‘ibtidai sinif’ yarlıqlı göndərişlər
Gələn tədris ilindən vahid məktəbli geyimi tətbiq olunacaq
2010-2011-ci tədris ilindən Bakının bütün ümumtəhsil məktəblərində vahid məktəbli geyimi tətbiq ediləcək. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqə sektorunun müdiri Zəminə Əliqızı bildirib.
Onun sözlərinə görə, 2008-ci ildə BŞTİ-nin irəli sürdüyü və Təhsil Nazirliyi tərəfindən dəstəklənən ideya artıq vahid məktəbli formasına keçidlə nəticələnir. Hazırda geyimlər tikilir. Vahid məktəbli geyiminin tətbiqinə isə bu ilin mayından start veriləcək.
İlkin mərhələdə paytaxt məktəblərinin ibtidai sinifləri (I – IV siniflər) vahid formaya keçəcək. Ardı »
Oxunma sayı: 123Azərbaycanda ilk nümunəvi məktəb Gəncədə yaradılacaq
Azərbaycan regionlarında ilk nümunəvi məktəb gələn il Gəncədə yaradılacaq. Bunu Azərbaycanın Təhsil Nazirliyinin baş məsləhətçisi Məhərrəm Səfərov deyib.
Onun sözlərinə görə, bu məktəb Gəncədə 27 saylı məktəbin bazasında yaradılacaq.
Nümunəvi məktəblərdə dərslər 5-ci sinifdən başlayacaq, şagirdlər və müəllimlər isə xüsusi seçimdən keçəcəklər. Bu məktəblərdə təhsil xüsusi proqramlarla aparılacaq.
“27 saylı məktəbin ibtidai sinif müəllimlərinin iş yerlərini itirmələri ilə bağlı narahatçılıqla əlaqədar olaraq məlumat veririk ki, onlar başqa məktəblərdə işlə təmin ediləcəklər”, – Səfərov deyib. Ardı »
Oxunma sayı: 102




