Get Adobe Flash player

‘İKT’ yarlıqlı göndərişlər

Netiketiniz olsun!

Bəlkə də birilərinə bu söz yabançı görünəcək. Bəlkə də biriləri “etiket” yazmaq istərkən çaşıb “netiket” yazdığımı düşünəcəklər. Hətta bu sözü dilimizə gətirdiyimə görə (hərçənd mənə qədər bu söz dilimizə çoxdan daxil olub) məni qınayanlar da tapılacaq. Sözü anlamayanların və ümumiyyətlə heç nəyi anlamaq istəməyənlərin bu yazını oxumayacağı da istisna deyil. Ancaq mən yazıram. Oxuyacaqlar üçün yazıram. Oxuyub nəsə öyrənmək, öyrənib əməl etmək istəyənlər üçün yazıram. Ardı »

Oxunma sayı: 172

“Elektron təhsil” Respublika müsabiqəsi

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” və 2010-cu ilin Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunması çərçivəsində “Elektron təhsil” Respublika müsabiqəsi keçirilir.  Müsabiqəyə 494 layihə təqdim olunub. Ardı »

Oxunma sayı: 107

2011-ci ildə “Elektron məktəb” pilot layihəsi

2011-ci ildə “Elektron məktəb” pilot layihəsi çərçivəsində məktəblərin sayı 30-a çatdırılacaq.
Hal-hazırda Bakı və Sumqayıt şəhərlərinin 20 məktəbi bu layihədə iştirak edir. Yaxın gələcəkdə onların sayı 30-a qalxacaq. Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin portalına əsasən bu layihədə iştirak edəcək regional məktəblərin siyahısı hələ təyin olunmayıb. Qeyd edək ki, “Elektron məktəb” layihəsi tədris prosesində iformasiya-kommunikasiya texnologiyalarını daha dərindən Ardı »

Oxunma sayı: 142

Elektron təhsil müsabiqəsi

Təhsil Nazirliyi tərəfindən “Elektron təhsil” Respublika müsabiqəsi keçirilir.
Bu ilki Müsabiqə “Təhsildə İnternet texnologiyalar” və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Ardı »

Oxunma sayı: 176

Bakıda bəzi məktəb direktorları kompüterdə işləyə bilmirmiş

Bakının Qaradağ rayonu üzrə məktəb direktorlarının informaiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bacarıqlarının öyrənilməsi istiqamətində monitorinqlər keçirilib.  Modern.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, Qaradağdakı 166 saylı məktəbdə aparılan monitorinqdə bu rayon üzrə 25 məktəb direktorundan 14-ü iştirak edib. Digər 11 direktor isə üzrlü səbəblərdən keçirilən yoxlamada iştirak edə bilməyib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyevanın əmrinə əsasən aparılan monitorinqdə Ardı »

Oxunma sayı: 251

2010-cu il təhsil sistemində İKT ili elan edilib

Azərbaycanın təhsil naziri 2010-cu ili təhsil sistemində informasiya kommunikasiya texnologiyaları ili elan edib.

Misir Mərdanovun Microsoft tərəfindən keçirilmiş innovasiya müəllimləri arasında müsabiqənin  nəticələrinin elan olunması mərasimində bildirdiyinə əsasən, Azərbaycanda bu il daha 500 məktəb Təhsil Nazirliyinin İKT mərkəzinə qoşulacaq və internetə qoşulmaq imkanı əldə edəcək. Ardı »

Oxunma sayı: 148

Azərbaycan müəllimlərinin İnternet Forumu yaradılıb

e-educationEdu.az Təhsil Portalında Azərbaycan müəllimlərinin İnternet Forumu yaradılıb.

İKT İnformasiya Mərkəzindən verilən məlumata görə, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın prinsiplərinə uyğun yaradılmış İnternet Forumun məqsədi informasiya kommunikasiya texnologiyalarının təhsildə tətbiqi istiqamətində müəllimlər arasında fikir mübadiləsinin aparılması, bu istiqamətdə təcrübənin bölüşdürülməsi, İKT-nin tətbiqində aktual və problemli mövzuların müzakirəsidir. Forumdan Azərbaycanın müxtəlif bölgələrindən olan müəllimlərin bir araya gətirilməsi üçün effektiv bir vasitə kimi istifadə olunacaq. Ardı »

Oxunma sayı: 198

İKT və Azərbaycan dilinin istifadəsi problemləri

AİF25 noyabr tarixdə Azərbaycan İnternet Forumu tərəfindən “İKT və Azərbaycan dilinin istifadəsi problemləri” mövzusunda Dəyirmi Masa keçiriləcək.

Dəyirmi Masada İKT sahəsində, o cümlədən İnternetdə dilimizdən istifadə ilə bağlı mövcud vəziyyət və problemlər ətrafında müzakirələr aparılacaq.

Müzakirələrdə mövcud orfoqrafiya və qrammatika qaydalarına riayət olunması, xarici dillərdə olan İKT ilə əlaqəli sözlərin işlədilməsi vəziyyəti, Azərbaycandilli saytların vəziyyəti və inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılacaq. Sahə üzrə ekspertlərin təqdimatları olacaq. Ardı »

Oxunma sayı: 96

“Xalq kompüteri” pilot layihəsinin nəticələri açıqlandı

Xalq kompüteriBu gün Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərbaycanın Təhsil Nazirliyi və HP və Microsoft şirkətləri ilə birgə həyata keçirdiyi “Xalq kompüteri” pilot layihəsinin başa çatması ilə əlaqədar mətbuat konfransı keçirib. Ardı »

Oxunma sayı: 146

Müəllim və İKT

Müəllimlərə İKT təlimi On beş mindən çox müəllim təhsildə İKT-nin tətbiqi üzrə treyninqlərdə iştirak etmişdir

“2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzə Dövlət Proqramı” çərçivəsində ümumtəhsil məktəblərinin 15 mindən artıq müəllimi təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə treninqlərdə iştirak etmişdir. Ardı »

Oxunma sayı: 137

Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların tədbiqi

Almaz müəllimə şagirdlərləAlmaz Həsrət bilgi@almazhasret.com

Biz XXI yüzilin ilk illərini yaşayırıq. Bu gün doğulan, dünyaya gələn uşaqlar, bu gün ilk addımlarını atan körpələr XXI yüzilin son illərinin dünyəvi məsələlərini həll edəcəklər, bəşəriyyəti yaşadacaqlar.

“Millətimizin sabahı” dediyimiz uşaqlar həyatımızın gələcəyi, ömrümüzün davamıdır. Onların təlim-tərbiyəsinə, sağlamlığına düzgün münasibət bəşəriyyətin aydın sabahının, parlaq gələcəyinin təminatıdır. XXI əsrdə yaşayacaq nəsillərin təlim-tərbiyəsinin, sağlamlığının, xoşbəxt həyatının təməli bugünümüzdən başlayır. Ardı »

Oxunma sayı: 837
Ən yaxşı müəllim
Banner
Sizi xoş gördük, uşaqlar!
Arı bal toplayır
Video dərslər
Təhsil Müsabiqəsi
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010 Участник Всероссийского интернет-педсовета-2010
Sayğac








free counters