Get Adobe Flash player

‘dərslik’ yarlıqlı göndərişlər

Azərbaycanda 2010-2011-ci dərs ilinə ümumilikdə 111 adda dərsliyin nəşri nəzərdə tutulub

Azərbaycanda dərslik siyasəti sahəsində 2010-2011-ci dərs ilinə ümumilikdə 111 adda dərsliklərin nəşri nəzərdə tutulub. “Dərslik siyasəti sahəsində 2010-2011-ci dərs ilinə ümumilikdə 111 adda dərsliklərin nəşri nəzərdə tutulub. O cümlədən, I siniflər üçün 14 adda, III siniflər üçün kurikulum əsasında 40 adda dərslik və müəllim üçün vəsaitin hazırlanması və Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirildikdən sonra çap etdirilməsi, VI, VIII-XI siniflər üçün 57 adda dərsliklərin nəşri üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”, Ardı »

Oxunma sayı: 109

Təhsil Nazirliyində 2010-2011-ci tədris ili üçün dərsliklərin nəşri və çapa hazırlanması ilə bağlı müşavirə keçirilib

Təhsil naziri Misir Mərdanov müşavirəni giriş sözü ilə açaraq məlumat verib ki, 2010-2011-ci tədris ilinə 111 adda dərslik və müəllim üçün metodik vəsaitin çapı nəzərdə tutulur, onlardan 71-i I, VI və VIII-XI siniflər, 40-ı isə III siniflər üçündür. Nazir III siniflər üçün dərslik komplektlərinin çapının tender yolu ilə müəyyənləşdiriləcəyini də diqqətə çatdırıb.
Sonra Misir Mərdanov ölkəmizdə dərslik siyasətinin uğurla aparıldığını və bu sahədə müsbət nəticələrin əldə olunduğunu qeyd edib. Nazir son illər dərsliklərimizin məzmunu və poliqrafik keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görüldüyünü bildirib. Dərsliklərin hazırlanması və çapı ilə bağlı həyata keçirilən tədbirlərdən ətraflı söz açan Misir Mərdanov daha sonra çap olunacaq dərsliklərimizdə diqqət artırılması vacib olan bir sıra məqamlara toxunub. Ardı »

Oxunma sayı: 166

Xüsusi qabiliyyəti olan abituriyentlər üçün vəsaitlər nəşr edilib

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası xüsusi qabiliyyəti olan abituriyentlər üçün vəsaitlər nəşr edib.

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) xüsusi qabiliyyət tələb edən fənlərə dair imtahanlara hazırlıq üzrə vəsaitlər çap edib. Yeni nəşrlər 5 istiqamət: Təsviri sənət; Musiqi sənəti; Memarlıq və dizayn; Teatr, kino və xoreoqrafiya sənətləri; Bədən tərbiyəsi və idman üzrə hazırlanıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müavini Namiq Babayev vəsaitlərin təqdimat mərasimində deyib. Ardı »

Oxunma sayı: 139

İnsan orqanizminə mənfi təsir göstərən kitabların əvəzinə yeni dərsliyin istifadəsi

DERSLIKAzərbaycanın orta məktəblərində insan orqanizminə mənfi təsir göstərən zərərli vərdişlərə qarşı maarifləndirmənin gücləndirilməsi üçün yeni dərsliyin istifadəsi nəzərdə tutulub.

“İnsan orqanizminə mənfi təsir göstərən zərərlərlə bağlı kompleks tədbirlər keçirilməlidir. Orta məktəblərdə Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramı çərçivəsində dərs vəsaitləri hazırlanıb. Ardı »

Oxunma sayı: 125

I siniflər üçün iş dəftərlərinin qiymətinə nəzarət

Misir MərdanovAzərbaycanın Təhsil Nazirliyi I siniflər üçün iş dəftərlərinin qiymətinə nəzarət edəcək.

Azərbaycanın təhsil naziri Misir Mərdanov 2008-2009-cu illərdə I siniflərin dərs vəsaitlərinin təmin edilməsi üzrə monitorinqin yekunlarının açıqlanması üzrə tədbirdə bildirib ki, dəftər və digər məktəb ləvazimatlarının qiyməti çox yüksəkdir və növbəti ildən nazirlik qiymət qoyulması prosesinə nəzarət edəcək. Ardı »

Oxunma sayı: 102

1-ci siniflərdə yeni kurikulumların və dərsliklərin tətbiqi

toplantıdan tədbirOktyabrın 19-da Təhsil Nazirliyində “Siqma” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzinin 2008-2009 tədris ilində 1-ci siniflərdə yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı apardığı sosioloji sorğunun nəticələrinə dair təqdimat mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, tanınmış alimlər, dərslikləri çap edən nəşriyyatların, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, ayrı – ayrı fənlər üzrə elmi-metodik şuraların üzvləri, ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və valideynlər iştirak ediblər . Ardı »

Oxunma sayı: 132
Ən yaxşı müəllim
Banner
Sizi xoş gördük, uşaqlar!
Arı bal toplayır
Video dərslər
Təhsil Müsabiqəsi
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010 Участник Всероссийского интернет-педсовета-2010
Sayğac








free counters