‘misir mərdanov’ yarlıqlı göndərişlər
Təhsil işçilərinin 2010-cu il sentyabr konfranslarının keçirilməsi haqqında
Təhsil naziri Misir Mərdanov təhsil işçilərinin 2010-cu il sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb. Nazirliyin məbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əmrdə qeyd olunub ki, konfranslar 2010-2011-ci dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, mövcud vəziyyəti obyektiv qiymətləndirmək və inkişafyönümlü əməli təkliflər hazırlamaq məqsədilə təşkil olunacaq. Nazirin əmrinə əsasən tapşırılıb ki, 6-14 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları keçirilsin, konfransların keçiriləcəyi günlərin qrafiki təsdiq edilsin, konfranslar plenar və bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində Ardı »
Məktəblərin vahid məlumat sistemi
Azərbaycanın təhsil naziri Misir Mərdanov ali və orta ixtisas məktəblərinin rəhbərlərinə “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmaları ilə bağlı tapşırıq verib. Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, ali və orta ixtisas məktəbləri “Təhsil haqqında” Qanunun 14.18-ci bəndinə uyğun olaraq, ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdırlar. Bununla əlaqədar, ali və orta ixtisas təhsili müəssisələri tələbə və magistrlər, akademik müvəffəqiyyət, ixtisas dəyişmələri, başqa təhsil müəssisəsindən köçürmələr (o cümlədən, xarici ölkələrdən), tələbələr sırasından xaricedilmələr, Ardı »
“Ən yaxşı müəllim” və “Ən yaxşı məktəb”

Misir Mərdanov
95 müəllim və 47 məktəb ən yaxşılardan hesab edilib
Modern.az xəbər verir ki, iyunun 21-də Təhsil Nazirliyində “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin nəticələrinə dair Təşkilat Komitəsinin yekun iclası keçirilib.
İclasda təhsil naziri Misir Mərdanov deyib ki, 3 il ərzində təşkil olunan bu müsabiqəyə sənəd təqdim edənlərin sayı getdikcə artır. Nazir müsabiqənin əsas məqsədinin ən yaxşı müəllim və məktəblərin üzə çıxarılması olduğunu, bu prosesdə obyektivliyin və şəffaflığın qorunmasının əsas şərt kimi diqqətdə saxlanıldığını vurğulayıb. Ardı »
Oxunma sayı: 165Fəlakət zonasındakı məktəblərin buraxılış imtahanları ləğv edilib…
Azərbaycanın təhsil naziri: “Fəlakət zonasındakı 8 rayonun su basmış məktəblərinin 9-cu və 11-ci sinifləri üçün buraxılış imtahanları ləğv edilib”. Misir Mərdanovun rəhbərliyi ilə Şirvan şəhərində fəlakət zonasının 8 rayonunun – Şirvan, Sabirabad, Neftçala, Salyan, Saatlı, Hacıqabul, Zərdab və İmişli təhsil şöbələri müdirlərinin iştirakı ilə müşavirə keçirilib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Misir Mərdanov müşavirədən sonra jurnalistlərə bildirib ki, müşavirədə hər rayonun təhsil şöbəsi müdirlərinin fikirləri dinlənildikdən sonra fəlakət zonasındakı 8 rayonun su Ardı »
Ümumtəhsil məktəblərinin buraxılış imtahanlarının qaydaları
Azərbaycanda ümumtəhsil məktəblərində iyunun 3-dən etibarən keçiriləcək buraxılış imtahanlarında IX sinif şagirdləri iki, XI sinif şagirdləri isə səkkiz fənn üzrə imtahan verəcək. Bu barədə çərşənbə axşamı ümumtəhsil məktəblərində buraxılış imtahanlarına hazırlıqla bağlı keçirilən iclas zamanı təhsil naziri Misir Mərdanov bildirib. Mərdanov nəzərə çatdırıb ki, XI sinif şagirdləri üç, IX sinif şagirdləri isə bir saat 30 dəqiqə ərzində imtahan verəcəklər. Nazir Respublika fənn olimpiadalarında I yer tutmuş, həmçinin müxtəlif beynəlxalq səviyyəli olimpiadalarda, bilik və idman yarışlarında müvəffəqiyyət əldə etmiş buraxılış siniflərinin şagirdlərinin imtahanlardan Ardı »
Ümumtəhsil məktəblərində “Son zəng” tədbiri
Mayın 20-də təhsil naziri Misir Mərdanov “Ümumtəhsil məktəblərində “Son zəng” tədbirinin keçirilməsi haqqında” əmr imzalayıb. Əmrə əsasən “Son zəng” tədbiri 31 may 2010-cu il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız təhsil müəssisəsinin ərazisində keçiriləcək. Əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakının təmin edilməsi nəzərdə tutulub. Eyni zamanda əmrdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin Ardı »
Bakıda “Təhsil, Zaman və Biz” adlı sərgi keçirilib
Mayın 19-da Əl Oyunları Sarayında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Təhsil, Zaman və Biz” adlı sərgi keçirilib. İlk dəfə belə geniş şəkildə keçirilən sərgidə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin nailiyyətləri 44 müxtəlif bölmə üzrə nümayiş etdirilib. Ardı »
İranla diplom qalmaqalına Misir Mərdanovdan sərt reaksiya
“İran səhiyyə nazirinin müavininin Azərbaycan Tibb Universitetinin (ATU) diplomlarını tanımaması ilə bağlı açıqlamasını mətbuatdan oxumuşam. Bununla bağlı ATU-nun rektoru Əhliman Əmiraslanovla da danışmışam. Onun dediyinə görə, bir müddət bundan əvvəl İranın səhiyyə naziri burada olub, geri qayıdandan sonra bu məsələni qaldırıblar. Bu məsələnin detallarından mənim xəbərim yoxdur. Ancaq biz də marağında deyilik ki, İrandan çoxlu sayda tələbə gəlib burada oxusun”. Ardı »
Şagirdlərin sayı az olan məktəblərin ləğv edilməsi gözlənilir
Azərbaycanın təhsil naziri Misir Mərdanov şagirdlərinin sayı az olan məktəblərin ləğv edilməsinə tərəfdardır. Hazırda Azərbaycanda doqquz orta məktəbdə 30-dək, 74 məktəbdə 31-dən 50-dək, 323 məktəbdə 51-dən 100-dək şagird təhsil alır. Bu barədə Mərdanov “Məktəb şəbəkələrinin rasionallaşdırılması” mövzusunda kollegiyada bəyan edib. Ardı »
Məktəb şəbəkəsinin rasionallaşdırılması
Kollegiya iclasında ölkəmizdə məktəb şəbəkəsinin təşəkkülü tarixindən söz açan təhsil naziri Misir Mərdanov bildirib ki, ötən əsrin əvvəllərində Azərbaycanda ümumtəhsil məktəblərin sayı barmaqla sayılacaq qədər az olduğu halda, 1920-1930-cu illərdən təhsil müəssisələrinin sayı xeyli artıb. Nazir qeyd edib ki, əvvəlcə ümumi icbari ibtidai təhsilə keçid sayəsində bu proses sürətlənib, sonralar isə hər bir vətəndaşa ümumi icbari təhsil vermək məqsədinə nail olmaq üçün ən xırda yaşayış məntəqələrində belə məktəblər açılıb. Ardı »
“Elektron təhsil” Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Elektron təhsil” Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri.
Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin 19 avqust 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş “Fəaliyyət Planı”nın 5-ci və 17-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Ardı »
Oxunma sayı: 144Ucqar regionlarımızda pedaqoji kadrlara ehtiyac var
Azərbayanın ucqar rayonlarında pedaqoji kadrlara ehtiyac var. Bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, əgər 6-7 il əvvəl yeddi min kadra ehtiyac vardısa, hazırda bu problem, təxminən, 80 faiz həll olunub. “Kənd məktəblərində kadr probleminin həlli məqsədilə Nazirlər Kabinetinə gənc pedaqoqların stimullaşdırılması üzrə yeni proqram təklif etmişik və proqram təsdiqlənib”, – nazir deyib. Ötən həftə Azərbaycan hökuməti pedaqoji profilli ali və orta-ixtisas məktəblərini bitirən və ümumtəhsil tədris müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər üçün əlavə güzəşt və stimulları müəyyən edib. Ardı »
“Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının sınaq dərslərini qiymətləndirəcək ekspertlərlə görüş
Görüşdə təhsil naziri Misir Mərdanov bildirib ki, “Ən yaxşı müəllim” müsabiqəsinin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, novatorluğu, uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək və cəmiyyətdə müəllimin nüfuzunun yüksəlməsinə nail olmaqdır. Nazir bu müsabiqədə iştirak etmək üçün sənəd verən müəllimlərin sayının ilbəil artdığını vurğulayıb. Ardı »





