Ardı »

Oxunma sayı: 662

“Azərbaycan məktəb və pedaqoji fikir tarixi” dərsliyinin təqdimatı olub

professor Hüseyn Əhmədov

professor Hüseyn Əhmədov

“Azərbaycan məktəb və pedaqoji fikir tarixi” dərsliyinin ikinci nəşri pedaqoji fikir tariximizdə mühüm hadisədir. Müəllim kadrları hazırlayan ali məktəb tələbələri, magistr, doktorant və dissertantlar, tədqiqatçılar, həmçinin müəllimlər üçün nəzərdə tutulan bu dərsliyin müəllifi – SSRİ PEA-nın müxbir üzvü, Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü, pedaqogika üzrə elmlər doktoru, professor Hüseyn Əhmədov uzun illərdir ki, Azərbaycan məktəb və pedaqoji fikir tarixi problemi ilə bağlı tədqiqatlar aparır. Onun “XIX əsr Azərbaycan məktəbi” adlı iri həcmli monoqrafiyası Azər¬bay¬canda pedaqoji elmin inkişafında mühüm rol oynamış və bu sahədə yeni tədqiqat işlərinin meydana gəlməsinə güclü təkan vermişdir. Ardı »

Oxunma sayı: 2891

Azərbaycanda bu dərslik ləğv edilir

bilirsinizmi?

bilirsinizmi?

Azərbaycanın iqtisadi-sosial və fiziki coğrafiyası ümumi “Coğrafiya” dərsliklərində tədris olunacaq. Orta məktəblərdə keçirilən “Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası” və “Azərbaycan Respublikasının fiziki coğrafiyası” dərslikləri ləğv olunur. Azərbaycanın iqtisadi-sosial və fiziki coğrafiyası ümumi “Coğrafiya” dərsliklərində tədris olunacaq. Təhsil Nazirliyi modern.az-ın sorğusunu təsdiq edib. “8-ci sinifdə “Coğrafiya” fənni ləğv olunmur və bu sinif üçün “Coğrafiya” dərslik komplektinin hazırlanması məqsədilə Təhsil Nazirliyi tender elan edib. Ardı »

Oxunma sayı: 3018

Orta məktəb dərsliklərinin hazırlanmasında yenilik

Yenilik...

Yenilik…

Orta məktəb dərsliklərinin hazırlanmasında yenilik tətbiq ediləcək. Azərbaycanda ali məktəblər orta məktəb dərsliklərinin hazırlanması prosesində iştirak edəcəklər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bununla bağlı ali məktəb rəhbərləri ilə görüşdə də müzakirələr aparılıb. Nazir hesab edir ki, ali məktəblərin orta məktəb dəsliklərinin yazılması prosesinə cəlb olunması həmin təhsil müəssisləri üçün də maraqlıdır: “Ali təhsil müəssisələrinin müəllimləri dərsliklərin hazırlanmasında iştirak etməklə əlavə gəlir mənbəyi əldə etmiş olurlar. Ardı »

Oxunma sayı: 2624

TQDK V sinif dərsliklərindəki səhvləri açıqlayıb

TQDK

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərin V siniflərində hazırda istifadə edilən, lakin TQDK-nın Ekspert Şurası tərəfindən istifadəsi məqbul hesab edilməyən dərsliklərdəki səhvləri açıqlayıb. Komissiyadan verilən məlumata görə, “Azərbaycan dili”dərsliyinin forzas səhifəsində Dövlət himni və gerbi qanunun tələblərinə uyğun çap olunmayıb.  Dərsliyin məzmun xətlərinin balanslaşdırılmasında, alt-standartların təqdimatında və reallaşdırılmasında, Azərbaycan dilinin əsas xüsusiyyətlərinin məzmun xətləri üzrə əhatə olunmasında qüsurlar var.  Ardı »

Oxunma sayı: 3676

İki plagiat ali məktəb dərsliyinin qrifi ləğv olunub

Təhsil Nazirliyi

Azərbaycan Təhsil Nazirliyi 2 plagiat ali məktəb dərsliyinin qrifini ləğv edib. Bunlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Tətbiqi Kulturologiya” kafedrasının müdiri İlqar Hüseynovun “Qədim dünya mədəniyyəti” və “Kulturologiya tarixi” dərslikləridir. Bu barədə APA-ya Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) sabiq dosenti, sözügedən kitabların plagiat olması ilə bağlı Müəllif Hüquqları Agentliyinə və Təhsil Nazirliyinə müraciət edən Elmira Alxasova bildirib. Onun sözlərinə görə, Nazirliyin aparat rəhbəri İlham Pirməmmədovun adından ona göndərilən məktubda qeyd edilib ki,  Ardı »

Oxunma sayı: 2383

TQDK kurikulum və dərslik sahəsində bacarıqsız və uğursuzdur

Etibar Əliyev

Etibar Əliyev fəlsəfə doktoru, təhsil üzrə ekspert. Milli Kurikulum konsepsiyasına görə, qiymətləndirmə tədrisin tərkib hissəsidir. Sənəddə qiymətləndirmənin növləri (diaqnostik, formativ, summativ), onun tədris prosesində yeri və rolu ətraflı izah olunur. Buna görə də kurikulum sinifbəsinif tətbiq olunduqca Nazirlikdə qiymətləndirmə şöbəsinin fəallığı da artmağa başladı. Gəlinən ilk qənat budur: TQDK ilə Təhsil Nazirliyi arasında münasibətlər məhz bundan sonra daha da kəskinləşdi.
Ardı »

Oxunma sayı: 5837

TQDK dərslik sahəsində qeyri-peşəkarlığını başa düşüb…

Rafiq İsmayılov

Bir il əvvəl Respublika Prezidentinin fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına dərsliklərin monitorinqi tapşırılanda sevindim. Hər iki dövlət qurumu ilə əməkdaşlıq edən naşir, müəllif və ekspert kimi düşündüm ki, bu, dərsliklərin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Ancaq deyir, sən saydığını say…  Vaxt keçdi, zaman yetişdi, TQDK dərsliklərin monitorinqi üzrə işə başladı. Əlbəttə, monitorinqin metodlarını müəyyən etmək onu həyata keçirən qurumun öz işidir. Ardı »

Oxunma sayı: 4174

Misir Mərdanov TQDK-ya cavab verdi

“Həmin dərsliklərin ləğvi barədə fikir söyləmək düzgün deyil”. Təhsil naziri Misir Mərdanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ekspert Şurasının 1-ci və 3-cü sinif dərslikləri ilə bağlı rəyinə münasibət bildirib. Lent.az-ın verdiyi məlumata görə, Misir Mərdanov deyib ki, dərslikləri təsdiq və ləğv etmək səlahiyyəti hansı quruma verilibsə, həmin qurum da bu barədə qərar verə bilər.  Misir Mərdanov bildirib ki, həmin qurum Təhsil Nazirliyidir. Ardı »

Oxunma sayı: 2936

TQDK Təhsil Nazirliyinə müraciət edib

Dərsliklər yoxlanır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il istifadəyə verilmiş I-V sinif dərsliklərinin monitorinqinə başlayıb. Bunu TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə mətbuata bildirib. Onun sözlərinə görə, bununla yanaşı Komissiyada dərs vəsaitlərinin məlumat bazası yaradılır: “Bununla bağlı əlavə informasiya əldə etmək üçün Təhsil Nazirliyinə müraciət olunub. Ardı »

Oxunma sayı: 3239
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters