Get Adobe Flash player

‘“İntel” Gələcək üçün təhsil’ yarlıqlı göndərişlər

Təhsil Nazirliyi Microsoft və İntel ilə danışıqlar aparır

Təhsil Nazirliyi Microsoft və İntel şirkətləri ilə “1 şagird – 1 kompüter” layihəsi çərçivəsində kompüter və lisenziyalı proqram təminatının güzəştli qiymətlərlə verilməsi haqqında danışıqlar aparır. Nazirliyin informasiyalaşdırma idarəsinin rəhbəri, Samir Məmmədovun dediyinə görə Microsoft lisenziyalı proqram təminatının verilməsi üçün hazır olduğunu bildirib. İntel korporasiyası, eyni zamanda məktəblərdə netbukların kredit sistemi çərçivəsində satışının təşkili üçün yeni model yaratmaq fikrindədir. S. Məmmədovun dediyinə görə nazirlik 3 min netbuk almağı planlaşdırıb, və “İntel”in nazirliyə min ədəd netbuk hədiyə etməsi gözlənilir: Ardı »

Oxunma sayı: 165

“Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verildi

6 aprel tarixində Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən “Elektron Təhsil” Ümumrespublika müsabiqəsinin başlanmasına həsr olunmuş mətbuat konfransı keçirildi. Təhsil Nazirliyi nəzdində Təhsil sisteminin informasiyalaşdırılması idarəsində keçirilən mətbuat konfransında jurnalistlərə müsabiqə haqqında geniş məlumat verilmişdir.
Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov qeyd etmişdir ki, 2010-cu il Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunmuşdur və müsabiqə nəzərdə tutulmuş fəaliyyətlərdən biridir. Onun sözlərinə görə, müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir Ardı »

Oxunma sayı: 171

Ötən il 500 məktəb İnternetə qoşulub

Hazırda respublikamızın ümumtəhsil məktəblərində hər 20 şagirdə 1 kompüter düşür. 5 il bundan əvvəl isə bu 1:1063 nisbətində idi. Təhsil Nazirliyindən aldığımız məlumata görə, Dövlət Proqramı çərçivəsində ölkənin bütün ümumtəhsil məktəbləri İKT ilə tam təmin edilmişdir. Bundan başqa, 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet) və İnternet şəbəkəsinə qoşulmuşdur. Təhsil ocaqlarının inzibati, pedaqoji və texniki heyəti əhatə olunan 40 min nəfər müvafiq treninqlərdən keçərək, İKT bacarıqlarına yiyələnmişlər. 20 məktəb isə “Elektron məktəb” layihəsinə qoşulmuş, ayrı-ayrı fənlər üzrə elektron tədris vasitələri məktəblərə çatdırılmışdır. Ardı »

Oxunma sayı: 135

Ümumdünya İnnovativ Müəllimlər Forumu – 2009

Müəllimlərə İKT təlimi Təhsil Nazirliyinin dəstəyilə “Microsoft Azərbaycan” şirkəti Azərbaycanda növbəti “İnnovativ Müəllimlər” müsabiqəsini elan etmişdi.

İnnovativ Müəllimlər Forumu Azərbaycan Respublikası Təhsil Nazirliyi və Microsoft Azərbaycan tərəfindən birgə həyata keçirilən Təhsildə Əməkdaşlıq proqramının tərkib hissəsidir. Bu Forum dünya İnnovativ Müəllimlər Forumuna hazırlığın Azərbaycan mərhələsidir. Forum qalibləri  Braziliyada keçiriləcək Dünya İnnovativ Müəllimlər Forumunda Azərbaycanı təmsil edəcəklər.

Müsabiqənin əsas məqsədi Azərbaycan Təhsil sistemində çalışan innovativ orta məktəb müəllimlər şəbəkəsi yaratmaq, onların informasiya texnologiyalardan istifadəsini təkmilləşdirmək və şagirdləri XXI əsr biliklərinə yiyələnməsi üçün şərait yaratmaqdır. Ardı »

Oxunma sayı: 424

Müəllim və İKT

Müəllimlərə İKT təlimi On beş mindən çox müəllim təhsildə İKT-nin tətbiqi üzrə treyninqlərdə iştirak etmişdir

“2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzə Dövlət Proqramı” çərçivəsində ümumtəhsil məktəblərinin 15 mindən artıq müəllimi təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə treninqlərdə iştirak etmişdir. Ardı »

Oxunma sayı: 135
Ən yaxşı müəllim
Banner
Sizi xoş gördük, uşaqlar!
Arı bal toplayır
Video dərslər
Təhsil Müsabiqəsi
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010 Участник Всероссийского интернет-педсовета-2010
Sayğac








free counters