Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button
Get Adobe Flash player

‘imtahan’ yarlıqlı göndərişlər

Bu balla ali məktəblərə qəbul dayandırılmalıdır

Almaz Həsrət

Almaz Həsrət

Əməkdar müəllim Almaz Həsrət: “Arxivdə qalan sualı imtahana salmaq olmaz. Bu uşaq neyləsin? Belə olan halda nəticələr aşağı olur”
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il də keçid ballarını aşağı salıb. Getdikcə küt və savadsız tələbə ordusuna geniş meydan verilir. Bunun ölkə təhsilinə hansı uğur və effekti vəd edəcəyini söyləmək elə də çətin deyil. Çünki ballar o səviyyəyə endirilib ki, orta məktəblərin buraxılış imtahanlarında qeyri-kafi qiymət alanlar da ali təhsil ocaqlarına asanlıqla qəbul olunacaqlar. Ardı »

Oxunma sayı: 1112

Buraxılış siniflərində yekun attestasiyaya dair dəyişikliklər olub

Nazirlər kabineti

Azərbaycan Nazirlər Kabineti (NK) orta ümumtəhsil məktəblərində buraxılış siniflərində yekun attestasiyaya dair dəyişiklikləri açıqlayıb.  “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nda edilən dəyişikliklərə əsasən, ümumi orta və tam orta təhsil səviyyəsini başa vuran təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının), o cümlədən buraxılış imtahanlarının nəticələri ümumi təhsil haqqında dövlət sənədində əks olunacaq. Ardı »

Oxunma sayı: 1898

Orta məktəblərin buraxılış imtahanlarında qiymətləndirmə QAYDALARI dəyişdirildi

qiymətləndirmə

Azərbaycanda biliyin yekun qiymətləndirilməsinin (attestasiya) imtahanlarının həyata keçirilməsinin müvəqqəti qaydalarında dəyişikliklər edilib. Bu barəaə TQDK-dan məlumat verilib. Mayın 2-də TQDK tərəfindən Komissiyanın 2012-ci il 10 may   tarixli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin  yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”nda dəyişikliklər olunub. Ardı »

Oxunma sayı: 5744

Qəbul imtahanlarının vaxtı məlum oldu

TQDK

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarının vaxtını açıqlayıb.  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, ali məktəblərə ilk qəbul imtahanı 3-cü qrup üzrə aparılacaq. “I ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 21-də , II ixtisas qrupu üzrə qəbul imtahanı avqustun 3-də , III ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 14-də , IV ixtisas qrupu üzrə iyulun 28-də qəbul imtahanı keçiriləcək.t Ardı »

Oxunma sayı: 2258

Təhsil Nazirliyi qiymətləndirmə sistemini təkmilləşdirəcək

qiymətləndirmə

Təhsil Nazirliyi müəllimlərin işini asanlaşdırmaq üçün məktəbdaxili qiymətləndirmə sistemdə yeni təkmilləşmələr edəcək. Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva məlumat verib. O bildirib ki, hazırda orta məktəblərdə tətbiq edilən yeni qiymətləndirmənin özü bir yenilikdir. Şöbə müdirinin sözlərinə görə, zaman keçdikcə məktəbdaxili qiymətləndirmə sistemində yeniliklər ediləcək və proses daha da təkmilləşdiriləcək: Ardı »

Oxunma sayı: 1620

Attestat qiymətləri şişirdilib

TQDK

“Orta məktəblərdə bütün fənlər üzrə attestat qiymətləri şişirdilib” – Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, Azərbaycanın orta məktəblərində attestat qiymətlərinin şişirdilməsi faktı bütün fənlərdə qeydə alınıb. TQDK-dan APA-ya daxil olan məlumata görə, bu şişirdilmə coğrafiya, fizika və tarix fənləri üzrə qiymətləndirmədə özünü daha qabarıq göstərir. Coğrafiya fənnindən əlaçı abituriyentlərin 33,61%-nin, fizika fənnindən 32,60%-nin və tarix fənnindən isə 32,68%-nin uyğun fənlər üzrə qəbul imtahanlarında topladıqları nisbi balları 20-dən az olub. Ardı »

Oxunma sayı: 876

Şagirdlər üçün vacib xəbər

TQDK

Bu ildən orta məktəblərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müəyyən fənlərdən monitorinq imtahanlarını keçirməyə başlayacaq. Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, monitorinq imtahanları 2 cür olacaq. Onun sözlərinə görə, bunlardan biri elmi-metodiki məqsədlərə xidmət edəcək, digəri isə qiymətləndirmə məqsədilə aparılacaq: Ardı »

Oxunma sayı: 1211

Magistraturaya qəbul qaydaları dəyişdi

Magistratura

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya qəbul qaydalarında bəzi dəyişikliklər edib. Lent.az-ın məlumatına görə, bu barədə TQDK-nın magistratura şöbəsinin müdiri Natiq Əliyev deyib. O bildirib ki, əvvəlki illərdə imtahanda məntiqi təfəkkür üzrə test blokuna həm çoxseçimli, həm də açıq tipli test tapşırıqları daxil edilirdisə, bu ildən xarici dil və informatika üzrə test bloklarına da hər iki tipli test tapşırıqlarının daxil edilməsi nəzərdə tutulur. Ardı »

Oxunma sayı: 1280

Misir Mərdanovdan rektorlara xəbərdarlıq: “Hər bir neqativ hala görə məsuliyyət daşıyırsınız”

Təhsil naziri ali məktəblərdə keçiriləcək imtahanlarla bağlı əmr verdi.
Təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrində 2013-cü ilinin qış imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək və yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə əmr imzalayıb. Ardı »

Oxunma sayı: 1138

İbtidai sinif müəllimlərinin nəzərinə!

İbtidai sinif müəllimi

Təhsil Problemləri İnstitutu Təhsil Nazirliyinə orta məktəblərin ibtidai siniflərində bütün dərslərin bir müəllim tərəfindən keçilməsini və bununla əlaqədar ibtidai sinif müəllimi işləmək istəyənlər üçün işə qəbul qaydalarının dəyişdirilməsini təklif edib. Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov cümə günü Trend-ə bildirib ki, nazirliyin sifarişi ilə Azərbaycanda ibtidai siniflərdə dərslərin neçə müəllim tərəfindən keçilməsinin effektivliyi araşdırılıb. Ardı »

Oxunma sayı: 3537

TQDK hüquq-mühafizə orqanlarına müraciət etdi

TQDK

Son vaxtlar müəyyən qüvvələr tərəfindən TQDK-nın siniflər üzrə test kitablarının saxta nümunələrinin qeyri-qanuni yollarla çapı və onların Bakı şəhərində, həmçinin ölkənin digər şəhər və rayonlarında satışı təşkil olunur. TQDK-dan 525.az-a verilən məlumata görə, saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir. Ardı »

Oxunma sayı: 1089

Ali məktəblərə qəbul üçün test üsulu ləğv edilir

İmtahan

Azərbaycanda sonuncu “Təhsil haqqında” Qanun 2009-cu ildə qəbul olunub. O zaman yeni sənədin qəbulu Azərbaycan cəmiyyətində belə bir fikir formalaşdırmışdı ki, təhsilin keyfiyyəti tezliklə yüksələcək, amma aradan xeyli müddət ötəndən sonra belə düşüncələr alt-üst oldu. “Təhsil haqqında” yeni qanun bu sahədə hər hansı ciddi irəliləyişə səbəb olmadı. Ardı »

Oxunma sayı: 2278

İmtahan nəticələri ilə attestat qiymətləri

Məleykə Abbaszadə

“Məzunlarının 96 faizinin imtahan nəticələri ilə attestat qiymətləri fərqlidir”,  “2000 manat Avropada müəllim üçün normal maaşdır, amma bizim bütün müəllimlər təhsildə qoyduğumuz tələblərə uyğundurmu?” Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin APA-ya müsahibəsi:
Ali məktəblərə bu il keçirilmiş qəbul imtahanlarının nəticələrini necə qiymətləndirirsiniz? Nəticələr Sizi qane etdimi? Ardı »

Oxunma sayı: 2178

Şagirdlərə şişirdilmiş qiymətlər verilir

İşə qəbul

Orta məktəblərdə 4 və 5-ci siniflərdə müəllimlər şagirdləri qiymətləndirərkən hələ də qeyri-obyektivliyə yol verir və şişirdilmiş qiymətlər yazırlar.  Bu barədə jurnalistlərə Bakı şəhər Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva deyib. İdarə tərəfindən ötən tədris ilinin sonunda 4 və 5-ci sinif şagirdləri arasında keçirilən test yoxlamaları zamanı bu, bir daha təsdiqlənib. N.Rzaquliyeva: «4-cü sinif şagirdləri arasında aparılan test yoxlamalarının nəticələrini 1-ci yarım illiklə müqayisə edəndə görmək olur ki, mənimsəmə 15.3, keyfiyyət isə 16 faiz aşağı düşüb». Ardı »

Oxunma sayı: 2101

Biologiya fənni üzrə imtahan

Biologiya

Biologiya təbiət fənlərinə aiddir. Canlılar aləmindən bəhs edən biologiya fənni şagirdlərə canlı təbiətin maddiliyini, qanunauyğunluqlarını, canlıların yaranması, quruluşu, yayılması, inkişafı, qorunması funksiyası, ən başlıcası isə biososial varlıq olan insanın öz orqanizminin quruluşu və həyati xüsusiyyətlərinin öyrənilməsinə şərait yaradır. İnsanın davamlı inkişafı və sağlamlığın qorunması ilə bağlı şagirdə bilik verir və onlarda bacarıqlar – əməli vərdişlər formalaşdırır. Biologiya fənninin tədrisi sayəsində insanın bioloji və sosial mahiyyətini başa düşən hər bir şagird özünün, yaxınlarının sağlamlığının qorunmasına və sağlam həyat tərzinə hazırlanmış olur. Ardı »

Oxunma sayı: 15185
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
MDB alimləri
Vikipediya
Vikipediyada səhifə
Centersot
www.centersot.org
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010
Участник Всероссийского интернет-педсовета-2010
Video dərslər
Sayğac










free counters