Get Adobe Flash player

‘müəllim’ yarlıqlı göndərişlər

Müəllimlərimizin göstəriciləri artdı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaranmasından keçən dörd il ərzində şəhərimizin təhsil sistemində davamlı inkişafa yönələn əsaslı dəyişikliklərin, inkişaf yönümlü proqram və layihələrin həyata keçiril-məsi danılmaz faktdır. Təbii ki, bu inkişaf yolunda şərəfli olduğu qədər çox çətin və məsuliyyətli pe-şə sahibləri olan dəyərli müəllimlərimizin əməyi əvəzsizdir. Hazırda Bakı şəhərinin ümumtəhsil məktəblərində 33 min 208 müəllim fəaliyyət göstərir. Onlardan 29 min 559-u qadın, 3649 – u isə kişidir.  Bu rəqəm 2006 – 2007 – ci tədris ilində 33 min 689, 2007 – 2008 – ci ildə 33 min 491, 2008 – 2009 – cu tədris ilində isə 33 min 602 nəfər olub. Ardı »

Oxunma sayı: 82

Türkiyədə müəllimlərin 45 faizi kişidir

İqtisadi İşbirliyi və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən “Beynəlxalq Öyrətmə və Öyrənmə Araşdırması”nın (TALİS) Türkiyə üzrə nəticələri bu yaxınlarda açıqlanıb. Qeyd edək ki, aparılan araşdırmaya dünyanın 23 ölkəsi daxil idi. TALİS araşdırması 2007-ci ildən sorğuya başlayıb və Türkiyə bu prosesə 2008-ci ildə qoşulub. Ardı »

Oxunma sayı: 93

Müasir müəllimin nüfuzu – bu gün və sabah

“Trend” informasiya agentliyinin mətbuat mərkəzində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (VMA) təşkilatçılığı ilə “Müasir müəllimin nüfuzu – bu gün və sabah” mövzusunda mətbuat konfransı keçirilib. Cəmiyyət, ictimaiyyət və KİV-in müəllim nüfuzunun bərpasında roluna həsr edilən bu konfransda valideynlər, müəllimlər, müxtəlif sahələrin nüfuzlu elm xadimləri və alimlər iştirak edib. Ardı »

Oxunma sayı: 100

“2010 / 2011-ci dərs ilində 1-ci sinif şagirdlərinə dərs deyəcək müəllimlərin təlimi”nə dair tender qabağı konfrans

Hazırda Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Pedaqoji Kadrların Əlavə təhsil sisteminin müasirləşdirilməsi komponenti çərçivəsində “2010/2011-ci dərs ilində 1-ci sinif şagirdlərinə dərs deyəcək müəllimlərin təlimi”nin təşkili sahəsində məsləhətçi xidmətlərinin satınalınması ilə əlaqədar 01 fevral 2010 tarixində tender elanı verilmişdi. İlk dəfədir ki, ibtidai təhsil kurikulumu üzrə müəllimlərin təlimi üçün tender yolu ilə məsləhətçi şirkətin seçilməsi aparılır. 12.03.2010 tarixdə Təhsil Nazirliyində tenderdə iştirak edən dörd şirkətin səlahiyyətli nümayəndələri ilə texniki və maliyyə təkliflərinin təqdim olunmasından öncə iclas keçirildi. Ardı »

Oxunma sayı: 136

Şagirdlərdən hədiyyə tələb edənlər cəzalandırılacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın təhsil ictimaiyyətinə və KİV-lərə müraciət etdi…
Bakı Şəhəri üzrə Təhsil İdarəsi bayram ərəfəsində məktəblilərdən hədiyyə tələb olunmasını ilə bağlı müraciət yayıb. Müraciətdə deyilir ki, hər bayram ərəfəsində məktəblərdə hədiyyələr yığılması, müəllimlərin şagirdlər və valideynlər qarşısında müəyyən tələblər qoyması barədə bəzi mətbu orqanlar, elektron KİV-lərdə əsassız xəbərlər verilir və sanki Azərbaycan müəlliminin adına və nüfuzuna xələl gətirmək uğrunda yarış başlayır.
Lent.az-ın məlumatına görə, müraciətdə qeyd olunur ki, bayram günlərində Ardı »

Oxunma sayı: 142

Azərbaycan müəllimləri beşillik müqavilə əsasında işləyəcək

Azərbaycanda müəllimlərin beşillik müqavilə əsasında işləmələri tətbiq oluna bilər. Azərbaycanda orta ümumtəhsil məktəb müəllimlərinin beşillik müqavilə əsasında işləmələri tətbiq oluna bilər. Bunu Trend News-a Təhsil Nazirliyinin baş məsləhətçisi Musa Əhmədov deyib. “Yeni qaydalar təsdiqini taparsa, müəllimlərlə 5 il müddətinə iş müqaviləsi bağlanacaq. Həmin dövr bitdikdə, müəllimin ixtisasartırma kurslarında topladığı kredit ballarını nəzərə alaraq müqavilə uzadıla, yaxud ləğv oluna bilər”, – baş məsləhətçi bildirib. Ardı »

Oxunma sayı: 146

İmtahanın gedişinə bir neçə imtahan rəhbəri nəzarət edəcək

Monitorinq və qiymətləndirmə şöbəsi yoxlama imtahanının keçirilməsinə, demək olar ki, hazırdır.

Bu günədək artıq imtahanlara hazırlıqla bağlı zəruri olan bütün tədbirlər həyata keçirilib, ayrı-ayrı şəhər və rayonlarda şagirdlər, müəllimlər və valideynlər arasında təlimati işlər aparılıb, şagird bazası dəqiqləşdirilib, imtahan mərkəzləri müəyyənləşdirilib, şagirdlərin adlı siyahısı yerlərə göndərilib, onların kodu haqqında məlumat verilib və s. 2009-2010-cu dərs ilində əsas və orta təhsil kursu üzrə imtahanların keçirilməsi məqsədilə respublika ərazisində 299 imtahan mərkəzi yaradılıb. Ardı »

Oxunma sayı: 141

“Xalq kompüteri” pilot layihəsinin nəticələri açıqlandı

Xalq kompüteriBu gün Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərbaycanın Təhsil Nazirliyi və HP və Microsoft şirkətləri ilə birgə həyata keçirdiyi “Xalq kompüteri” pilot layihəsinin başa çatması ilə əlaqədar mətbuat konfransı keçirib. Ardı »

Oxunma sayı: 146

Ümumdünya İnnovativ Müəllimlər Forumu – 2009

Müəllimlərə İKT təlimi Təhsil Nazirliyinin dəstəyilə “Microsoft Azərbaycan” şirkəti Azərbaycanda növbəti “İnnovativ Müəllimlər” müsabiqəsini elan etmişdi.

İnnovativ Müəllimlər Forumu Azərbaycan Respublikası Təhsil Nazirliyi və Microsoft Azərbaycan tərəfindən birgə həyata keçirilən Təhsildə Əməkdaşlıq proqramının tərkib hissəsidir. Bu Forum dünya İnnovativ Müəllimlər Forumuna hazırlığın Azərbaycan mərhələsidir. Forum qalibləri  Braziliyada keçiriləcək Dünya İnnovativ Müəllimlər Forumunda Azərbaycanı təmsil edəcəklər.

Müsabiqənin əsas məqsədi Azərbaycan Təhsil sistemində çalışan innovativ orta məktəb müəllimlər şəbəkəsi yaratmaq, onların informasiya texnologiyalardan istifadəsini təkmilləşdirmək və şagirdləri XXI əsr biliklərinə yiyələnməsi üçün şərait yaratmaqdır. Ardı »

Oxunma sayı: 428

Beynəlxalq təhsil layihəsi "Home. Planetlə görüş"

Beynəlxalq təhsil layihəsiBu il sentyabrın 21-dən dekabr ayının 25-nə kimi “Home. Planetlə görüş” Beynəlxalq təhsil layihəsi keçirilir.

Buraya Rusiya və MDB ölkələrinin təhsil işçiləri, müəllimlər, tələbələr, şagirdlər dəvətlidirlər. Bu Beynəlxalq təhsil layihəsində iştirak edəcək xarici orta məktəblər arasında Azərbaycanı təmsil edəcək Bakıdakı şəhid Ələkbər Əliyev adına 204 saylı orta məktəbin də adı var.

Ardı »

Oxunma sayı: 103

Alman dili müəllimləri üçün Almaniyada təkmilləşdirmə kursları

Saytın görünüşüAlmaniyanın Höte İnstitutu tərəfindən Alman dili müəllimləri üçün 2010-cu il üzrə Almaniyada təkmilləşdirmə kurslarında iştirak etmək məqsədi ilə təqaüdlər ayrılacaqdır.

Proqram üçün tələblər aşağıdakı kimidir:

• namizəd 2006-2009-cu illərdə Almaniyada elan edilmiş hər hansı bir təqaüd proqramının iştirakçısı olmamalı;
• proqramda iştirak edəcək namizəd Azərbaycana qayıtdıqdan sonra ən azı 6 il ərzində Alman dili müəllimi olaraq fəaliyyətini davam etdirməlidir. Ardı »

Oxunma sayı: 131

Azərbaycanın Təhsil Nazirliyi müəlimlərin ixtisasının artırılması üzrə yeni modelin tətbiqini planlaşdırır

Misir_MardanovAzərbaycanın Təhsil Nazirliyi ümumtəhsil məktəbləri müəllimlərinin ixtisasının artırılması üzrə yeni modelin tətbiqini planlaşdırır. Azərbaycanın təhsil naziri Misir Mərdanovun bildirdiyi kimi, yeni xarici təcrübəyə əsaslanan model müəllimlərin öz işində innovasiya, müasir tədris startegiyalarını tətbiq etməsi üçün onların inkişafının stimullaşdırılmasını nəzərdə tutur. Ardı »

Oxunma sayı: 131
Ən yaxşı müəllim
Banner
Sizi xoş gördük, uşaqlar!
Arı bal toplayır
Video dərslər
Təhsil Müsabiqəsi
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010 Участник Всероссийского интернет-педсовета-2010
Sayğac








free counters