‘misir mərdanov’ yarlıqlı göndərişlər

Misir Mərdanovun müsahibəsindən sitatlar…

M. Mərdanovun diplom təltifiÇox dəyərli ziyalımız, Misir Mərdanovun müsahibəsindən ibrətamiz fikirlərini ayrıca qeyd edirəm, oxumağa dəyər. Misir müəllim siz əsl ZİYALI, əsl MÜƏLLİM, əsl İNSANSINIZ. Tanrı sizə möhkəm can sağlığı versin. Amin!:
– …Müəllim olmayan müəllimi tam dərk edə bilməz…
-…əgər sən bu işlərə pillə-pillə davam edib gedirsənsə, o əlbəttə, millət üçün də, dövlət üçün də daha faydalı olar…
– …Nazirliyə gələndə mənim üçün o qədər də çətin olmadı. Çünki kollektivi də bir az tanıyırdım. Bu iş də mənim üçün yeni deyildi. Ancaq mən xüsusi vurğulamaq istəyirəm ki, əgər sən bu işlərə pillə-pillə davam edib gedirsənsə, o əlbəttə, millət üçün də, dövlət üçün də daha faydalı olar. Ardı »

Oxunma sayı: 581

Misir Mərdanov sədr təyin olundu

Misir Mərdanov

Mayın 15-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə duran məsələlər haqqında məlumat verib, iclasın elmi məruzə, elmi-innovativ və elmi-təşkilati mövzulardan ibarət 12 məsələnin müzakirəsinə həsr olunduğunu bildirib. Tədbirdə AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev ölkə prezidentinin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə fəaliyyət planının təsdiq edilməsi haqqında” məruzəsini təqdim edib. Ardı »

Oxunma sayı: 2353

Gerçək Misir Mərdanov

Azər Həsrət

Adamlar adətən vəzifədə olan şəxs haqqında yaxşı sözlər deyərlər. Bu halda, təbii ki, onların çoxu səmimi olmaz. Ancaq bəzən vəzifə başındakı həqiqətən yaxşı sözlərə layiqdirsə belə sözünü deməkdən çəkinirsən. Çünki düşünürsən ki, düzgün başa düşməzlər, elə bilərlər ki, yarınmaq, yaxşı görünmək üçün belə edirsən. Elə bu gerçəyi nəzərə alaraq artıq keçmiş təhsil naziri olan Misir Mərdanov haqqında fikirlərimi uzun müddətdir ki, yazmağa tərəddüd edirdim. İndi isə rahat bir şəkildə yazmaq istərdim. Ardı »

Oxunma sayı: 3339

Misir Mərdanov yeni vəzifəsinə rəsmən təsdiqləndi

Misir Mərdanov

Keçmiş təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsinə təyin edilib. Artıq Misir Mərdənovun adı AMEA-nın rəsmi saytında da Riyaziyyat və Mexanika İnstitutunun direktoru kimi qeyd olunur. Qeyd edək ki, Misir Mərdanov fizika-riyaziyyat elmləri doktoru, professordur.
Ardı »

Oxunma sayı: 2153

TQDK kurikulum və dərslik sahəsində bacarıqsız və uğursuzdur

Etibar Əliyev

Etibar Əliyev fəlsəfə doktoru, təhsil üzrə ekspert. Milli Kurikulum konsepsiyasına görə, qiymətləndirmə tədrisin tərkib hissəsidir. Sənəddə qiymətləndirmənin növləri (diaqnostik, formativ, summativ), onun tədris prosesində yeri və rolu ətraflı izah olunur. Buna görə də kurikulum sinifbəsinif tətbiq olunduqca Nazirlikdə qiymətləndirmə şöbəsinin fəallığı da artmağa başladı. Gəlinən ilk qənat budur: TQDK ilə Təhsil Nazirliyi arasında münasibətlər məhz bundan sonra daha da kəskinləşdi.
Ardı »

Oxunma sayı: 5907

“Ən yaxşı məktəb” müsabiqəsinə 132 məktəb müraciət edib

Misir Mərdanov Təhsil naziri

Misir Mərdanov “Ən yaxşı müəllim” müsabiqəsinə bu il 481 nəfərin sənəd təqdim etdiyi bildirib. 2013-cü ildə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinə respublikanın ayrı-ayrı rayon və şəhərlərindən 132 məktəbin müraciət edilib. Təhsil Nazirliyində “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri üzrə Təşkilat Komitəsinin iclası keçirilib. Təhsil naziri Misir Mərdanov 2012-ci ildə 151 məktəb tərəfindən sənəd təqdim olunduğunu bildirib. Ardı »

Oxunma sayı: 2564

Müəllimlərə xüsusi status veriləcək

Təhsil Naziri Misir Mərdanov

Müəllimlərə və həkimlərə dövlət qulluğuna yaxın xüsusi statusun verilməsi üçün prezident sərəncamı niyə icra olunmur?  Təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair sənədin hazırlanması barədə prezident sərəncamından bir ilə yaxın vaxt keçsə də, bununla bağlı hələki heç bir yeni xəbər verilmir. Maraqlıdır ki, təhsil və səhiyyə sahəsinə rəhbərlik edən nazirlər də susurlar. Ardı »

Oxunma sayı: 3321

Misir Mərdanovdan rektorlara xəbərdarlıq: “Hər bir neqativ hala görə məsuliyyət daşıyırsınız”

Təhsil naziri ali məktəblərdə keçiriləcək imtahanlarla bağlı əmr verdi.
Təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrində 2013-cü ilinin qış imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək və yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə əmr imzalayıb. Ardı »

Oxunma sayı: 2375

Nazir valideynlərə səsləndi

Misir Mərdanov Təhsil naziri

Misir Mərdanov Təhsil naziri

Azərbaycanın təhsil naziri Misir Mərdanov orta məktəblərdə şagirdlərdən pul yığılması hallarından narazılıq edən valideynlərə müraciət edib. Trend-in məlumatına görə, təhsil naziri Misir Mərdanov çərşənbə axşamı jurnalistlərə bildirib ki, valideynlər orta məktəblərdə şagirdlərdən pul yığılması halları ilə bağlı birbaşa ona müraciət etsinlər. Ardı »

Oxunma sayı: 2474

Azərbaycanda Təhsil TV yaradılır

Azərbaycan Təhsil Nazirliyi maarifləndirici televiziyanın (Təhsil TV) yaradılması layihəsini həyata keçirməyə başlayıb. Bu barədə çərşənbə axşamı jurnalistlərə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin direktoru Samir Məmmədov bildirib. Məmmədovun sözlərinə görə, təhsil sisteminin informasiyalaşdırması üzrə növbəti dövlət proqramı çərçivəsində reallaşdırılması planlaşdırılan layihənin təqdimatı yaxın bir neçə ay ərzində gözlənilir. Ardı »

Oxunma sayı: 2377

Təhsil Nazirliyi TQDK-ya cavab verdi

Misir Mərdanov Təhsil naziri

Azərbaycan Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin “İlin ən yaxşı məktəbi” və “İlin ən yaxşı müəllimi” müsabiqələrinin keçirilməsi ilə bağlı mətbuatda dərc olunmuş fikirlərinə cavab verib. Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, TQDK sədri Məleykə Abbaszadə bu müsabiqələrin düzgün keçirilmədiyini bildirir və bunu ali məktəblərə qəbul imtahanlarında məzunları yüksək bal toplayan orta məktəblərin “İlin ən yaxşı məktəbi” müsabiqəsində yer tutmaması ilə əlaqələndirir. Ardı »

Oxunma sayı: 3541

Nazir zona müşavirəsində iştirak edib

Təhsil naziri Misir Mərdanov

Gədəbəy rayonunda Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Daşkəsən və Şəmkir rayonları təhsil işçilərinin iştirakı ilə zona müşavirəsi keçirilib. Tədbirdə təhsil naziri Misir Mərdanov, Gədəbəy rayon İcra Hakimiyyətini başçısı Ramiz Yediyarov, adıçəkilən rayonların təhsil şöbə müdirləri, məktəb direktorları və digər şəxslər iştirak ediblər.  Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov Azərbaycanın təhsil sistemində aparılan islahatlardan, prezident İlham Əliyevin bu sahənin inkişafı üçün həyata keçirdiyi tədbirlər nəticəsində qazanılan uğurlardan danışıb. Ardı »

Oxunma sayı: 3349

Misir Mərdanov: “Müəllimlik fəaliyyəti lisenziyalaşdırılacaq”

Təhsil naziri Misir Mərdanov

“Yaxın 1-2 ildə müəllimlik fəaliyyətinin lisenziyalaşdırılması nəzərdə tutulur. Fkrimcə, artıq buna ehtiyac var”. Bunu 525.az-a açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazirin sözlərinə görə, müəllimlik fəaliyyətinin lisenziyalaşdırılması təhsillə bağlı qanunvericilikdə də öz əksini tapıb. Təhsil naziri bildirib ki, lakin hələlik bunun həyata keçirilmə mexanizmi hazırlanmayıb. Ardı »

Oxunma sayı: 2909

Nazir yeni təkliflə razılaşmadı

Misir Mərdanov Təhsil naziri

“Müəllimlərin vahid məktəb geyiminin olmasının tərəfdarı deyiləm”. “Müəllimlərin vahid məktəb geyiminin olmasının tərəfdarı deyiləm”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov deyib: “Ola bilsin ki, hansısa məktəb və rayon müəllimlərin vahid geyim məsələsini qaldırsın, amma mən bunu tərəfdarı deyiləm. Ardı »

Oxunma sayı: 3015

Müəllimlərin işə qəbulunun təşkili barədə

Təhsil naziri Misir Mərdanov

2012-2013-cü tədris ilində ümumi təhsil müəssisələrində və peşə liseylərinə vakant yerlərə müəllimlərin işə qəbulunun təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) (2009-2014-cü illər) “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi” alt-komponenti üzrə İcra Planında müəllimlərin işə qəbulu üzrə yeni qaydaların hazırlanması nəzərdə tutulmuş, bu məqsədlə beynəlxalq təcrübədə mövcud olan daha çevik mexanizmlərin öyrənilməsi istiqamətində son üç ildə araşdırmalar aparılmışdır. Ardı »

Oxunma sayı: 5600
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters