Get Adobe Flash player

‘müsabiqə’ yarlıqlı göndərişlər

Elmin İnkişafı Fondu 2010-cu il müsabiqəsinin şərtləri

İyunun 30-da “Park İNN Azərbaycan” mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2010-cu il üçün 1-ci müsabiqənin (EİF-2010-1) elan edilməsinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Ardı »

Oxunma sayı: 198

Resursların qeydiyyatı başa çatmaq üzrədir

Elektron Təhsil Respublika müsabiqəsinin Təşkilat Komitəsi bildirir ki, Müsabiqəyə təqdim edilən resursların qeydiyyatı prosesi 21 may 2010-cu il tarixdə saat 17-də başa çatır. 22 may 2010-cu il tarixdən etibarən qeydiyyatdan keçən resursların 2-ci mərhələ üzrə qiymətləndirilməsi prosesi başlayacaq . Bu mərhələdə Münsiflər heyəti və TK-nın formalaşdırdığı ekspertlər tərəfindən resursların ilkin qiymətləndirilməsi aparılacaq. İlkin qiymətləndirmədə resurslara yazılan şərhlərdən də istifadə edilə bilər . İlkin qiymətləndirmənin yekunu olaraq hər bir Nominasiya üzrə Nominantlar müəyyən ediləcək. Ardı »

Oxunma sayı: 88

“Elektron təhsil” Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Elektron təhsil” Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri.

Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin 19 avqust 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş “Fəaliyyət Planı”nın 5-ci və 17-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Ardı »

Oxunma sayı: 141

“Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının sınaq dərslərini qiymətləndirəcək ekspertlərlə görüş

Görüşdə təhsil naziri Misir Mərdanov bildirib ki, “Ən yaxşı müəllim” müsabiqəsinin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, novatorluğu, uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək və cəmiyyətdə müəllimin nüfuzunun yüksəlməsinə nail olmaqdır. Nazir bu müsabiqədə iştirak etmək üçün sənəd verən müəllimlərin sayının ilbəil artdığını vurğulayıb. Ardı »

Oxunma sayı: 136

Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçıları ilə görüş

Təhsil naziri Misir Mərdanov görüşü giriş sözü ilə açaraq müəllimləri müsabiqənin növbəti mərhələlərində iştirak etmək hüququ qazanmaları münasibətilə təbrik edib və onlara qarşıdakı mərhələlərdə uğurlar arzulayıb. “Ən yaxşı müəllim” müsabiqəsinə 460 nəfərin sənəd verdiyini, onlardan 203 müəllimin II və III mərhələdə iştirak üçün seçildiyini qeyd edən nazir onu da əlavə edib ki, bu il də iştirakçılar arasında say etibarı ilə üstünlük ibtidai sinif və ingilis dili müəllimlərinə məxsusdur. Ardı »

Oxunma sayı: 98

“Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının sınaq dərslərinin təşkil ediləcəyi məktəb direktorları ilə görüş

Aprelin 16-da Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının sınaq dərslərinin təşkil ediləcəyi məktəb direktorları ilə görüş keçirilib. Təhsil naziri Misir Mərdanov görüşdə bildirib ki, ölkəmizdə 3 ildir “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilir. Nazir “Ən yaxşı müəllim” müsabiqəsi üzrə sənədləri ekspertizadan keçmiş müəllimlərin II mərhələdə müəyyən olunmuş qaydaya görə Bakı şəhərinin seçilmiş məktəblərində sınaq dərsi deyəcəklərini qeyd edib. Ardı »

Oxunma sayı: 141

“Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verildi

6 aprel tarixində Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən “Elektron Təhsil” Ümumrespublika müsabiqəsinin başlanmasına həsr olunmuş mətbuat konfransı keçirildi. Təhsil Nazirliyi nəzdində Təhsil sisteminin informasiyalaşdırılması idarəsində keçirilən mətbuat konfransında jurnalistlərə müsabiqə haqqında geniş məlumat verilmişdir.
Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov qeyd etmişdir ki, 2010-cu il Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunmuşdur və müsabiqə nəzərdə tutulmuş fəaliyyətlərdən biridir. Onun sözlərinə görə, müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir Ardı »

Oxunma sayı: 171

Elektron təhsil müsabiqəsi

Təhsil Nazirliyi tərəfindən “Elektron təhsil” Respublika müsabiqəsi keçirilir.
Bu ilki Müsabiqə “Təhsildə İnternet texnologiyalar” və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Ardı »

Oxunma sayı: 173

Подведение итогов акции “Home. Свидание с планетой”

Уважаемые участники международного “Home. Свидание с планетой”!   Оргкомитет акции начинает подводить итоги нашей большой совместной работы, которую мы проделали в рамках акции в течение более полугода.  Мы благодарим каждого из Вас за все, что вы вместе с детьми сделали для того, чтобы мы все могли сделать шаги к более экологичной и осознанной  жизни: организация показов фильма Home, эко-уроки, видео, акции, флеш-мобы,  авторские разработки и многое другое,  о чем вы писали в блоге акции и в  личных письмах. Ardı »

Oxunma sayı: 159
Ən yaxşı müəllim
Banner
Sizi xoş gördük, uşaqlar!
Arı bal toplayır
Video dərslər
Təhsil Müsabiqəsi
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010 Участник Всероссийского интернет-педсовета-2010
Sayğac








free counters