‘medal’ yarlıqlı göndərişlər

Sia.az-a açıqlamam: “”Şagirdlərin medallarla təltif edilməsi onlar üçün stimul olacaq””

Almaz Həsrət

“Ümumtəhsil məktəblərində təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə də fərqlənən şagirdlərin qızıl və ya gümüş medallarla təltif olunması onlarda yüksək motivasiya yaradacaq. Şagirdlər bu mükafata sahib olmaq üçün təhsilə daha çox diqqət ayıracaqlar”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət deyib.  O qeyd edib ki, davranışın da qiymətləndirməyə təsirinin olduğunu bilən şagird təhsil aldığı müəssisədə öz üzərində mükəmməl çalışmağa meyllənəcək: “Şagirdlərin medallarla təltif edilməsi onlarda yüksək keyfiyyətli mədəniyyətin formalaşması, məktəblərdə nümunəvi təhsil nəticələri göstərmələri üçün stimul olacaq. Ona görə bu addım şagirdlərin formalaşması üçün önəmlidir”. Ardı »

Oxunma sayı: 370

Orta məktəbi medalla bitirən məzunlar kimlərdir?

İmtahan

Bu il respublika üzrə orta məktəblərdə təhsili uğurla başa vuran 80 məzunun qızıl və ya gümüş medala namizədliyi sürülmüşdü. Bunlar orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirməklə tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi, illik qiymətlərinin isə hamısı “əla” olan və bunlarla yanaşı, nümunəvi davranışı ilə fərqlənən, müxtəlif səviyyəli fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqə və layihələrdə iştirak edib mükafata layiq görülən şagirdlər idi. Ardı »

Oxunma sayı: 6155

Məzunlara veriləcək medallar hazırdır

Azərbaycanda orta məktəb məzunlarına veriləcək qızıl və gümüş medallar hazırdır. Azərbaycanda orta məktəbləri xüsusi nailiyyətlərlə başa vuran 11-ci sinif məzunlarına veriləcək qızıl və gümüş medallar artıq hazırdır. Bu barədə Trend-ə cümə axşamı Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, medallar Azərbaycanda hazırlanıb. Qızıl və gümüş medallar diametri 40 mm, qalınlığı 3 mm olan lövhə şəklində hazırlanıb. Ardı »

Oxunma sayı: 3248

Medala namizəd şagirdlərin siyahısı hazırlanıb

Cari tədris ilinin sonundan etibarən qızıl və gümüş medala layiq görülən şagirdlərə medalların təqdim olunması prosesi gerçəkləşəcək. Bu siyahıya namizəd olan Bakı məktəbliləri artıq bəllidir. Modern.az saytının məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, qızıl və gümüş medala layiq görülmək üçün namizəd şagirdlərin siyahısı artıq Təhsil Nazirliyinə təqdim edilib. Ardı »

Oxunma sayı: 5697

Azərbaycan Bakıda keçirilən Beynəlxalq Elm Olimpiadasında iki gümüş və yeddi bürünc medal qazanıb

elmi olimpiadaBakıda cümə axşamı başa çatan VI Beynəlxalq Elm Olimpiadasında azərbaycanlı məktəblilər iki gümüş və beş yeddi medal qazanıblar.

“Bu, Azərbaycan üçün yaxşı nəticədir”, – təhsil naziri Misir Mərdanov jurnalistlərə deyib.

“Bizim bu sahədə hələ az təcrübəmiz var və olimpiadaya güclü hazırlaşmaq lazımdır”, – nazir deyib.

VI Beynəlxalq Elm Olimpiadası 2-10 dekabr tarixləri arasında Bakıda keçirilib.

Olimpiadada dünyanın 49 ölkəsindən 600 nəfər şagird və müəllimlər iştirak edib. Müsabiqə ingilis dilində keçirilib. Ardı »

Oxunma sayı: 3261

Yeni qanun layihəsində testdən kənar qəbul nəzərdə tutulur

Almaz müəllimə şagirdlərləNövbəti təhsil ilindən orta məktəblərdə medal alanlar, beynəlxalq olimpiadaların və beynəlxalq yarışların qalibləri ali məktəbə birbaşa – yəni testdən kənar qəbul oluna bilərlər. Magistr hazırlığının təşkili və qəbulu məsələləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilə bilər. Bu, «Təhsil haqqında» qanun layihəsində nəzərdə tutulub. Ardı »

Oxunma sayı: 3925
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters