‘nazir’ yarlıqlı göndərişlər

Elektron resurslar bizdən nəyi alıb, nəyi verəcək?

Almaz Həsrət

Almaz Həsrət

“Uşağın vaxtını ələ keçirmək uğrunda mübarizə güclənib. Kompüter istehsalçıları, kompüter oyunu istehsalçıları, valideynlər, məktəblər, müxtəlif kurslar uşağın vaxtını ələ keçirmək üçün mübarizə aparırlar. Belə bir vaxtda uşağa maraqlı bir şey təqdim etməlisən ki, o vaxtını buna sərf etməyə maraq göstərsin. Məhz elektron dərsliklər, multimedia vəsaitləri bu rolu oynaya bilər”. Bu fikirlər ötən həftə elektron resursların təqdimat mərasimində təhsil naziri Mikayıl Cabbarov tərəfindən səsləndirildi. Cənab nazir doğru qeyd etmişdi, vaxt dəyərli məfhumdur. Vaxtında deyilən sözün, görülən işin faydası həmişə töhfə verib. E-resurs.edu.az portalının təqdimatı da elə vaxtında, nazirin çıxışından dərhal sonra baş tutdu.

 “Portal elektron resursları bir mənbədə yerləşdirmək üçün yaradılıb.

Ardı »

Oxunma sayı: 2579

Orta məktəb dərsliklərinin hazırlanmasında yenilik

Yenilik...

Yenilik…

Orta məktəb dərsliklərinin hazırlanmasında yenilik tətbiq ediləcək. Azərbaycanda ali məktəblər orta məktəb dərsliklərinin hazırlanması prosesində iştirak edəcəklər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bununla bağlı ali məktəb rəhbərləri ilə görüşdə də müzakirələr aparılıb. Nazir hesab edir ki, ali məktəblərin orta məktəb dəsliklərinin yazılması prosesinə cəlb olunması həmin təhsil müəssisləri üçün də maraqlıdır: “Ali təhsil müəssisələrinin müəllimləri dərsliklərin hazırlanmasında iştirak etməklə əlavə gəlir mənbəyi əldə etmiş olurlar. Ardı »

Oxunma sayı: 2624

Təhsil Nazirliyindən xəbərdarlıq

Mikayıl Cabbarov

Mikayıl Cabbarov

Son vaxtlar Rusiya və Ukraynanın ali məktəblərinə tələbə göndərmək adı ilə şirkət və firmalar tərəfindən müxtəlif elanlar verilir. Belə qurumlar Azərbaycanda rəsmi qeydiyyatdan keçdiyini və qanuni tələbə mübadiləsilə məşğul olduğunu bəyan etməklə xaricə oxumaq istəyənləri cəlb etməyə çalışır. Maraqlıdır, Təhsil Nazirliyi bu şirkətlər vasitəsilə imtahan vermədən yalnız attestatla xarici ali məktəblərə qəbul olanların diplomlarını tanıyacaqmı? Ardı »

Oxunma sayı: 2447

Mikayıl Cabbarov bir neçə direktoru işdən çıxartdı

Mikayıl Cabbarov

Mikayıl Cabbarov

Təhsil Nazirliyinə daxil olmuş müraciətlər əsasında Nazirliyin Daxili nəzarət şöbəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində Bakı şəhərində yerləşən 3 təhsil müəssisəsində ciddi faktlar aşkarlanıb və müvafiq tədbirlər görülüb. Bakı şəhəri, Xətai rayonunda yerləşən 245 nömrəli tam orta məktəbin direktoru V.Məcidovanın fəaliyyəti ilə bağlı Daxili nəzarət şöbəsinə müəllim və valideynlərin çoxsaylı şikayətləri daxil olub, uşaqların I sinfə qəbulu və digər sahələrlə bağlı ciddi nöqsanlara yol verildiyi aşkarlanıb. Ardı »

Oxunma sayı: 1930

Daha bir yenilik

Mikayıl Cabbarov

Mikayıl Cabbarov

Mikayıl Cababrov hamını və hər şeyi dəyişir – Daha bir yenilik.  Bu gələcəkdə nəzərdə tutulan dəyişikliklərin tərkib hissəsidir. Təhsil Nazirliyi nazirliyin loqosunun dəyişilməsinə aydınlıq gətirib. Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, cəmiyyətin bütün sahələrində, o cümlədən təhsil sistemində müşahidə edilən dəyişikliklər hər bir dövlət orqanının fəaliyyət prinsiplərinə yenidən baxılmasını şərtləndirir. Ardı »

Oxunma sayı: 2432

Təhsil Nazirliyində 4 şöbə müdirsiz qalıb

Təhsil naziri Mikayıl Cabbarov

Təhsil naziri Mikayıl Cabbarov

Misir Mərdanov nazir vəzifəsindən azad edildikdən sonra təhsil naziri təyin olunan Mikayıl Cabbarov həm struktur, həm də kadr dəyişikləri həyata keçirdi. Lent.az-ın məlumatına görə, ötən ay təhsil nazirinin imzaladığı əmrə əsasən Nazirliyin aparatının Akkreditasiya şöbəsi və Monitorinq və qiymətləndirmə şöbəsi ləğv edilərək əvəzində Lisenziyalaşdırma və təhsilin keyfiyyətinə nəzarət şöbəsi yaradılıb. Ardı »

Oxunma sayı: 3027

Gerçək Misir Mərdanov

Azər Həsrət

Adamlar adətən vəzifədə olan şəxs haqqında yaxşı sözlər deyərlər. Bu halda, təbii ki, onların çoxu səmimi olmaz. Ancaq bəzən vəzifə başındakı həqiqətən yaxşı sözlərə layiqdirsə belə sözünü deməkdən çəkinirsən. Çünki düşünürsən ki, düzgün başa düşməzlər, elə bilərlər ki, yarınmaq, yaxşı görünmək üçün belə edirsən. Elə bu gerçəyi nəzərə alaraq artıq keçmiş təhsil naziri olan Misir Mərdanov haqqında fikirlərimi uzun müddətdir ki, yazmağa tərəddüd edirdim. İndi isə rahat bir şəkildə yazmaq istərdim. Ardı »

Oxunma sayı: 3278

Mikayıl Cabbarov kadr islahatlarına başladı: 5 yeni təyinat

Mikayıl Cabbarov

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən 5 nəfərin Təhsil Nazirliyində vəzifəyə təyin edildiyi bildirilir. “Gündəlik Teleqraf” qəzetinə daxil olan məlumata görə, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri postuna yeni şəxs təyin olunacaq. Məlumatlı mənbənin bildirdiyinə görə, həmin şəxs Ceyhun adlı mətbuat nümayəndəsidir. Bundan başqa hazırkı təhsil nazirinin öz əvvəlki iş yerindən – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən 3 nəfəri Təhsil Nazirliyində yeni vəzifəyə təyin etdiyi barədə məlumat əldə etmişik. Ardı »

Oxunma sayı: 5410

Misir Mərdanov yeni vəzifəsinə rəsmən təsdiqləndi

Misir Mərdanov

Keçmiş təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsinə təyin edilib. Artıq Misir Mərdənovun adı AMEA-nın rəsmi saytında da Riyaziyyat və Mexanika İnstitutunun direktoru kimi qeyd olunur. Qeyd edək ki, Misir Mərdanov fizika-riyaziyyat elmləri doktoru, professordur.
Ardı »

Oxunma sayı: 2116

TQDK kurikulum və dərslik sahəsində bacarıqsız və uğursuzdur

Etibar Əliyev

Etibar Əliyev fəlsəfə doktoru, təhsil üzrə ekspert. Milli Kurikulum konsepsiyasına görə, qiymətləndirmə tədrisin tərkib hissəsidir. Sənəddə qiymətləndirmənin növləri (diaqnostik, formativ, summativ), onun tədris prosesində yeri və rolu ətraflı izah olunur. Buna görə də kurikulum sinifbəsinif tətbiq olunduqca Nazirlikdə qiymətləndirmə şöbəsinin fəallığı da artmağa başladı. Gəlinən ilk qənat budur: TQDK ilə Təhsil Nazirliyi arasında münasibətlər məhz bundan sonra daha da kəskinləşdi.
Ardı »

Oxunma sayı: 5837

“Ən yaxşı məktəb” müsabiqəsinə 132 məktəb müraciət edib

Misir Mərdanov Təhsil naziri

Misir Mərdanov “Ən yaxşı müəllim” müsabiqəsinə bu il 481 nəfərin sənəd təqdim etdiyi bildirib. 2013-cü ildə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinə respublikanın ayrı-ayrı rayon və şəhərlərindən 132 məktəbin müraciət edilib. Təhsil Nazirliyində “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri üzrə Təşkilat Komitəsinin iclası keçirilib. Təhsil naziri Misir Mərdanov 2012-ci ildə 151 məktəb tərəfindən sənəd təqdim olunduğunu bildirib. Ardı »

Oxunma sayı: 2506

Keyfiyyət axtarırıqsa, biz seçimə getməliyik”

Şagirdlərimiz

Təhsil naziri Misir Mərdanov Təhsil Problemləri İnstitutunun müsabiqədən keçməyən bəzi uşaqların lisey-məktəblərin birinci sinfinə qəbul edilməsi barədə təklifinə münasibət bildirib. Nazir bildirib ki, təklif yaxşıdır, amma bunun mexanizmi düşünməlidir: “Təhsil xidməti yüksək olan məktəbləri biz lisey-məktəbləri statusu veririk. O lisey-məktəblərə seçilən uşaqlar qəbul olunur. Ardı »

Oxunma sayı: 2747

Fənn kurikulumları üzrə keçirilən təlimlərin təşkili barədə

Azərbaycanın təhsil naziri Misir Mərdanov müəllimlər üçün fənn kurikulumları üzrə keçirilən təlimlərin təşkili ilə bağlı ortaya çıxan catışmazlıqları sadalayıb.  Misir Mərdanov 2012-2013-cü tədris ilində müəllimlərin işə qəbulunun nəticələrinə hərs olunan kollegiya iclasdında bildirib ki, təlim materiallarında müəllimlərin çoxu nəzəri biliklər əldə edirlər. Təlim materialları yalnız Azərbaycan dilində hazırlanır. Bu isə rus bölməsi üzrə dərs deyən müəllimlər üçün çətinliklər yaradır. Ardı »

Oxunma sayı: 3271

Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar

Təhsil naziri Misir Mərdanov

Misir Mərdanov müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlamağı əmr edib. Təhsil naziri Misir Mərdanov müəllimlərin işə qəbulunda yeni mexanizmlərin tətbiqi məqsədilə “Respublikanın ümumi təhsil, ilk peşə-ixtisas təhsili və orta ixtisas müəssisələrinə müəllimlərin vakant yerlərə işə qəbulu Qaydaları”nın işlənib hazırlanmağı və qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə təqdim etməyi əmr edib.  Təhsil Nazirliyindən  verilən məlumata görə, sənəddə təhsil nazirinin aparatına tələbat nəzərə alınmaqla qoşaixtisaslı müəllim kadrlarının hazırlanması üçün ali təhsilin Maarif istiqaməti üzrə ixtisas siyahısına əlavələr edilməsinə dair təkliflər hazırlamaq əmr olunub. Ardı »

Oxunma sayı: 11217

Orta məktəblərdə dərslər təxirə salındı

Sinif

Azərbaycanın təhsil naziri Misir Mərdanov orta ümumtəhsil məktəblərində dərslərin təxirə salınması barədə əmr imzalayıb. Bu barədə Trend-ə cümə axşamı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə bildirib. Onun sözlərinə görə, kəskin hava şəraiti ilə əlaqədar bütün orta ümumtəhsil məktəblərində dərslər həftə sonuna kimi təxirə salınıb.   Hüseynzadə həmçinin deyib ki, təhsil nazirinin əmri ilə Aran bölgəsində fevralın 4-də 9-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan sınaq imtahanları da başqa vaxt keçiriləcək. Ardı »

Oxunma sayı: 2729
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters