‘Ekologiya’ yarlıqlı göndərişlər

“Ekoloji mövzuya bütün fənlərin tədrisində yer ayrılmalıdır”

Almaz Həsrət

Almaz Həsrət

Almaz Həsrət: “Əgər müəllim təbiəti sevirsə, şagirdlərinə də onu aşılayacaq, əks halda heç bir yeniliyin faydası yoxdur”.
Müsahibimiz Təhsil Problemləri İnstitutunun (TPİ) şöbə müdiri , Azərbaycan Respublikasının əməkdar müəllimi Almaz Həsrətdir. Onunla ekoloji maarifləndirmə, təhsil ocaqlarımızda ətraf mühitə sevgi hisslərinin aşılanması və digər mövzular ətrafında həmsöhbət olduq.

– Orta və ali məktəblərimizdə təbiətə sevgi, ətraf mühitə həssas yanaşma kimi hisslər necə aşılanır və ümumiyyətlə aşılanırmı? Ardı »

Oxunma sayı: 1757

I Azərbaycan Ətraf Mühit Forumunda

IDEA konfrans

IDEA konfrans

Bakıda birinci Azərbaycan Ətraf Mühit Forumu keçirilmişdir. Martın 18-də Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşkilatçılığı ilə birinci Azərbaycan Ətraf Mühit Forumu keçirilmişdir. “Azərbaycanın yaşıl sabahını birlikdə quraq” şüarı altında keçirilən tədbirdə IDEA-nın layihə direktoru Anara İsmayılova İctimai Birliyin fəaliyyəti haqqında məlumat vermişdir. Ardı »

Oxunma sayı: 2598

“52 min hektar meşə ərazisindən bir faiz də qalmayıb”

Almaz Həsrət

Almaz Həsrət

Bu günlərdə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departametinin rəhbəri və digər məsul şəxslər cəzalandırılıblar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhərinin bir sıra rayonlarında, xüsusən Xətai rayonu ərazisində yaşıllıqların qanunsuz məhv edilərək yerində tikinti işlərinin aparılması, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinin pozulması əsas gətirilərək paytaxtda ətraf mühitin mühafizəsinə cavabdeh olan Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin rəhbəri və digər məsul şəxslər vəzifədən çıxarılıblar. Ardı »

Oxunma sayı: 1903

Əhəmiyyətli tədris vəsaiti: “Ekoloji atlas”

Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ölkəmizdə ekoloji məsələlərin həllinə diqqəti daha da artırıb. Ardı »

Oxunma sayı: 6711

Bərdə rayonunda ekoloji treninq

“Biomüxtəlifliyin Davamlı idarə olunması Cənubi Qafqazda Texniki Əməkdaşlıq Proqramı” layihəsi çərçivəsində Azərbaycanın dilbər guşələrindən biri olan Bərdə rayonunda 22 may Ümumdünya Biomüxtəliflik günü ilə əlaqədar və Azərbaycanda  bu ilin “Ekologiya ili”  kimi qeyd olunması ilə əlaqədar görülən silsilə tədbirlərdən birinə də mən qoşuldum və Qarabağ bölgəsinə  təlim keçməyə yola düşdüm. Ardı »

Oxunma sayı: 5156

“Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında” mövzusunda tədbir

Aprelin 27-də “Hyatt Regency” otelinin “Quba” zalında “Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında” mövzusunda Bakı şəhər ümumtəhsil məktəbləri şagirdlərinin yaradıcılığına həsr olunmuş konfransın yekun mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Ardı »

Oxunma sayı: 3027

“Ətraf mühit və biz” mövzusunda olimpiada başlanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010 – cu ilin “Ekologiya ili” elan edilməsi Bakı şəhərində yerləşən təhsil müəssisələrində silsilə tədbirlərin keçirilməsi ilə müşayiət olunur. Xəbər verdiyimiz kimi, məhz bu məqsədlə Bakı məktəbliləri arasında “Ətraf mühit və biz” mövzusunda olimpiada təşkil olunub. Qeyd edək ki, olimpiada şagirdlərin ekoloji biliklərinin artırıl-ması, onlarda təbiətə və ətraf mühitə sağlam münasibətin formalaşdırılması, intellektual və yaradıcı qabiliyyətlərin inkişaf etdirilməsi, o cümlədən ekologiyanın dərindən öyrənilməsində maraqlı olan şa-girdlərin müəyyənləşdirilməsi və həvəsləndirilməsi məqsədi daşıyır. Ardı »

Oxunma sayı: 5008

Подведение итогов акции “Home. Свидание с планетой”

Уважаемые участники международного “Home. Свидание с планетой”!   Оргкомитет акции начинает подводить итоги нашей большой совместной работы, которую мы проделали в рамках акции в течение более полугода.  Мы благодарим каждого из Вас за все, что вы вместе с детьми сделали для того, чтобы мы все могли сделать шаги к более экологичной и осознанной  жизни: организация показов фильма Home, эко-уроки, видео, акции, флеш-мобы,  авторские разработки и многое другое,  о чем вы писали в блоге акции и в  личных письмах. Ardı »

Oxunma sayı: 4756

"Yaşamaq Haqqına Sayğı" aksiyasına Siz də qoşulun

Böyük qrup Heyvanları Mühafizəsi Aktivistləri tərəfindən Canlı Aləmin Mühafizəsi və Etik Maarifləndirici “ALYANS” Cəmiyyətinə olunmuş kütləvi müraciətlərə əsasən Türkiyənin “Yaşamaq Haqqına Sayqı” orqanizasiyonunun dəstəyi ilə

Heyvanlar aləmininın taleyinə laqeyd qalmayan Hami bir nəfər kimi onların rifahının yaxşılaşdırılması, əziyyətsiz yaşamaq hüquqlarının qorunması naminə Türk həmkarlarımızın dəstəyi ilə keçirilən http://www.sessizkalmasucaortakolma.com/dilekce/dilekce_detay.asp?id=270 onlayn səs vermə aksiyasına qoşulun. Ardı »

Oxunma sayı: 4336

Azərbaycanda ekologiya ili başlanmışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilmişdir. Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim böyük diqqət yetirən Azərbaycan dövlətinin başçısının bu təklifi ilə Yer kürəsində təbiətin xilas olunması üzrə dünya ictimaiyyətinin göstərdiyi səylər kontekstində ayrıca bir ölkə çərçivəsində çox əhəmiyyətli genişmiqyaslı aksiyaya başlanmışdır.
Ekoloji problemlərin aktuallığı müxtəlif ölkələrin liderlərinin bəyanatlarında dəfələrlə qeyd edilmişdir. Ardı »

Oxunma sayı: 5177

Qlobal İstiləşmə və İqlim Dəyişikliyi – Dəyirmi Masa

qlobal_Istileshme1Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu bu gün, 16 dekabr 2009-cu il tarixdə “Caspian Plaza” Hotelinin Biznes Mərkəzində “Qlobal İstiləşmə və İqlim Dəyişikliyi” mövzusunda Dəyirmi-Masa keçirmişdir.
Tədbiri giriş sözü ilə Fondun prezidenti, prof. Rauf Sultanov açmışdır. O, qlobal istiləşmə və iqlim dəyişikliyinin dünyada ən aktual məsələlərdən biri olduğunu vurğulayaraq, bununla bağlı dövlətlərin, müvafiq təşkilatların bir çox işlər gördüyünü qeyd etmişdir.
Oktyabr-noyabr aylarında Bakı şəhərinin 4 orta məktəblərində (Xətai rayonu 204 saylı orta məktəb, Xətai rayonu 287 saylı Zəkalar liseyi, Araz Ekoloji liseyi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi) “Qlobal İstiləşmə və İqlim Dəyişkənliyi” mövzusunda interraktiv üsullarla təlimlər keçən Fondun ekoloqu Sadiq Rzayev, təlimləri özündə cəmləşdirən slayd-şou göstərərək, geniş məlumat vermişdir. Ardı »

Oxunma sayı: 3363

Глобальное потепление и Изменение Климата – Круглый Стол

qlobal_Istileshme1Сегодня, 16-го декабря, Фонд Мониторинга Экологических Стандартов Азербайджана в Бизнес Центре Каспиан Плаза провел Круглый Стол на тему «Глобальное потепление и Изменение Климата».
Открыл мероприятие речью президент Фонда Рауф Султанов. В своей речи он отметил актуальность проблемы глобального потепления и изменения климата и работ, направленных на решение этой проблемы со стороны государств и организаций. Ardı »

Oxunma sayı: 14951

Beynəlxalq təhsil layihəsi "Home. Planetlə görüş"

Beynəlxalq təhsil layihəsiBu il sentyabrın 21-dən dekabr ayının 25-nə kimi “Home. Planetlə görüş” Beynəlxalq təhsil layihəsi keçirilir.

Buraya Rusiya və MDB ölkələrinin təhsil işçiləri, müəllimlər, tələbələr, şagirdlər dəvətlidirlər. Bu Beynəlxalq təhsil layihəsində iştirak edəcək xarici orta məktəblər arasında Azərbaycanı təmsil edəcək Bakıdakı şəhid Ələkbər Əliyev adına 204 saylı orta məktəbin də adı var.

Ardı »

Oxunma sayı: 4167

Qlobal İstiləşmə və İqlim Dəyişikliyi

Ekoloji təlimAzərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu (AESMF) hər ay olduğu kimi, oktyabr ayında da, maarifləndirmə yönümündə fəaliyyətini davam etdirir.

Maarifləndirmə məqsədi ilə AESMF oktyabr ayında Bakı şəhərinin 3 orta məktəbində “Qlobal İstiləşmə və İqlim Dəyişikliyi” mövzusunda təlimlərin keçirilməsini planlaşdırıb.

İlk olaraq AESMF oktyabr ayının 15-də Bakı şəhərinin 204 saylı orta məktəbinin şagirdlər üçün təlim keçdi. Təlimi interaktiv üsullardan istifadə edərək fondun ekoloqu Sadiq Rzayev keçdi, və ona bu işdə 204 saylı məktəbin Biologiya müəlliməsi Almaz Həsrət də öz təcrübəsinə əsaslanaraq yardımçı oldu. Ardı »

Oxunma sayı: 3962
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters