‘elektron tədris’ yarlıqlı göndərişlər
Elektron təhsil müsabiqəsi
Təhsil Nazirliyi tərəfindən “Elektron təhsil” Respublika müsabiqəsi keçirilir.
Bu ilki Müsabiqə “Təhsildə İnternet texnologiyalar” və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Ardı »
Təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi Şurasının yaradılması
Azərbaycanın Təhsil Nazirliyi tərəfindən təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi Şurasının yaradılması planlaşdırılır.
İKT informasiya mərkəzinin Trend News-a bildirdiyinə görə, Şuranın əsas vəzifələri multimedia xarakterli dərsliklərin və digər tədris vasitələrinin işlədilməsini, yayılmasını, təhsil prosesində tətbiq olunmasını, elektron elmi-metodiki bazanın yaradılmasını, istifadəsini, yayılmasını və qiymətləndirilməsini həyata keçirməkdir. Ardı »
Oxunma sayı: 73




