Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

‘məktəb’ yarlıqlı göndərişlər

Sia.az-a açıqlama: “Uşaqları virtual “tərbiyə”dən necə qorumalıyıq?”

almazitv“Bu danılmazdır ki, indiki şəraitdə internetdə olan yazılar, şəkillər, videolar, müxtəlif görüntülər hamısı ədəb çərçivəli deyil, səmərəsiz və gərəksiz olan boş informasiyalarla doludur. Məktəblilərin belə neqativ hallardan qorunması üçün təhsil sahəsində çalışanlarla bərabər valideynlər də səfərbər olunmalıdır”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət deyib. Ardı »

Oxunma sayı: 97

“Kaspi”yə açıqlamam: Uşaqlarda musiqi zövqü necə formalaşır?

2sMütəxəssislər bayağı mahnılardan uzaq durmaları üçün onlara daim keyfiyyətli musiqilər dinlətdirməyin vacib olduğunu deyirlər. “Hörmətli valideyn, övladınız musiqi dərsində Üzeyir Mehdizadənin repertuarından “Yarım” mahnısını oxuduğu üçün onu cəzalandırmışıq. Xahiş edirik, övladınızla maraqlanın” – bu, orta məktəblərin birində müəllimin şagirdin “Gündəliy”inə yazdığı qeyddir. Valideyn sosial şəbəkədə “Gündəliy”in şəklini paylaşandan sonra olay ciddi müzakirələrə səbəb oldu.  Ardı »

Oxunma sayı: 26

Almaz Həsrət: “Ugurun təməl açarı…”

Almaz Həsrət

Almaz Həsrət

Bu gün Azərbaycanda “Bilik günü” qeyd olunur.
Gununsesi.info Təhsil nazirliyinə istinadən xəbər verir ki, bu tədris ilində ölkə üzrə 164 033 nəfər şagird 1-ci sinfə gedəcək.
Yeni dərs ilində Bakı şəhəri üzrə 1-ci sinfə gedəcək şagirdlərin sayı 43 397 nəfərdir.

Əməkdar müəllim Almaz Həsrətlə söhbətimiz 1-cilərlə bağlıdır.
-Almaz xanım, məktəbə ilk qədəm basan uşaqlarda görülən ilk gün sindromu hansılardır?
Ana-atasının qollarında böyüyən uşağın, tanımadığı, ona yad olan bir mühitdə, eləcə də bir çox tanımadığı uşaqla bir araya gəldiyində yaşadığı çətinliyə ilk gün sindromu deyə bilərik. Bu sindrom yarandığında birincilərdə qorxu, qayğı, ağlama, anadan ayrılmaq istəməmə, sinifə girməyi rədd etmə kimi davranışlar ola bilər.

Ardı »

Oxunma sayı: 235

Kaspi qəzetinə açıqlamam: “Yenidən təhsilə dəvət”

aTəkcə təhsildən deyil, həm də oxumaq həvəsindən uzaq düşən insanlar yenidən parta arxasına dəvət edilir. Uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə təhsil naziri Mikayıl Cabbarovun bu günlərdə imzaladığı əmr məktəb yollarını çoxdan yaddan çıxaran, kitab-dəftərin varlığını belə unudan insanlar üçün maariflənmənin heç zaman gec olmamasına çağırış kimi səslənir. Ardı »

Oxunma sayı: 21

Səs İnformasiya Agentliyinə açıqlamam

Almaz Həsrət

Almaz Həsrət

Müəllim-şagird münasibətlərində nələr baş verir? ARAŞDIRMA
Son günlər mediada bəzi müəllimlərin şagirdlərə fiziki təzyiq göstərmələri, yaxud şagirdlərin müəllimlərə qarşı tərbiyəsiz və hörmətsiz davranmalarını əks etdirən videogörüntülər yayımlanır. Məlumdur ki, belə hallar bütün təhsil sisteminə aid deyil. Ancaq bu görüntülər ölkə mediasının gündəmindən düşmür, cəmiyyət arasında geniş müzakirələrə səbəb olur. Bütün bunları nəzərə alaraq, SİA ölkəmizdə müəllim-şagird münasibətləri, müəllimlərin şagirdlərlə rəftar qaydaları haqda araşdırma aparıb. Ardı »

Oxunma sayı: 646

Kaspi qəzetində gedən açıqlamam

Almaz Həsrət İTV-də

Almaz Həsrət

Müəllim həm də psixoloq olmalıdır.
Azərbaycanın əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət öz müsahibəsində bildirdi ki, mükəmməl ali təhsilli insanlar elə psixoloqdur: “Bəzən müəllimlərin psixoloq kimi necə olmalarına dair suallar səslənir. Amma unutmaq olmaz ki, bütün mükəmməl insanlar – mütaliə edənlər, təhsilli insanlar qarşısındakı insanla ünsiyyətdə olarkən elə məhz həmin andan onların arasında psixoloji ünsiyyət yaranır. Bu o deməkdir ki, psixoloq olmaq üçün mütləq ali təhsil haqqında sənədin olmalı deyil. Ardı »

Oxunma sayı: 570

Məktəb təmayülləşir

Almaz Həsrət

Almaz Həsrət

10-11-ci siniflərdə fənlərin sayı azaldılacaq.
Almaz Həsrət: “Təmayülləşmə şagirdlərin əlavə müəllim hazırlığına getməsinin qarşısını alacaq” Məlahət Mürşüdlü: “Bu il təmayülləşmə üzrə təhsilin tətbiqinə hazır deyilik”. “Azərbaycanda tədrisin təmayüllər üzrə təşkil olunacağı məktəblərin siyahısı təsdiqlənib, həmin məktəbin yuxarı sinif şagirdləri üçün fənlərin sayı azaldılıb”. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirildiyinə görə, təhsil nazirinin 2015-ci il 8 iyun tarixli əmri ilə 2015-2016-cı dərs ilindən 10-11 siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunacağı Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin siyahısı və 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) istiqamətinin tədris planları təsdiq edilib. Ardı »

Oxunma sayı: 680

ATV.az-a müsahibəm: 12 illik təhsil bizə nə verəcək?

Almaz Həsrət

Almaz Həsrət

Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov ötən gün, 12 illik təhsilə keçidlə bağlı jurnalistlərə açıqlama verib. O bildirib ki, 12 illik təhsil sisteminə keçidə mexaniki keçid kimi baxmaq və bu cür təqdim etmək kifayət qədər sadələşdirilmiş bir yanaşma olardı: “Məhz bu keçiddən gözlədiyimiz nəticələrə nail olmaq məqsədilə hazırda Təhsil Nazirliyi tərəfindən hazırlıq işi, ekspertlərlə məsləhətləşmə, digər dövlətlərin bu sahədə uğurlu və uğursuz təcrübələri öyrənilir”. Ardı »

Oxunma sayı: 439

Sən kimsən, Azərbaycan qadını?

Almaz Həsrət və İradə Bayramova

Almaz Həsrət və İradə Bayramova

Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbdə 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə «Sən kimsən, Azərbaycan qadını?» adlı tədbir keçirildi. Tədbir məktəbin 4-cü sinif şagirdlərinin hazırladığı ədəbi bədii kompazisiya ilə başladı. Kompozisiyanın süjet xəttini tarixin ayrı-ayrı dönəmlərində Azərbaycan qadının mübarizliyi, dərin zəkası, dünyagörüşü, uzaq görənliyi nəticəsində qazanılmış nailiyyətlər təşkil edirdi. Dünyanı heyrətdə qoyan ağıl sahibi, qəhrəmanlıq nümunəsi olan qadınlarımızla həmişə fəxr etmişik. Onlar arasında tarixin qürur duyduğu simalar Tomris, Sara Xatun, Nüşabə, Xan qızı Natəvan, Ağabəyim ağa, Nigar, Həcər məhz Azərbaycan qadınıdır.  Ardı »

Oxunma sayı: 733

“Ekspress” qəzetinə müsahibə

Almaz Həsrət

Almaz Həsrət

Birinci sinfə elektron qəbul nə vəd edir?
Almaz Həsrət: “Həmişə məşğul olduğunu bildirən valideynlərin zamana qənaəti olacaq”.

Dünəndən etibarən Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün elektron formada sənəd qəbuluna başlanılıb. Qeyd edək ki, 2015/2016-cı tədris ilindən etibarən ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulu bu gündən başlayaraq sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq. Bu prosesin nə kimi mənfi və müsbət tərəfləri var? Ardı »

Oxunma sayı: 488

“Şərq” qəzetinə müsahibə

Almaz Həsrət

Almaz Həsrət

Müəllimlər də dəstəkləyir, şagirdlər də…

Məktəbli formalarının üzərində dövlət atributları əks olunacaq. Şagirdlərin vahid məktəbli formasına dövlət atributları əlavə edilə bilər. Lakin hələlik həmin formaların üstündə “Bakı Tikiş Evi”nin emblemi həkk olunur. Digər bir çox ölkələrdə məktəbli formalarının üstündə ölkələrini təmsil edən hansısa nişanə vurulur. Azərbaycanda isə hələ bu təcrübədən istifadə olunmur. Təhsil Nazirliyi də bu məsələyə müsbət yanaşaraq gələn ildən belə bir addımın atılmasını açıqlasa da, hələlik heç bir yenilik yoxdur. Nazirliyin mətbuat xidmətindən ANS Press-ə bildirilib ki, məktəbli formalarında dövlət atributlarının həkk olunması təhsilə aid heç bir hüquqi normativ sənəddə qeyd edilməyib: Ardı »

Oxunma sayı: 436

“Azərbaycan məktəb və pedaqoji fikir tarixi” dərsliyinin təqdimatı olub

professor Hüseyn Əhmədov

professor Hüseyn Əhmədov

“Azərbaycan məktəb və pedaqoji fikir tarixi” dərsliyinin ikinci nəşri pedaqoji fikir tariximizdə mühüm hadisədir. Müəllim kadrları hazırlayan ali məktəb tələbələri, magistr, doktorant və dissertantlar, tədqiqatçılar, həmçinin müəllimlər üçün nəzərdə tutulan bu dərsliyin müəllifi – SSRİ PEA-nın müxbir üzvü, Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü, pedaqogika üzrə elmlər doktoru, professor Hüseyn Əhmədov uzun illərdir ki, Azərbaycan məktəb və pedaqoji fikir tarixi problemi ilə bağlı tədqiqatlar aparır. Onun “XIX əsr Azərbaycan məktəbi” adlı iri həcmli monoqrafiyası Azər¬bay¬canda pedaqoji elmin inkişafında mühüm rol oynamış və bu sahədə yeni tədqiqat işlərinin meydana gəlməsinə güclü təkan vermişdir. Ardı »

Oxunma sayı: 2502

AzTV radio yayımının “Gəl səhərim”-də

AzTV radio "Gəl səhərim"

AzTV radio “Gəl səhərim”

28 noyabr 2014-cü il tarixində səhər saat 8-dən səhəri Azərbaycan Dövlət Televiziyası və Radio yayımının efirə canlı yayımlanan “Gəl səhərim” radio verilişinin gözəl kollektivi ilə keçirdim. 105.0 fm-də hər cümə günü səhər saat 8.00-dən sevə-sevə dinlədiyim verilişə qonaq qismində dəvət alacağımı eşidəndə çox sevindim. Bu dəvəti çox dəyərli xanım Səidə Haqverdiyevadan alanda çox şad oldum. Demək ki, sevə-sevə izlədiyim,daimi qulaq asdığım sevimli “Gəl səhərim” verilişində məni də dinləcəklərmiş. Mövzu təbii ki, təhsillə bağlı idi: müəllim şagird, valideyn övlad, müəllim valideyn münasibətlərindən. Ardı »

Oxunma sayı: 1905

“Güzəştlər və stimullaşdırıcı tədbirlər bölgə məktəblərinin inkişafına təkan verəcək”

Almaz Həsrət

Almaz Həsrət

Almaz Həsrət: “Əgər bundan sonra müəllimlər yenidən Bakıya üz tutacaqlarsa, onlar artıq müəllim arzusunda olanlar deyillər”.
Nazirlər Kabineti “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” qanuna dəyişikliklər edib. Nazirlər Kabineti yeni dəyişikliyi Təhsil Nazirliyinin təklifini nəzərə alaraq həyata keçirib. Ardı »

Oxunma sayı: 2018

Birinci sinifə qəbulla bağlı komissiya yaradılıb

oturaq təhsil

gələcəyimiz

Xüsusi istedadlı uşaqların necə seçiləcəyi maraq doğurur. Təhsil üzrə ekspert Almaz Həsrət hesab edir ki, təhsil sahəsində dövlət tərəfindən müsbət yöndə aparılan islahatları dəstəkləməliyik: “Təbii ki, bu islahatlar araşdırmalar aparılaraq müəyyən nəticəyə gəlindikdən sonra qərar qəbul olunur. Bu qərarların icrası üçün də müvafiq sənədlər toplusu imzalanır”.
Bakıda yeni tədris ilində birinci sinfə gedəcək şagirdlərin orta məktəblərə qəbulu ilə bağlı komissiya yaradılıb. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün yaradılan komissiyalar avqustun 5-dən sentyabrın 10-dək fəaliyyət göstərəcək. Ardı »

Oxunma sayı: 3068
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters