Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

‘Mikayıl Cabbarov’ yarlıqlı göndərişlər

Elektron resurslar bizdən nəyi alıb, nəyi verəcək?

Almaz Həsrət

Almaz Həsrət

“Uşağın vaxtını ələ keçirmək uğrunda mübarizə güclənib. Kompüter istehsalçıları, kompüter oyunu istehsalçıları, valideynlər, məktəblər, müxtəlif kurslar uşağın vaxtını ələ keçirmək üçün mübarizə aparırlar. Belə bir vaxtda uşağa maraqlı bir şey təqdim etməlisən ki, o vaxtını buna sərf etməyə maraq göstərsin. Məhz elektron dərsliklər, multimedia vəsaitləri bu rolu oynaya bilər”. Bu fikirlər ötən həftə elektron resursların təqdimat mərasimində təhsil naziri Mikayıl Cabbarov tərəfindən səsləndirildi. Cənab nazir doğru qeyd etmişdi, vaxt dəyərli məfhumdur. Vaxtında deyilən sözün, görülən işin faydası həmişə töhfə verib. E-resurs.edu.az portalının təqdimatı da elə vaxtında, nazirin çıxışından dərhal sonra baş tutdu.

 “Portal elektron resursları bir mənbədə yerləşdirmək üçün yaradılıb.

Ardı »

Oxunma sayı: 2506

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun müsahibəsi

Mikayil Cabbarov

Mikayil Cabbarov

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
Mikayıl müəllim, aprel ayında sizin nazir kimi fəaliyyətinizin 1 ili tamam olacaq. Bu müddət ərzində qarşıya qoyduğunuz hansı məqsədlərə nail ola bilmisiniz? Qarşıdakı illərdə təhsilin inkişafı sahəsində daha hansı vacib tədbirlərin həyata keçirilməsi gözlənilir?
– Bu müddət ərzində ən başlıca məqsədləri müəyyənləşdirmişik və onlar “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda öz əksini tapıb. İstənilən problemin həlli üçün məsələnin düzgün qoyuluşu lazımdır. Ardı »

Oxunma sayı: 3019

Orta məktəb müəllimlərinə xəbərdarlıq

Təhsil naziri Mikayıl Cabbarov

Təhsil naziri Mikayıl Cabbarov

Mikayıl Cabbarovdan pul yığan müəllimlərə xəbərdarlıq. Təhsil Nazirliyi orta məktəblərdə Yeni il şənliklərinin keçirilməsi üçün pul yığan müəllimləri cəzalandıracaq. Nazirliyin mətbuat xidməti Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Yeni ilin gəlişi ilə bağlı məktəblərdə şənliklərin keçirilməsi üçün pul yığılması qanunsuzdur. “Orta məktəblərdə yeni il şənliklərinin təşkili üçün qanunsuz pul yığımı birmənalı şəkildə qadağandır. Ümumi təhsil müəssisələrində, ümumiyyətlə, hər hansı bir məqsəd üçün pul yığılması qəti qadağan olunub. Ardı »

Oxunma sayı: 2078

Orta məktəb dərsliklərinin hazırlanmasında yenilik

Yenilik...

Yenilik…

Orta məktəb dərsliklərinin hazırlanmasında yenilik tətbiq ediləcək. Azərbaycanda ali məktəblər orta məktəb dərsliklərinin hazırlanması prosesində iştirak edəcəklər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bununla bağlı ali məktəb rəhbərləri ilə görüşdə də müzakirələr aparılıb. Nazir hesab edir ki, ali məktəblərin orta məktəb dəsliklərinin yazılması prosesinə cəlb olunması həmin təhsil müəssisləri üçün də maraqlıdır: “Ali təhsil müəssisələrinin müəllimləri dərsliklərin hazırlanmasında iştirak etməklə əlavə gəlir mənbəyi əldə etmiş olurlar. Ardı »

Oxunma sayı: 2590

Dərslər sentyabrın 15-dən başlanmalıdır

Almaz Həsrət

Almaz Həsrət

“İsti havada sərinkeşi olmayan bir auditoriyada oturmaq mümkünsüzdür”.
Təhsil naziri Mikayıl Cabbarov bu il Azərbaycanda yeni tədris ilinin sentyabrın 16-da başlayacağına dair qərarın birmənalı olduğunu deyib. Məktəblilərin tətil müddətindən də söz açan nazir 3 ay yarım yay tətilinin şagirdlərin istirahəti üçün çox uzun müddət olduğunu vurğulayıb: “Beynəlxalq təcrübədə yay tətilləri uzun olduqda uşaqların bilik səviyyələrinin məktəbə gələrkən xeyli aşağı düşdüyünü göstərir. Ardı »

Oxunma sayı: 2781

Mikayıl Cabbarov yeni müşavir təyin etdi

Mikayıl Cabbarov Təhsil naziri

Mikayıl Cabbarov Təhsil naziri

Təhsil nazirliyində yeni kadr təyinatları aparılıb. Təhsil nazirinin müvafiq əmrinə əsasən Elxan Hüseynov təhsil nazirinin müşaviri, Rəcəb Səttarov Təhsil Nazirliyi Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

Elxan Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika–riyaziyyat fakültəsini bitiribr. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmiş, 1994-cü ildə dosent elmi adı almışdir. Ardı »

Oxunma sayı: 2236

Təhsil Nazirliyindən xəbərdarlıq

Mikayıl Cabbarov

Mikayıl Cabbarov

Son vaxtlar Rusiya və Ukraynanın ali məktəblərinə tələbə göndərmək adı ilə şirkət və firmalar tərəfindən müxtəlif elanlar verilir. Belə qurumlar Azərbaycanda rəsmi qeydiyyatdan keçdiyini və qanuni tələbə mübadiləsilə məşğul olduğunu bəyan etməklə xaricə oxumaq istəyənləri cəlb etməyə çalışır. Maraqlıdır, Təhsil Nazirliyi bu şirkətlər vasitəsilə imtahan vermədən yalnız attestatla xarici ali məktəblərə qəbul olanların diplomlarını tanıyacaqmı? Ardı »

Oxunma sayı: 2408

Mikayıl Cabbarov bir neçə direktoru işdən çıxartdı

Mikayıl Cabbarov

Mikayıl Cabbarov

Təhsil Nazirliyinə daxil olmuş müraciətlər əsasında Nazirliyin Daxili nəzarət şöbəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində Bakı şəhərində yerləşən 3 təhsil müəssisəsində ciddi faktlar aşkarlanıb və müvafiq tədbirlər görülüb. Bakı şəhəri, Xətai rayonunda yerləşən 245 nömrəli tam orta məktəbin direktoru V.Məcidovanın fəaliyyəti ilə bağlı Daxili nəzarət şöbəsinə müəllim və valideynlərin çoxsaylı şikayətləri daxil olub, uşaqların I sinfə qəbulu və digər sahələrlə bağlı ciddi nöqsanlara yol verildiyi aşkarlanıb. Ardı »

Oxunma sayı: 1910

Daha bir yenilik

Mikayıl Cabbarov

Mikayıl Cabbarov

Mikayıl Cababrov hamını və hər şeyi dəyişir – Daha bir yenilik.  Bu gələcəkdə nəzərdə tutulan dəyişikliklərin tərkib hissəsidir. Təhsil Nazirliyi nazirliyin loqosunun dəyişilməsinə aydınlıq gətirib. Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, cəmiyyətin bütün sahələrində, o cümlədən təhsil sistemində müşahidə edilən dəyişikliklər hər bir dövlət orqanının fəaliyyət prinsiplərinə yenidən baxılmasını şərtləndirir. Ardı »

Oxunma sayı: 2406

Təhsil Nazirliyində 4 şöbə müdirsiz qalıb

Təhsil naziri Mikayıl Cabbarov

Təhsil naziri Mikayıl Cabbarov

Misir Mərdanov nazir vəzifəsindən azad edildikdən sonra təhsil naziri təyin olunan Mikayıl Cabbarov həm struktur, həm də kadr dəyişikləri həyata keçirdi. Lent.az-ın məlumatına görə, ötən ay təhsil nazirinin imzaladığı əmrə əsasən Nazirliyin aparatının Akkreditasiya şöbəsi və Monitorinq və qiymətləndirmə şöbəsi ləğv edilərək əvəzində Lisenziyalaşdırma və təhsilin keyfiyyətinə nəzarət şöbəsi yaradılıb. Ardı »

Oxunma sayı: 2988

Təhsil Nazirliyində daha bir dəyişiklik

Mikayıl Cabbarov

Təhsil Nazirliyinin Akkreditasiya şöbəsini müdiri Həbib Zərbəliyev tutduğu vəzifədən azad olunub. Həbib Zərbəliyev APA-ya faktı təsdiqləyib və 3-4 gün əvvəl təhsil naziri Mikayıl Cabbarovun əmri ilə tutduğu vəzifədən azad olunduğunu deyib: “Yeni nazir bizimlə işləmək istəmədi. Akkreditasiya şöbəsi ilə monitorinq və qeydiyyat şöbəsi birləşdirilərək yeni şöbə yaradıldı. Bundan sonra isə bizim orda çalışmağımıza ehtiyac olmadı”. Ardı »

Oxunma sayı: 2567

Təhsil Nazirliyinin aparatında struktur dəyişiklikləri aparılıb

Mikayıl Cabbarov

Nazirliyin saytının verdiyi xəbərə görə, Təhsil Nazirliyinin aparatının struktur bölgüsünün səmərəlilik və funksionallıq prinsipləri əsasında müəyyənləşdirilməsi, bölmələrin fəaliyyətində paralelliyinin aradan qaldırılması və bununla bağlı idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə Nazirliyin aparatının Akkreditasiya şöbəsi və Monitorinq və qiymətləndirmə şöbəsi ləğv edilərək əvəzində Lisenziyalaşdırma və təhsilin keyfiyyətinə nəzarət şöbəsi yaradılıb. Ardı »

Oxunma sayı: 2785

Mikayıl Cabbarov kadr islahatlarına başladı: 5 yeni təyinat

Mikayıl Cabbarov

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən 5 nəfərin Təhsil Nazirliyində vəzifəyə təyin edildiyi bildirilir. “Gündəlik Teleqraf” qəzetinə daxil olan məlumata görə, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri postuna yeni şəxs təyin olunacaq. Məlumatlı mənbənin bildirdiyinə görə, həmin şəxs Ceyhun adlı mətbuat nümayəndəsidir. Bundan başqa hazırkı təhsil nazirinin öz əvvəlki iş yerindən – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən 3 nəfəri Təhsil Nazirliyində yeni vəzifəyə təyin etdiyi barədə məlumat əldə etmişik. Ardı »

Oxunma sayı: 5307

Yeni nazir KİV-ə müraciət etdi…

Mikayıl Cabbarov

Təhsil Nazirliyi kütləvi informasiya vasitələri nümayəndələrinə müraciət edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən lent.az-a verilən məlumata görə, Təhsil Nazirliyi KİV-lə daha səmərəli münasibətlərin qurulması üçün yeni siyasət formalaşdırır. Bu siyasət nazirliyin media ilə əlaqələrinin daha açıq, şəffaf və operativ qurulmasına xidmət edəcək. Bütün bunlar Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın yaradılması imkanlarını artıracaq. Ardı »

Oxunma sayı: 2715
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters