‘məktəb’ yarlıqlı göndərişlər
Təhsil haqqı artırılır?
Təhsil haqqının artırılması təklifi narazılıq doğurdu. Firudin Cəlilov: “Təhsil haqqının artırılması kasıb ailələrin belini qırmaqdan başqa bir şey deyil”. QayNar: Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair fikirlərini jurnalistlərlə bölüşərkən belə bir fikir işlədib ki, iqtisadyönümlü ixtisaslar üzrə təhsil haqqının 1500 manat məbləğində müəyyənləşdirilməsi narahatlıq doğurur. Ardı »
Elektron Təhsil” Respublika müsabiqəsində iştirakçıların qeydiyyatı başa çatıb
Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsindən verilən xəbərə görə, iki mərhələdə keçiriləcək səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Təhsil Nazirliyi tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Qeyd etmək lazımdır ki, 2010-cu il Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə İKT ili”-nin əsas fəaliyyətlərindən biri olan, “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən müsabiqə Microsoft Azərbaycan, Intel korporasiyasının Ardı »
Gürcüstanda Azərbaycan orta məktəbləri arasında gürcü dili üzrə olimpiada keçiriləcək
Gürcüstanda Azərbaycan orta məktəblərində gürcü dili üzrə olimpiada keçiriləcək. Bu barədə Kvemo-Kartli (Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları yer) regionunun qubernator müavini Hüseyn Yusifov bildirib. Ardı »
Beynəlxalq təhsil layihəsi "Home. Planetlə görüş"
Bu il sentyabrın 21-dən dekabr ayının 25-nə kimi “Home. Planetlə görüş” Beynəlxalq təhsil layihəsi keçirilir.
Buraya Rusiya və MDB ölkələrinin təhsil işçiləri, müəllimlər, tələbələr, şagirdlər dəvətlidirlər. Bu Beynəlxalq təhsil layihəsində iştirak edəcək xarici orta məktəblər arasında Azərbaycanı təmsil edəcək Bakıdakı şəhid Ələkbər Əliyev adına 204 saylı orta məktəbin də adı var.
Oxunma sayı: 100




