‘olimpiada’ yarlıqlı göndərişlər
“Ətraf mühit və biz” mövzusunda olimpiada başlanıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010 – cu ilin “Ekologiya ili” elan edilməsi Bakı şəhərində yerləşən təhsil müəssisələrində silsilə tədbirlərin keçirilməsi ilə müşayiət olunur. Xəbər verdiyimiz kimi, məhz bu məqsədlə Bakı məktəbliləri arasında “Ətraf mühit və biz” mövzusunda olimpiada təşkil olunub. Qeyd edək ki, olimpiada şagirdlərin ekoloji biliklərinin artırıl-ması, onlarda təbiətə və ətraf mühitə sağlam münasibətin formalaşdırılması, intellektual və yaradıcı qabiliyyətlərin inkişaf etdirilməsi, o cümlədən ekologiyanın dərindən öyrənilməsində maraqlı olan şa-girdlərin müəyyənləşdirilməsi və həvəsləndirilməsi məqsədi daşıyır. Ardı »
Olimpiadada Bakını 200-ə yaxın şagird təmsil edəcək
Hər il istedadlı şagirdləri aşkara çıxartmaq məqsədilə fənn olimpiadaları təşkil olunur. Respublika fənn olimpiadasına hazırlıq məqsədilə 3 mərhələdən ibarət yarışmada məktəblilər iştirak ediblər. Bakı məktəb və şəhər mərhələlərini artıq geridə qoyub. Yanvar ayının 10-da keçirilən Bilik yarışının şəhər turunun II mərhələsində 1068 şagird iştirak edib. İştirakçı şagirdlər arasında yalnız BŞTİ-nin deyil, Təhsil Nazirliyinin tabeçiliyində olan özəl məktəb və liseylərin şagirdləri də vardı. Fənn olimpiadasının həmin turundan 200-ə yaxın şagird yüksək nəticələr əldə edərək növbəti tura vəsiqə qazanıb. Qeyd edək ki, şagirdlər məktəblilərin fənn olimpiadasının respublika turunda yeddi fənn üzrə yarışacaqlar. Ardı »
Azərbaycanda məktəb məzunlarının qızıl və ya gümüş medalla təltif olunma qaydası təsdiq edilib
Azərbaycanda məktəb məzunlarının qızıl və ya gümüş medalla təltif olunma qaydası təsdiq edilib
Azərbaycan Nazirlər Kabineti “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nı təsdiq edib. Bu barədə Trend News Nazirlər Kabinetinin rəsmi saytına istinadən məlumat yayıb. Qaydada göstərilir ki, qızıl və ya gümüş medalla təltifi üçün namizəd ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirənlər, bütün fənlərdən illik qiymətləri “əla” olanlardır. Ardı »
Oxunma sayı: 138Bu gün Bakı şəhəri üzrə fənn olimpiadası keçirilir
Bü gün Bakı şəhərində növbəti fənn olimpiadası keçirilir.
Rayon üzrə keçirilmiş fənn olimpiadalarında qalib gəlmiş orta məktəb şagirdləri bu gün növbəti dəfə şəhər turunda keçirilən fənn olimpiadasında öz biliklərini sınayırlar. Biologiya və kimya fənni üzrə olimpiada Bakı şəhərinin 8 saylı orta məktəbində keçirlir.
Məktəbin direktoru Aytən xanım həmin təhsil ocağında olimpiadanın keşirilməsi üçün çox gözəl şərait yaradıb. Hər fənn üzrə əvvəlcədən səliqə ilə hazırlanmış cədvəldə hansı otaqda hansı siniflərin olacağı qeyd olunmuşdur. Ardı »
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi
Dekabrın 10-da “Buta” sarayında Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Olim piadada azərbaycanlı şagirdlər doqquz medal qazanmışlar.
On beş yaşlı yeniyetmələr arasında fizika, kimya və biologiya fənləri üzrə keçirilmiş olimpiadada 49 ölkədən 600-dən çox şagird və onların müəllimləri iştirak etmişlər.
Heydər Əliyev Fondunun, İJSO (International Junior Science Olympiad) və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən olimpiadada dünyanın Ardı »
Bakıda keçirilən Beynəlxalq Elm Olimpiadasının birinci turu başa çatıb
Bakıda, 258 məktəblinin iştirak etdiyi Beynəlxalq Elm Olimpiadasının birinci turu başa çatıb.
Həmin mərhələdə, iştirakçı ölkələrdən olan şagirdlər üç saat ərzində, biologiya, kimya və fizika üzrə test tapşırıqlarını yerinə yetiriblər.
“Dekabrın altısında Olimpiadanın ikinci turu təşkil ediləcək və iştirakçılar nəzəriyyədən imtahan verəcəklər. Dekabrın 8-də isə eksperimental tapşırıqlar formasında axırıncı tur təşkil olunacaq “, – idarədən deyilib. Ardı »
Oxunma sayı: 162VI Beynəlxalq Elm Olimpiadasının açılış mərasimi keçirilmişdir
Dekabrın 3-də Bakıda, “Buta” sarayında VI Beynəlxalq Elm Olimpiadasının təntənəli açılış mərasimi keçirilmişdir.
Mərasimdə dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri, xarici ölkələrdən gəlmiş alimlər iştirak etmişlər.
Tədbir Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın olimpiada iştirakçılarına ünvanladığı təbrik məktubunun oxunması ilə başladı. Ardı »
Oxunma sayı: 105Milli Məclisin komitə sədri: “Olimpiada qaliblərinin ali məktəblərə imtahandan kənar qəbulu qaydaları hazırlanacaq”
“Təhsil haqqında” qanunun icrası ilə bağlı dövlət başçısı tərəfindən xüsusi sərəncam imzalanıb. Yeni qanuna uyğun olaraq, olimpiada qaliblərinin ali məktəblərə imtahandan kənar qəbul edilməsinin qaydaları hazırlanacaq. Bununla bağlı Nazirlər Kabinetinə 3 ay vaxt verilib. Qanun qüvvəyə minən gündən oradakı bütün maddələr reallaşmaq üçün tam hüquqi əsaslara malik olacaq”. Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev gələn il ali məktəblərə keçiriləcək qəbul imtahanlarında olimpiada qaliblərinə güzəşt edilib-edilməyəcəyi məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hazırda Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi üzərində də iş gedir: “Payız sessiyası dövründə bu qanunun qəbul ediləcəyini deyə bilmərəm. Amma bu qanunu artıq birinci oxunuşa çıxarmaq iddiasındayıq. Hazırda gündəlikdə olan məsələ “Elm siyasəti haqqında” qanun layihəsidir. Yaxın günlərdə layihəni komitədə müzakirəyə çıxaracağıq”. Ardı »
2010-2011-cu tədris ili üçün qəbul qaydaları
2010-2011-cu tədris ili üçün qəbul qaydaları gələn ilin yanvar ayında açıqlanacaq
“2010-2011-ci tədris ili üçün qəbul qaydaları gələn ilin yanvar ayında açıqlanacaq”. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, prezidentin fərmanına əsasən ali məktəblərə qəbul qadalarının hazırlanması icra orqanı kimi TQDK-ya tapşırılıb: “Yaxın zamanlarda Azərbaycan Nazirlər Kabinetinin qaydaları da çap olunmalıdır. Ardı »
Oxunma sayı: 210Orta məktəblərdə fənn olimpiadası başlandı
Ümumtəhsil məktəblərində fənn olimpiadası başlanmışdır
Ümumtəhsil məktəblərində fənn olimpiadası başlanmışdır. Ardı »
Oxunma sayı: 144Yeni qanun layihəsində testdən kənar qəbul nəzərdə tutulur
Növbəti təhsil ilindən orta məktəblərdə medal alanlar, beynəlxalq olimpiadaların və beynəlxalq yarışların qalibləri ali məktəbə birbaşa – yəni testdən kənar qəbul oluna bilərlər. Magistr hazırlığının təşkili və qəbulu məsələləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilə bilər. Bu, «Təhsil haqqında» qanun layihəsində nəzərdə tutulub. Ardı »
Gürcüstanda Azərbaycan orta məktəbləri arasında gürcü dili üzrə olimpiada keçiriləcək
Gürcüstanda Azərbaycan orta məktəblərində gürcü dili üzrə olimpiada keçiriləcək. Bu barədə Kvemo-Kartli (Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları yer) regionunun qubernator müavini Hüseyn Yusifov bildirib. Ardı »
Bakı şəhərində Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Son illər ölkəmizdə təhsil sahəsində böyük islahatlar aparılır, elmi-texniki tərəqqinin sürətlə inkişafına hesablanmış müasir təhsil sisteminin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Şagird və tələbələrimiz respublikamızın və dünyanın nüfuzlu təhsil ocaqlarında yüksək nəticələr nümayiş etdirir, müxtəlif yerli və beynəlxalq elm olimpiadalarında medallar qazanırlar. Ardı »
Oxunma sayı: 100




