Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

‘müəllim’ yarlıqlı göndərişlər

Köçürün müəllimlər! Köçürün…

Almaz Həsrət

Almaz Həsrət

Köçürün müəllimlər! Köçürün…. Yenə də müəllimlərin köçürmə yazılarına start verilib….Təbii ki, öz biliyinə, bacarığına güvənən, dürüst müəllimlərə aid deyil, çünki bu işi əsl müəllimlər etməzlər – heç vaxt. Çünki əsl müəllim adını uca tuturlar, nüfuz sahibi olanlardır onlar, əsl dürüst və vicdanlı müəllimlər – belə saxta işlər görməzlər.
Yenə yeni yazı qarşıma çıxdı…Sual yarandı.. Maraqlıdır ki, görəsən kim-kimdən köçürübdür? Bəlkə buna son vermək vaxtı gəlib çatıb? Yetmədimi özünüzün ifadə edə bilmədiyiniz fikirləri “məqalələriniz”lə yayımlamaqda… Utanmırsınızmı heç?… Bəlkə bir düşünəsiniz? Ardı »

Oxunma sayı: 225

İTV “Müzakirə vaxtı” verilişində

Almaz Həsrət

Almaz Həsrət

İctimai TV-də “Müzakirə Vaxtı” verilişində.
Mövzu: “Azərbaycan müəllimlərinin Beynəlxalq standartları mənimsəməsi vəziyyəti”
13.10.2016 (çəkiliş günü)
Veriliş oktyabrın 17-də saat 21:25-də İTV kanalında yayımlanıbdır. Ardı »

Oxunma sayı: 232

SİA-ya açıqlamam: “Dövlətin diqqəti ucqar kəndlərə müəllim axınının artmasına səbəb olacaq”

Almaz Həsrətin SİA-ya açıqlaması

Almaz Həsrətin SİA-ya açıqlaması

“Gənc müəllimlərin ucqar kəndlərdə yerləşən məktəblərdə iş fəaliyyətinə başlamaları üçün müvafiq tədbirlərin görülməsinə son illər dövlət tərəfindən nəzarət daha artırılıb. Bu nəzarət əsasən sözügedən müəllimlərin bütün sosial yaşayışının tam təmin olunmasına yönəldilib”. Bunu SİA-ya açıqlmasında Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət deyib.
O qeyd edib ki, dövlətin bu sahəyə göstərdiyi diqqət sayəsində artıq bir çox müəllimlər öz rayonlarında və ya kəndlərdə çalışmağa başlayıblar: Ardı »

Oxunma sayı: 597

“Bizim yol” qəzetinə müsahibəm: “Müəllimlərin göstəricilərini sertifikatlarla ölçmək düzgün deyil”

Almaz Həsrət

Almaz Həsrət

Təhsil Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin rəhbəri Almaz Həsrət “Bizim Yol”a açıqlamasında bildirdi ki, ilboyu ödənişli əsaslarla Təlim Texnologiyaları Mərkəzi tərəfindən keçirilən kurslar var: “Buraya müəllimlər dəvət olunurlar. 5-10 günlük kurikulumla bağlı kurslar təşkil olunur. Bir də var yay ərzində Nazirlər Kabineti tərəfindən təşkil olunmuş ödənişsiz əsaslarla kurikulum kurslarının təşkili. Bu kurslar da müəyyən prosedur qaydaları əsasında həyata keçirilir. Bu ödənişsiz olur. İl boyu ödənişli əsaslarla keçirilən kurslar isə könüllüdür. Kim istəyir, gedir orda kursu keçir. Ancaq yay ərzində keçirilən kurslar ödənişsizdir. Ardı »

Oxunma sayı: 1149

“Şərq” qəzetinə müsahibə: Suallar çətin, vaxt isə az verilir

AlmazHasret11 (2)Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət “Şərq”ə söyləyib ki, istənilən müsabiqədən sonra həmişə müəyyən fikirlər yaranır. Amma onları araşdıranda məlum olur ki, 99 faizi yanlışdır: “Burada iki faktora diqqət yetirmək lazımdır. Birincisi, həmin imtahanda iştirak edənlərin sırasında universiteti yenicə bitirənlər də var. Gəlin etiraf edək ki, onlar müəllim olmaq istəyirsə, dəqiqəyə diqqət yetirməli deyil. Çünki bir saat yarıma 60 sualı cavablandırmaq o qədər də çətin deyil. Kimsə ixtisasını, yeni təlim proqramı olan kurrikulumu yaxşı bilmirsə, buna imtahan keçirən təşkilat neyləsin. Ardı »

Oxunma sayı: 1150

Azərbaycan müəllimlərinin ən böyük Facebook qrupu oğurlanıb

Kurikulum.az FB qrupu oğurlanıb

Kurikulum.az FB qrupu oğurlanıb

Əməkdar müəllim, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun şöbə müdiri Almaz Həsrətin qurub idarə etdiyi Kurikulum.az Facebook qrupu oğurlanıb. Bu haqda xəbəri onun özü Facebook profilində paylaşıb. O bildirib ki, Facebook-dakı Kurikulum.az qrupum da başqa birisi tərəfindən ələ keçirilib. 14 iyuldan qrupa Almaz Həsrət idarə etmir. Şöbə müdiri qeyd edir ki, Kurikulum.az-da (14 iyuldan sonra – Red.) paylaşılanlara görə məsuliyyət daşımır. Ardı »

Oxunma sayı: 848

Mentor kimdir və mentorluq nədir?

Almaz Həsrət

Almaz Həsrət

Tez-tez mənə sual verirlər ki, – Mentor nədir? …. Ümumi cavablandırmaq istərdim ki, Əslində mentor və ya mentorluqla məşğul olan şəxs o şəxsdir ki, onların özlərində olan nümunəvi bilik, davranış, mədəniyyət, vətənsevərlilik, mehribançılıq, ədalətlilik, bacarıq kimi örnəyinə əsaslanaraq daha yeni bir insanın formalaşmasına təkan verən bir şəxs deməkdir… “Yaxşı müəllim daha çox faktları çatdıran şəxs yox, varlığı ilə bizi fərqli insanlara çevirən şəxsdir.” – Ralph Waldo Emerson – mən də əlavə olaraq deyərdim ki, bu elə məhz mentor insandır. Ardı »

Oxunma sayı: 1705

Təhsil və elm adamlarının formalaşması

Təhsil strategiyası

Təhsil strategiyası

Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının İdarə Heyətinin sədri, professor, AMEA müxbir üzvü Səlahəddin Xəlilov: Elmi işçilərin ciddi meyar əsasında, prinsipial surətdə seçilməsi, sağlam qüvvələrin səfərbər edilməsi, onlara qayğı göstərilməsi, elmin təşkilati strukturunun təkmilləşdirilməsi daha böyük səriştə, daha böyük vətəndaşlıq və qeyrət tələb edir.– Çox gözəl deyilmiş fikirlərə görə sizə təşəkkür edirəm. Həqiqətən də elmlə məşğul olan insan ilk öncə öz ədəbi və əxlaqı, davranışı və geyim tərzi, əməli və gördüyü işlərin nəticələrinin uğuru ilə digərlərinə örnək, nümunə olmalıdır. Ardı »

Oxunma sayı: 703

Beşinci ixtisas qrupu hansı zərurətdən yarandı?

Almaz Həsrət

Almaz Həsrət

Əməkdar müəllim, Təhsil Problemləri İnstitutunun şöbə müdiri Almaz Həsrətin sözlərinə görə, Sovet dövründə ali təhsil almaq istəyənlər kəsilərdilərsə, o zaman ikinci il özlərini sınaya bilərdilər: “O dövrlərdə xarici əlaqələrimiz də yox idi, çünki buna ö dövrün yuxarı təbəqəsində oturanlar imkan belə vermirdilər. Ancaq indiki dövrdə müstəqillik əldə etdikdən sonra bütün sahələrdə gedən inkişafımızla yanaşı, xarici əlaqələrimizin də sayı artmağa başlayıb”. Ardı »

Oxunma sayı: 607

30 min müəllimi sevindirən qərar

Almaz Həsrət

Almaz Həsrət

Müəllimlər ölkə prezidentinin imzaladığı sərəncamı təhsil sahəsində müsbət dəyişiklikləri dəstəkləyən sənəd kimi dəyərləndirirlər. Ölkə prezidenti İlham Əliyevin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının və vəzifə maaşlarının artırılması barədə imzaladığı sərəncam təhsil sahəsində çalışanların sevincinə səbəb olub. Belə ki, ümumi təhsil müəssisələrində çalışan və bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. Müəllimlər bunu təhsil sahəsində müsbət dəyişiklikləri dəstəkləyən sənəd kimi dəyərləndirirlər.

Əməkdar müəllim, Təhsil Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri Almaz Həsrət də hesab edir ki, belə bir yanaşma müəllimlər arasında yarış, keyfiyyət ruhunu yüksəldəcək: “Bunun müqabilində müəllimlər daim öyrənməyə və keyfiyyətli öyrətməyə can atacaqlar.  Ardı »

Oxunma sayı: 1904

“Güzəştlər və stimullaşdırıcı tədbirlər bölgə məktəblərinin inkişafına təkan verəcək”

Almaz Həsrət

Almaz Həsrət

Almaz Həsrət: “Əgər bundan sonra müəllimlər yenidən Bakıya üz tutacaqlarsa, onlar artıq müəllim arzusunda olanlar deyillər”.
Nazirlər Kabineti “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” qanuna dəyişikliklər edib. Nazirlər Kabineti yeni dəyişikliyi Təhsil Nazirliyinin təklifini nəzərə alaraq həyata keçirib. Ardı »

Oxunma sayı: 2147

Müəllim aqressiv olduqda…

Kaspi qəzetinə müsahibə

Kaspi qəzetinə müsahibə

Ekspertlər hesab edir ki, işə götürülən müəllimlərin psixoloji testdən keçməsi lazımdır. Bu yaxınlarda bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbinin II sinif şagirdi Nahid Cavadovun məktəbin direktoru tərəfindən döyülməsi və xəsarət alması barədə məlumatlar yayıldı. İctimai rezonans doğuran həmin informasiyada təhsil müəssisələrində və internat tipli məktəblərdə şagirdlərin müxtəlif fiziki təzyiqlərə məruz qalması ilə bağlı fikirləri yenidən gündəmə gətirdi. Ardı »

Oxunma sayı: 2547

Almaz Həsrət AzTV-də müəllimlərin etik davranış qaydaları haqqında

25 may 2014-cü il tarixdə, AzTV-nin “Həftə analitik informasiya proqramı”nda yayımlanan verilişdə respublikanın əməkdar müəllimi Almaz Həsrətin də müsahibəsi var. Mövzu: Müəllimlərin etik davranış qaydaları və SABAH qrupu barədə

Oxunma sayı: 365

Müəllimin etik davranış standartları

Etik davranışlı müəllim

Etik davranışlı müəllim

Azərbaycan Respublikası Təhsil Nazirliyi Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiya Hüquq təşəbbüsü (“ABA CEELİ”) təşkilatının Təhsil Nazirliyinin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupu ilə birgə əməkdaşlığı çərçivəsində hazırlanmış TƏHSİL PROSESİ İŞTİRAKÇILARI ÜÇÜN ETİK STANDARTLAR MODELİ: Ardı »

Oxunma sayı: 3409

Microsoft-un İnnovativ Ekspert Müəllimi proqramına dəvət

Microsoft Partners in Learning

Microsoft Partners in Learning

Hörmətli müəllimlər, Microsoft Innovative Educator Expert – MIE Expert (Microsoft-un İnnovativ Ekspert Müəllimi) proqramı haqqında ətraflı məlumatla tanış olun.

MIE Expert kimi seçilmiş müəllimlər 1 illik proqramın iştirakçısı olur və bu il ərzində çeşidli vəsait və dəstəyə çıxış əldə edirlər: Ardı »

Oxunma sayı: 2724
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters