Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

‘müsabiqə’ yarlıqlı göndərişlər

“Ən yaxşı bloq” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Qaliblərlər

Qaliblərlə

Mayın 30-da Təhsil Problemləri İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təşkil edilmiş “Ən yaxşı bloq” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov çıxış edərək bildirib ki, müxtəlif fənlərdən dərs deyən, tədris bacarıqları ilə seçilən müəllimlərin müəyyənləşdirilməsində bu cür müsabiqələrin keçirilməsi xüsusi rol oynayır.  Ardı »

Oxunma sayı: 1817

Növbəti qalibiyyət

British Council-ın Azərbaycan üzrə direktoru Elizabet Uayt və Almaz Həsrət

British Council-ın Azərbaycan üzrə direktoru Elizabet Uayt və Almaz Həsrət

24-31 may tarixlərində British Council Azerbaijanın Facebook səhifəsində “Keep Calm and…” adlı yarışma keçirildi. Həmin yarışmanın nəticəsi qalibiyyətlə bitdi. Yekun olaraq ilk təbrik elanı belə idi:
“Əziz dostlar, məmnuniyyət hissi ilə “Keep Calm and…” yarışmasının qalibini elan edirik! 24-31 may tarixlərində Facebook səhifəmizdə keçirilən və Learn English portalı ilə əlaqəli müsabiqənin qalibi Almaz Hasret-dir! Qalibimizi təbrik edirik!” Ardı »

Oxunma sayı: 1620

Heydər Əliyev Mərkəzi müəllimlər arasında müsabiqə elan edib

Müsabiqəyə qoşul… 

Heydər Əliyev Mərkəzi Azərbaycanın orta ümumtəhsil məktəblərinin müəllimləri arasında «Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm» adlı müsabiqə elan edib. Modern.az-ın məlumatına görə, müsabiqə görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar keçirilir. Müsabiqəyə təhsil sistemində tətbiq edilə biləcək müasir yanaşma və metodlar, xarici təcrübə ilə bağlı təklifləri əks etdirən məqalələr təqdim oluna bilər. Ardı »

Oxunma sayı: 3453

“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində iştirakçılar düzgün və ədalətli şəkildə qiymətləndirilir”

Məktəb direktoru Sara Xanlarova

Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə əsaslı şəkildə yenidən qurulmuş dördmərtəbəli 132-134 nömrəli Təhsil Kompleksində həm müəllimlərin yüksək səviyyədə fəaliyyəti, həm də şagirdlərin biliklərin əsaslarına mükəmməl yiyələnmələri üçün hər cür şərait yaradılıb. Bilik ocağında keyfiyyət, müasirlik və yüksək zövq vəhdət təşkil edir. İndi bu məktəb maddi-texniki bazasının zənginliyinə görə ölkəmizdə müasir təhsil komplekslərindən birinə çevrilib. Təhsil ocağının əsas məqsədi milli mənəvi dəyərlərə, yaradıcı təfəkkür və məntiqi yanaşmaya malik gənclərin dünyaya inteqrasiya edilməsi, müstəqil şəxsiyyət kimi formalaşdırılmasından ibarətdir. Ardı »

Oxunma sayı: 2171

Təhsil Nazirliyi TQDK-ya cavab verdi

Misir Mərdanov Təhsil naziri

Azərbaycan Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin “İlin ən yaxşı məktəbi” və “İlin ən yaxşı müəllimi” müsabiqələrinin keçirilməsi ilə bağlı mətbuatda dərc olunmuş fikirlərinə cavab verib. Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, TQDK sədri Məleykə Abbaszadə bu müsabiqələrin düzgün keçirilmədiyini bildirir və bunu ali məktəblərə qəbul imtahanlarında məzunları yüksək bal toplayan orta məktəblərin “İlin ən yaxşı məktəbi” müsabiqəsində yer tutmaması ilə əlaqələndirir. Ardı »

Oxunma sayı: 3453

Müsabiqə başlayır

Təhsil Naziri Misir Mərdanov

Təhsil naziri Misir Mərdanov 2012/2013-cü dərs ilində “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin  seçirilməsi haqqında əmr imzalayıb. Təhsil Nazirliyindən saytımıza verilən məlumata görə, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində iştirak üçün sənədlərin qəbulu 2012-ci il noyabrın 15-dən başlanır və dekabrın 25-də başa çatır. Ardı »

Oxunma sayı: 2950

“Ən yaxşı müəllim” adı uğrunda mübarizə davam edir

Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanmış müəllimlərin bir qrupu ilə görüş keçirilib.  Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə təhsil naziri builki “Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsində sınaq dərsləri dinləniləcək 28 müəllimi (10 nəfər ibtidai sinif, 10 nəfər riyaziyyat, 8 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi) növbəti mərhələdə iştirak hüququna yiyələnmələri münasibətilə təbrik edib, sağlam rəqabətə əsaslanan bu müsabiqədə onların hər birinə nailiyyətlər arzulayıb. Ardı »

Oxunma sayı: 6836

Elmin İnkişafı Fondu 2010-cu il müsabiqəsinin şərtləri

İyunun 30-da “Park İNN Azərbaycan” mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2010-cu il üçün 1-ci müsabiqənin (EİF-2010-1) elan edilməsinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Ardı »

Oxunma sayı: 4267

Resursların qeydiyyatı başa çatmaq üzrədir

Elektron Təhsil Respublika müsabiqəsinin Təşkilat Komitəsi bildirir ki, Müsabiqəyə təqdim edilən resursların qeydiyyatı prosesi 21 may 2010-cu il tarixdə saat 17-də başa çatır. 22 may 2010-cu il tarixdən etibarən qeydiyyatdan keçən resursların 2-ci mərhələ üzrə qiymətləndirilməsi prosesi başlayacaq . Bu mərhələdə Münsiflər heyəti və TK-nın formalaşdırdığı ekspertlər tərəfindən resursların ilkin qiymətləndirilməsi aparılacaq. İlkin qiymətləndirmədə resurslara yazılan şərhlərdən də istifadə edilə bilər . İlkin qiymətləndirmənin yekunu olaraq hər bir Nominasiya üzrə Nominantlar müəyyən ediləcək. Ardı »

Oxunma sayı: 3633

“Elektron təhsil” Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Elektron təhsil” Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri.

Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin 19 avqust 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş “Fəaliyyət Planı”nın 5-ci və 17-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Ardı »

Oxunma sayı: 3480

“Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının sınaq dərslərini qiymətləndirəcək ekspertlərlə görüş

Görüşdə təhsil naziri Misir Mərdanov bildirib ki, “Ən yaxşı müəllim” müsabiqəsinin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, novatorluğu, uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək və cəmiyyətdə müəllimin nüfuzunun yüksəlməsinə nail olmaqdır. Nazir bu müsabiqədə iştirak etmək üçün sənəd verən müəllimlərin sayının ilbəil artdığını vurğulayıb. Ardı »

Oxunma sayı: 4129

Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçıları ilə görüş

Təhsil naziri Misir Mərdanov görüşü giriş sözü ilə açaraq müəllimləri müsabiqənin növbəti mərhələlərində iştirak etmək hüququ qazanmaları münasibətilə təbrik edib və onlara qarşıdakı mərhələlərdə uğurlar arzulayıb. “Ən yaxşı müəllim” müsabiqəsinə 460 nəfərin sənəd verdiyini, onlardan 203 müəllimin II və III mərhələdə iştirak üçün seçildiyini qeyd edən nazir onu da əlavə edib ki, bu il də iştirakçılar arasında say etibarı ilə üstünlük ibtidai sinif və ingilis dili müəllimlərinə məxsusdur. Ardı »

Oxunma sayı: 3200

“Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının sınaq dərslərinin təşkil ediləcəyi məktəb direktorları ilə görüş

Aprelin 16-da Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının sınaq dərslərinin təşkil ediləcəyi məktəb direktorları ilə görüş keçirilib. Təhsil naziri Misir Mərdanov görüşdə bildirib ki, ölkəmizdə 3 ildir “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilir. Nazir “Ən yaxşı müəllim” müsabiqəsi üzrə sənədləri ekspertizadan keçmiş müəllimlərin II mərhələdə müəyyən olunmuş qaydaya görə Bakı şəhərinin seçilmiş məktəblərində sınaq dərsi deyəcəklərini qeyd edib. Ardı »

Oxunma sayı: 11504

“Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verildi

6 aprel tarixində Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən “Elektron Təhsil” Ümumrespublika müsabiqəsinin başlanmasına həsr olunmuş mətbuat konfransı keçirildi. Təhsil Nazirliyi nəzdində Təhsil sisteminin informasiyalaşdırılması idarəsində keçirilən mətbuat konfransında jurnalistlərə müsabiqə haqqında geniş məlumat verilmişdir.
Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov qeyd etmişdir ki, 2010-cu il Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunmuşdur və müsabiqə nəzərdə tutulmuş fəaliyyətlərdən biridir. Onun sözlərinə görə, müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir Ardı »

Oxunma sayı: 3662

Elektron təhsil müsabiqəsi

Təhsil Nazirliyi tərəfindən “Elektron təhsil” Respublika müsabiqəsi keçirilir.
Bu ilki Müsabiqə “Təhsildə İnternet texnologiyalar” və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Ardı »

Oxunma sayı: 8687
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters