‘Fatma xanım Bünyatova’ yarlıqlı göndərişlər
“Şagird naliyyətlərinin monitorinqi və qiymətləndirilməsi” mövzusunda ümumrespublika seminarı keçirilmişdir
29 mart 2010-cu il tarixdə Kurikulum Mərkəzində “Şagird naliyyətlərinin monitorinqi və qiymətləndirilməsi” mövzusuna həsr olunmuş ümumrespublika seminarı keçirildi. Seminarı giriş sözü ilə TPİ-nin direktoru, akademik Abdulla Mehrabov açaraq Respublikamızda həyata keçirilən təhsil siyasətdən danışdı və keçirilən tədbirin həmin siyasətin əsas istiqamətləndən olan şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsinə həsr olunduğunu qeyd etdi. Daha sonra məruzə üçün sözü Kurikulum Mərkəzinin koordinatoru, pedaqoji elmlər namizədi İlham Cavadova verdi. Ardı »
Müəllimdən müəllimə
Halva halva deməklə…..
Fatma xanım Bünyatova
Azərbaycan Respubluikasının Təhsil İslahatı programı çərçivəsində təhsil standartı olan Milli Kurikulumun strategiyası yeni məzmunlu təhsilin, şagird yönümlüyünə, şagird təfəkkürünün inkişafına istiqamətlənibdir. Təhsil islahatı, təhsilin ümumən, hər bir sahəsinə toxunur və belə demək mümkünsə əsrin “pedaqoji çevrilişinə” bənzəyir və sözsüz ki, bu həm önəmli, həm də məsuliyyətli bir prosesdir, dövlətin olduğu kimi cəmiyyətin də bu prosesdə seyirci kimi yox, fəal iştirakı labüddür. Ardı »
Kurikulum mərkəzində” “Konstruktiv təlim və nanopsixopedaqoqikanın perspektivləri” mövzusunda seminar
1 mart 2010-cu il tarixdə “Kurikulum mərkəzində” “Konstruktiv təlim və nanopsixopedaqoqikanın perspektivləri” mövzusunda seminar keçirilmişdir. Seminarı “Təhsil Problemlər İnstitutunun”direktoru akademik Abdulla Mehrabov giriş sözü ilə açaraq, seminarın interaktiv təlim olan “Konstruktiv təlim və nanopsixopedaqoqikanın perspektivləri” mövzusuna həsr olunduğunu bildirdi. Akademik Abdulla Mehrabov müzakirəyə çıxarılan məruzənin aktuallığını qeyd edərək, psixopedaqoqikanın yeni bir anlamını, yeni bir nano baxışını vurğulayaraq bu gün elmə nanonun gətirdiyi inkişafı pedaqoqika və psixologiya da gətirəcəyinə əmin olduğunu bildirdi və məruzə üçün sözü “İdrak məktəbi”nin direktoru Fatma xanım Bünyatovaya verdi. Ardı »





