Get Adobe Flash player

‘milli kurikulum’ yarlıqlı göndərişlər

Qarabağ bölgəsinin təhsili etibarlı əllərdədir

F.Əliyeva, A.Həsrət, Mehparə xanım, R.Şərifov, Ə.Səmədov

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Almaniyanın GTZ təşkilatının dəstəyi və iştirakı ilə Fikrət Cəfərovun başçılıq etdiyi Davamlı İnkişaf Cəmiyyəti müəllim və şagirdlər arasında bilgiləndirmə işi aparır. 22 may yer üzündə biomüxtəliflik günü kimi qeyd edilir. Təbii ki, insanların biomüxtəlifliyi qoruması üçün Fikrət Cəfərov da öz təşkilatının imkanlarını səfərbər edib və doğrudan da çox ciddi işlərə imza atmaqdadır. 22 may Beynəlxalq Biomüxtəliflik günü ilə əlaqədar Bərdə və Füzulidə treninq keçirildi. Ardı »

Oxunma sayı: 111

Kurikulum mərkəzində ümumrespublika seminarı keçiriləcəkdir

“Şəxsiyyət bütövlüyünün formalaşdırılması məsələləri” mövzusunda ümumrespublika seminarı keçiriləcək.
27 may 2010-cu il tarixdə saat 15:00 – da Təhsil Problemləri İnstitutunun II korpusunda (A.Cəlilov küç. 22, akt zalında) “Şəxsiyyət bütövlüyünün formalaşdırılması məsələləri” mövzusunda ümumrespublika seminarı keçiriləcəkdir. Ardı »

Oxunma sayı: 103

Məktəbəqədər təhsil: prioritet istiqamətlər

29 aprel 2010-cu il tarixdə Kurikulum Mərkəzində “Məktəbəqədər təhsil: prioritet istiqamətlər” mövzusunda seminar keçirildi. Seminarı giriş sözü ilə Kurikulum Mərkəzinin direktoru dosent Ənvər Abbasov açaraq təhsilin ilkin mərhələsi olan məktəbəqədər təhsil pilləsinində yürüdülən siyasətdən danışdı. O, məktəbəqədər təhsilin (Milli) kurikulumunun hazırlanması istiqamətində görülmüş işlər, qarşıda duran məsələlər haqqında seminar iştirakçılarını məlumatlandırdı. Ardı »

Oxunma sayı: 120

Müəllimdən müəllimə

Halva halva deməklə…..
Fatma xanım Bünyatova
Azərbaycan Respubluikasının Təhsil İslahatı programı çərçivəsində təhsil standartı olan Milli Kurikulumun strategiyası yeni məzmunlu təhsilin, şagird yönümlüyünə, şagird təfəkkürünün inkişafına istiqamətlənibdir. Təhsil islahatı, təhsilin ümumən, hər bir sahəsinə toxunur və belə demək mümkünsə əsrin “pedaqoji çevrilişinə” bənzəyir və sözsüz ki, bu həm önəmli, həm də məsuliyyətli bir prosesdir, dövlətin olduğu kimi cəmiyyətin də bu prosesdə seyirci kimi yox, fəal iştirakı labüddür. Ardı »

Oxunma sayı: 137

Kurikulum mərkəzində” “Konstruktiv təlim və nanopsixopedaqoqikanın perspektivləri” mövzusunda seminar

1 mart 2010-cu il tarixdə “Kurikulum mərkəzində” “Konstruktiv təlim və nanopsixopedaqoqikanın perspektivləri” mövzusunda seminar keçirilmişdir. Seminarı “Təhsil Problemlər İnstitutunun”direktoru akademik Abdulla Mehrabov giriş sözü ilə açaraq, seminarın interaktiv təlim olan “Konstruktiv təlim və nanopsixopedaqoqikanın perspektivləri” mövzusuna həsr olunduğunu bildirdi. Akademik Abdulla Mehrabov müzakirəyə çıxarılan məruzənin aktuallığını qeyd edərək, psixopedaqoqikanın yeni bir anlamını, yeni bir nano baxışını vurğulayaraq bu gün elmə nanonun gətirdiyi inkişafı pedaqoqika və psixologiya da gətirəcəyinə əmin olduğunu bildirdi və məruzə üçün sözü “İdrak məktəbi”nin direktoru Fatma xanım Bünyatovaya verdi. Ardı »

Oxunma sayı: 185

Kurikulum mərkəzində ümumrespublika seminarı

24 fevral 2010-cu il tarixdə Təhsil Problemləri İnstitutunda “Təlim prosesi: ənənəvi və müasir yanaşmalar” mövzusunda ümumrespublika seminarı keçirildi. Tədbiri giriş sözü ilə Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov açaraq seminarın “Təlim prosesi: ənənəvi və müasir yanaşmalar” mövzusuna həsr olunduğunu bildirdi. Və məruzə üçün sözü TPİ-nin elmi katibi prof. Akif Abbasova verdi.  Prof. Akif Abbasov təlim anlayışı, onun mahiyyəti, məzmunu, təlim prosesi nədir, ənənəvi və fəal təlimin xüsusiyyətləri, təlimin əsas təşkilat forması olan dərs və onun funksiyaları,  Ardı »

Oxunma sayı: 155

Yeni fənn kurikulumlarının tətbiqinə dair respublika seminarı

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu bu ilin yanvarından başlayaraq ayda bir dəfə ölkənin təhsil sistemində aparılan islahatlara həsr olunmuş respublika seminarı keçirməyi nəzərdə tutub. Seminarlarda məqsəd islahat çərçivəsində ümumi təhsilin məzmununun yeniləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə, xüsusən də institutun Kurikulum Mərkəzində fənn kurikulumlarının hazırlanması Ardı »

Oxunma sayı: 81

Kurikulumda elan

Elan: “Yeni fənn kurikulumlarının tətbiqi: problemlər, vəzifələr” mövzusunda ümumrespublika seminarı

Təhsil Problemləri İnstitutunun II korpusunda (A.Cəlilov küçəsi, 22, akt zalında) hər ayın sonuncu həftəsinin V günü, saat 15.00-da “Yeni fənn kurikulumlarının tətbiqi: problemlər, vəzifələr” mövzusunda ümumrespublika seminarı keçiriləcəkdir. Təhsil mütəxəssisləri, müəllimlər, dərslik müəllifləri, media işçiləri və digər maraqlananlar iştirak edə bilərlər.

Əlaqə telefonları: 490-51-56; 490 -27 -23. Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutu

Oxunma sayı: 80

Məktəb rəhbərləri üçün maarifləndirici tədbir

Yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar məktəb rəhbərlərinin maarifləndirilməsi üçün 13 yanvar 2010-cu il tarixdə Kurikulum Mərkəzində tədbir keçirilmişdir.
Məktəb direktorlarının, eləcə də təlim-tərbiyə işləri üzrə direktor müavinləri üçün öyrədici kursların təşkili məqsədilə keçirilən bu tədbirdə Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri, “Kurikulum islahatının davam etdirilməsi və kurikulum islahatına dəstək” alt-komponentinin koordinatoru Aydın Əhmədov, Ardı »

Oxunma sayı: 137

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları

“Azərbaycan müəllimi” qəzetinin 11.09.2009-cu il tarixli nömrəsində “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları”nın layihə variantı çap edilib. Ötən müddət ərzində bu layihə yerlərdən daxil olan rəy və təkliflər əsasında yenidən işlənib və təkmilləşdirilib.

Aşağıda “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları”nın yendən işlənmiş variantını çap edir və nəzərinizə çatdırırıq ki, fənn kurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili qiymətləndirmə bu “Qaydalar” əsasında aparılır. Ardı »

Oxunma sayı: 160

Məktəb rəhbərlərinin və müəlimlərin diqqətinə

kurikulum“İdrak məktəbi”nin Konstruktiv təlim mərkəzi “İlin müəllimi-2010” müsabiqəsində iştirak etmək istəyən müəllimlər üçün trening keçirir.

Treninq dekabr ayında həftənin 3 və 5 günləri 4 saat (cəmi 32 s.) keçiriləcəkdir.

Treninqdən keçən müəllimlər aşağıdakı bilik

və bacarıqları əldə etmiş olacaqlar: Ardı »

Oxunma sayı: 316
Ən yaxşı müəllim
Banner
Sizi xoş gördük, uşaqlar!
Arı bal toplayır
Video dərslər
Təhsil Müsabiqəsi
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010 Участник Всероссийского интернет-педсовета-2010
Sayğac








free counters