‘elektron təhsil’ yarlıqlı göndərişlər

Elektron Təhsil Müsabiqəsinin qalibləri seçilib

E - Təhsil

“Elektron Təhsil” Müsabiqəsinin Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib. Toplantıda Müsabiqənin səsverməsinin yekun – 3-cü mərhələsinin nəticələri müzakirə olunub. Məlum olduğu kimi Müsabiqənin Münsiflər Heyəti tərəfindən Nominantlar arasından qaliblərin seçilməsi ilə bağlı qiymətləndirmə və səsvermə prosesi artıq başa çatıb. Səsvermənin 2-ci mərhələsinin yekununda 5 Nominasiya üzrə 601 resurs arasından ən yaxşılar olan 98 resurs Nominant statusu almışdı. Ardı »

Oxunma sayı: 3261

“E-Təhsil” Respublika müsabiqəsinin nominantları seçilib

E - Təhsil

“Elektron Təhsil” Respublika müsabiqəsinin Təşkilat Komitəsi bildirir ki , müsabiqədə iştirak edən layihələrin 2-ci mərhələdə qiymətləndirilməsi əsasında Müsabiqənin Nominantları seçilib. Müsabiqədə iştirak edən 601 Layihədən cəmi 98 Layihə Müsabiqənin Nominantı seçilərək mübarizəni davam etdirmək imkanı qazanıblar . Təşkilat Komitəsinin qərarı ilə ən çox bal toplayan resurslar arasından 1-ci Nominasiya üzrə 30, 2-ci Nominasiya üzrə 22, 3-cü Nominasiya üzrə 32, 4-cü və 5-ci Nominasiyaların hər birisində 7 Nominant yeri müəyyən olunub. Ardı »

Oxunma sayı: 3214

E-təhsil üçün müsabiqəyə qeydiyyat başa çatdı

E - Təhsil

“Elektron Təhsil” Respublika müsabiqəsində 601 layihə iştirak edir. “Elektron Təhsil” Respublika müsabiqəsində layihələrin qeydiyyatı Qaydalara yuğun olaraq 26 may 2011-ci il tarixdə başa çatıb. Müsabiqəyə ümumi olaraq 788 layihə təqdim olunub. Müsabiqənin şərtlərinə cavab verən 601 Layihə Müsabiqəyə qəbul edilib. Müsabiqə “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə İnternet texnologiyaları” istiqamətləri üzrə təşkil olunub.  Ardı »

Oxunma sayı: 4032

“Elektron Təhsil” Müsabiqəsinin qaliblərinin Təqdimat mərasimi keçirilib

Bu gün “Elektron Təhsil” Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Bu məqsədlə keçirilən Təqdimat Mərasimində Təhsil naziri cənab Misir Mərdanov çıxış edərək Müsabiqənin keçirilməsi haqqında, onun məqsədləri və nəticələri haqqında geniş məlumat verib. Nazir çıxışında Müsabiqənin əhəmiyyətini xüsusi vurğulayıb. 2010-cu ildə Təhsilə İKT ili elan olunduğunu diqqətə çatdıran nazir ölkə miqyasında qlobal şəkildə ilk dəfə olaraq keçirilən bu Müsabiqənin məhz İKT ili çərçivəsində həyata keçirilən tədbirlərin kulminasiya nöqtəsi kimi dəyərləndirib. Nazir Müsabiqənin keçirilməsi nəticəsində müəllimlər arasında İKT- nin tətbiqi Ardı »

Oxunma sayı: 8860

Elektron Təhsil Müsabiqəsi qaliblərinin təqdimat mərasimi

16 iyun 2010 –cu il tarixdə Elektron Təhsil Müsabiqəsinin Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib. Toplantıda Müsabiqənin səsverməsinin yekun – 3-cü mərhələsinin nəticələri müzakirə olunub. Məlum olduğu kimi 15 iyun tarixdə Müsabiqənin Münsiflər Heyəti tərəfindən Nominantlar arasından qaliblərin seçilməsi ilə bağlı səsvermə prosesi başa çatıb.

Səsvermənin 2-ci mərhələsinin yekununda 5 Nominasiya üzrə 810 resurs arasından ən yaxşılar olan 89 resurs Nominant statusu almışdı. Ardı »

Oxunma sayı: 4216

Elektron Təhsil” Respublika müsabiqəsində iştirakçıların qeydiyyatı başa çatıb

Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsindən verilən xəbərə görə, iki mərhələdə keçiriləcək səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Təhsil Nazirliyi tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Qeyd etmək lazımdır ki, 2010-cu il Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə İKT ili”-nin əsas fəaliyyətlərindən biri olan, “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən müsabiqə Microsoft Azərbaycan, Intel korporasiyasının Ardı »

Oxunma sayı: 3718

Resursların qeydiyyatı başa çatmaq üzrədir

Elektron Təhsil Respublika müsabiqəsinin Təşkilat Komitəsi bildirir ki, Müsabiqəyə təqdim edilən resursların qeydiyyatı prosesi 21 may 2010-cu il tarixdə saat 17-də başa çatır. 22 may 2010-cu il tarixdən etibarən qeydiyyatdan keçən resursların 2-ci mərhələ üzrə qiymətləndirilməsi prosesi başlayacaq . Bu mərhələdə Münsiflər heyəti və TK-nın formalaşdırdığı ekspertlər tərəfindən resursların ilkin qiymətləndirilməsi aparılacaq. İlkin qiymətləndirmədə resurslara yazılan şərhlərdən də istifadə edilə bilər . İlkin qiymətləndirmənin yekunu olaraq hər bir Nominasiya üzrə Nominantlar müəyyən ediləcək. Ardı »

Oxunma sayı: 3759

“Elektron təhsil” Respublika müsabiqəsi

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” və 2010-cu ilin Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunması çərçivəsində “Elektron təhsil” Respublika müsabiqəsi keçirilir.  Müsabiqəyə 494 layihə təqdim olunub. Ardı »

Oxunma sayı: 3266

“Elektron təhsil” Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Elektron təhsil” Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri.

Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin 19 avqust 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş “Fəaliyyət Planı”nın 5-ci və 17-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Ardı »

Oxunma sayı: 3615

Ultra şirkəti E-təhsil layihəsi çərçivəsində yeni sistem yaradır

ULTRA

ULTRA

Ultra şirkəti E-təhsil layihəsi çərçivəsində yaxın zamanda valideyinlərə uşaqlarının tədris alma prosesini və nailiyyətlərini izləməyə imkan verən yeni sistem yaradacaq.
Şirkətin prezidenti Tahir Mirkişilinin dediyinə görə Ultra artıq Məlumat Resurs mərkəzində 20 pilot məktəbin şagirdləri haqda məlumat və qiymətləri toplayıb. Yeni sistem vasitəsi ilə valideyinlər online rejimdə sosial veb-səhifədə bu məlumatları ala və ya tanış ola bilərlər. Sistemin yaradılması üzrə işlər mayın axrına kimi sona yetəcək.

Qaynaq: Təhsil portalı

Oxunma sayı: 3630

Azərbaycanın ali məktəbinin tələbələri onlayn rejimdə imtahan verə biləcək

e-educationNoyabrın 20-də Bakıda Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin təşəbbüsü ilə “Qafqazda elektron təhsil üçün institusional quruculuq və insan resurslarının inkişafı” layihəsi çərçivəsində seminar keçirilib.

Tədbirdə bir il ərzində keçirilən e-təhsilin tətbiqi üzrə pilot layihənin nəticələrinin təqdimatı keçirilib.

Pilot layihədə Qafqaz Universiteti, Turizm İnstitutu və Xəzər Universiteti elektron təhsil sistemini öz serverlərinə yükləyib. Onlar artıq dərs saatlarının paylanması, cədvəli, avtomatik idarəetmə prosesi və menecment sistemini istifadə edir. Bununla yanaşı, qeyd edilən ali məktəblərdə qiyabi oxuyan tələbələr artıq imtahanları onlayn rejimdə Bakıya gəlmədən verə bilər. Ardı »

Oxunma sayı: 3741
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters