‘kurikulum’ yarlıqlı göndərişlər
Kurikulum mərkəzində ümumrespublika seminarı keçiriləcək
Təhsil Problemləri İnstitutunun II korpusunda , Kurikulum mərkəzində hər ay olduğu kimi bu ay da növbəti ümumrespublika seminarı keçiriləcəkdir. Ümumrespublika seminarı, 27 may 2010-cu il tarixində saat 15:00 – da Təhsil Problemləri İnstitutunun II korpusunda (A.Cəlilov küç. 22, akt zalında) “Şəxsiyyət bütövlüyünün formalaşdırılması məsələləri” mövzusunda aparılacağı gözlənilir. Təhsil mütəxəssisləri, müəllimlər, dərslik müəllifləri, media işçiləri və digər maraqlananlar iştirak edə bilərlər. Ardı »
Kurikulum mərkəzində ümumrespublika seminarı keçiriləcəkdir
“Şəxsiyyət bütövlüyünün formalaşdırılması məsələləri” mövzusunda ümumrespublika seminarı keçiriləcək.
27 may 2010-cu il tarixdə saat 15:00 – da Təhsil Problemləri İnstitutunun II korpusunda (A.Cəlilov küç. 22, akt zalında) “Şəxsiyyət bütövlüyünün formalaşdırılması məsələləri” mövzusunda ümumrespublika seminarı keçiriləcəkdir. Ardı »
Məktəbəqədər təhsil: prioritet istiqamətlər
29 aprel 2010-cu il tarixdə Kurikulum Mərkəzində “Məktəbəqədər təhsil: prioritet istiqamətlər” mövzusunda seminar keçirildi. Seminarı giriş sözü ilə Kurikulum Mərkəzinin direktoru dosent Ənvər Abbasov açaraq təhsilin ilkin mərhələsi olan məktəbəqədər təhsil pilləsinində yürüdülən siyasətdən danışdı. O, məktəbəqədər təhsilin (Milli) kurikulumunun hazırlanması istiqamətində görülmüş işlər, qarşıda duran məsələlər haqqında seminar iştirakçılarını məlumatlandırdı. Ardı »
“2010 / 2011-ci dərs ilində 1-ci sinif şagirdlərinə dərs deyəcək müəllimlərin təlimi”nə dair tender qabağı konfrans
Hazırda Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Pedaqoji Kadrların Əlavə təhsil sisteminin müasirləşdirilməsi komponenti çərçivəsində “2010/2011-ci dərs ilində 1-ci sinif şagirdlərinə dərs deyəcək müəllimlərin təlimi”nin təşkili sahəsində məsləhətçi xidmətlərinin satınalınması ilə əlaqədar 01 fevral 2010 tarixində tender elanı verilmişdi. İlk dəfədir ki, ibtidai təhsil kurikulumu üzrə müəllimlərin təlimi üçün tender yolu ilə məsləhətçi şirkətin seçilməsi aparılır. 12.03.2010 tarixdə Təhsil Nazirliyində tenderdə iştirak edən dörd şirkətin səlahiyyətli nümayəndələri ilə texniki və maliyyə təkliflərinin təqdim olunmasından öncə iclas keçirildi. Ardı »
Rəhbər pedaqoji işçilərə təlim kursları keşirilmişdir
Ümumtəhsil sistemində həyata keçirilən kurikulum islahatları ilə bağlı ictimaiyyət arasında maarifləndirmə tədbirlərinin gücləndirilməsi, kurikulumların tətbiqi sahəsində təhsil işçilərinə peşəkar səviyyəli metodik köməkliyin göstərilməsi məqsədilə 2010-cu ilin mart ayından başlayaraq yerli təhsil orqanlarının təqdim etdiyi siyahı əsasında Respublikanın şəhər və rayonlarında davamlı fəaliyyət göstərən təlimçilər qrupunun hazırlanması üçün yerlərdə 10 günlük öyrədici təlim kursunun təşkili barədə təhsil naziri əmr (01.03.2010 – cu il tarixli, 249 nömrəli) imzalamışdır. Ardı »
“Şagird naliyyətlərinin monitorinqi və qiymətləndirilməsi” mövzusunda ümumrespublika seminarı keçirilmişdir
29 mart 2010-cu il tarixdə Kurikulum Mərkəzində “Şagird naliyyətlərinin monitorinqi və qiymətləndirilməsi” mövzusuna həsr olunmuş ümumrespublika seminarı keçirildi. Seminarı giriş sözü ilə TPİ-nin direktoru, akademik Abdulla Mehrabov açaraq Respublikamızda həyata keçirilən təhsil siyasətdən danışdı və keçirilən tədbirin həmin siyasətin əsas istiqamətləndən olan şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsinə həsr olunduğunu qeyd etdi. Daha sonra məruzə üçün sözü Kurikulum Mərkəzinin koordinatoru, pedaqoji elmlər namizədi İlham Cavadova verdi. Ardı »
Müəllimdən müəllimə
Halva halva deməklə…..
Fatma xanım Bünyatova
Azərbaycan Respubluikasının Təhsil İslahatı programı çərçivəsində təhsil standartı olan Milli Kurikulumun strategiyası yeni məzmunlu təhsilin, şagird yönümlüyünə, şagird təfəkkürünün inkişafına istiqamətlənibdir. Təhsil islahatı, təhsilin ümumən, hər bir sahəsinə toxunur və belə demək mümkünsə əsrin “pedaqoji çevrilişinə” bənzəyir və sözsüz ki, bu həm önəmli, həm də məsuliyyətli bir prosesdir, dövlətin olduğu kimi cəmiyyətin də bu prosesdə seyirci kimi yox, fəal iştirakı labüddür. Ardı »
Kurikulum mərkəzində” “Konstruktiv təlim və nanopsixopedaqoqikanın perspektivləri” mövzusunda seminar
1 mart 2010-cu il tarixdə “Kurikulum mərkəzində” “Konstruktiv təlim və nanopsixopedaqoqikanın perspektivləri” mövzusunda seminar keçirilmişdir. Seminarı “Təhsil Problemlər İnstitutunun”direktoru akademik Abdulla Mehrabov giriş sözü ilə açaraq, seminarın interaktiv təlim olan “Konstruktiv təlim və nanopsixopedaqoqikanın perspektivləri” mövzusuna həsr olunduğunu bildirdi. Akademik Abdulla Mehrabov müzakirəyə çıxarılan məruzənin aktuallığını qeyd edərək, psixopedaqoqikanın yeni bir anlamını, yeni bir nano baxışını vurğulayaraq bu gün elmə nanonun gətirdiyi inkişafı pedaqoqika və psixologiya da gətirəcəyinə əmin olduğunu bildirdi və məruzə üçün sözü “İdrak məktəbi”nin direktoru Fatma xanım Bünyatovaya verdi. Ardı »
Kurikulum mərkəzində ümumrespublika seminarı
24 fevral 2010-cu il tarixdə Təhsil Problemləri İnstitutunda “Təlim prosesi: ənənəvi və müasir yanaşmalar” mövzusunda ümumrespublika seminarı keçirildi. Tədbiri giriş sözü ilə Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov açaraq seminarın “Təlim prosesi: ənənəvi və müasir yanaşmalar” mövzusuna həsr olunduğunu bildirdi. Və məruzə üçün sözü TPİ-nin elmi katibi prof. Akif Abbasova verdi. Prof. Akif Abbasov təlim anlayışı, onun mahiyyəti, məzmunu, təlim prosesi nədir, ənənəvi və fəal təlimin xüsusiyyətləri, təlimin əsas təşkilat forması olan dərs və onun funksiyaları, Ardı »
Yeni fənn kurikulumlarının tətbiqinə dair respublika seminarı
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu bu ilin yanvarından başlayaraq ayda bir dəfə ölkənin təhsil sistemində aparılan islahatlara həsr olunmuş respublika seminarı keçirməyi nəzərdə tutub. Seminarlarda məqsəd islahat çərçivəsində ümumi təhsilin məzmununun yeniləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə, xüsusən də institutun Kurikulum Mərkəzində fənn kurikulumlarının hazırlanması Ardı »
Kurikulumda elan
Elan: “Yeni fənn kurikulumlarının tətbiqi: problemlər, vəzifələr” mövzusunda ümumrespublika seminarı
Təhsil Problemləri İnstitutunun II korpusunda (A.Cəlilov küçəsi, 22, akt zalında) hər ayın sonuncu həftəsinin V günü, saat 15.00-da “Yeni fənn kurikulumlarının tətbiqi: problemlər, vəzifələr” mövzusunda ümumrespublika seminarı keçiriləcəkdir. Təhsil mütəxəssisləri, müəllimlər, dərslik müəllifləri, media işçiləri və digər maraqlananlar iştirak edə bilərlər.
Əlaqə telefonları: 490-51-56; 490 -27 -23. Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutu
Oxunma sayı: 81Məktəb rəhbərləri üçün maarifləndirici tədbir
Yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar məktəb rəhbərlərinin maarifləndirilməsi üçün 13 yanvar 2010-cu il tarixdə Kurikulum Mərkəzində tədbir keçirilmişdir.
Məktəb direktorlarının, eləcə də təlim-tərbiyə işləri üzrə direktor müavinləri üçün öyrədici kursların təşkili məqsədilə keçirilən bu tədbirdə Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri, “Kurikulum islahatının davam etdirilməsi və kurikulum islahatına dəstək” alt-komponentinin koordinatoru Aydın Əhmədov, Ardı »
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları
“Azərbaycan müəllimi” qəzetinin 11.09.2009-cu il tarixli nömrəsində “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları”nın layihə variantı çap edilib. Ötən müddət ərzində bu layihə yerlərdən daxil olan rəy və təkliflər əsasında yenidən işlənib və təkmilləşdirilib.
Aşağıda “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları”nın yendən işlənmiş variantını çap edir və nəzərinizə çatdırırıq ki, fənn kurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili qiymətləndirmə bu “Qaydalar” əsasında aparılır. Ardı »
Oxunma sayı: 160




