Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

‘orta məktəb’ yarlıqlı göndərişlər

Orta məktəb dərsliklərinin hazırlanmasında yenilik

Yenilik...

Yenilik…

Orta məktəb dərsliklərinin hazırlanmasında yenilik tətbiq ediləcək. Azərbaycanda ali məktəblər orta məktəb dərsliklərinin hazırlanması prosesində iştirak edəcəklər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bununla bağlı ali məktəb rəhbərləri ilə görüşdə də müzakirələr aparılıb. Nazir hesab edir ki, ali məktəblərin orta məktəb dəsliklərinin yazılması prosesinə cəlb olunması həmin təhsil müəssisləri üçün də maraqlıdır: “Ali təhsil müəssisələrinin müəllimləri dərsliklərin hazırlanmasında iştirak etməklə əlavə gəlir mənbəyi əldə etmiş olurlar. Ardı »

Oxunma sayı: 2444

Azərbaycanın orta məktəbləri üçün yenilik

məktəb

Orta təhsil müəssisələrinin Azərbaycan təhsil şəbəkəsinə (AzEduNet) qoşulması üçün 3G şəbəkəsindən istifadə olunacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin direktoru Samir Məmmədov deyib. “Bu məqsədlə mobil operatorlarla danışıqlar aparılır. Xidmət tədarükçüsünün seçilməsi meyarları operatorların təklif etdiyi keyfiyyət və şəbəkəyə çıxış qiymətindən asılı olacaq”, – Məmmədov qeyd edib. Ardı »

Oxunma sayı: 2146

Təhsil Nazirliyinin əməkdaşları işdən çıxarılıb

Təhsil nazirliyi

Bakının 77 məktəbində aparılan tikinti-təmir işlərində nöqsanlar aşkarlanıb. Təhsil Nazirliyinin Tikinti İdarəsinin rəisi və bir neçə məsul əməkdaşı işdən çıxarılıb. Bakının 77 məktəbində tikinti və təmir zamanı nöqsanlar aşkar olunub. Təhsil Nazirliyindən ANS-ə verilən məlumata görə, məktəblərin tikintisi və əsaslı təmiri zamanı yol verilən nöqsanlara görə, qurumun Tikinti İdarəsinin rəisi Allahverdi Dəmirov və bir neçə məsul əməkdaşı işdən çıxarılıb. Ardı »

Oxunma sayı: 2545

Savadlı müəllimlər məktəblərdən uzaqlaşır

Məktəb

Elə savadlı olmaq istəyən şagirdlər də…
Bu il iyunun 17-də mərkəzləşdirilmiş qaydada attestat imtahanı verdim. Neçə illərdir ki, bu imtahanın həyacanı ilə yaşayırdım. Yəqin ki, 11-ci sinifdə oxuyan başqa məktəblilər də mənim kimi. Bütün bu həyacanlar bizə böyük psixoloji zərbə vurur. Axı, məktəblilərin demək olar ki, hamısı 9-cu sinifdən başlayaraq qəbul imtahanlarına hazırlaşır. Ona görə də, məktəbə yox, kənar müəllim yanına üz tutur. Qəbul imtahanı zamanı da, hər bir şagirddən seçdiyi qrupa uyğun olaraq 5 fənni mükəmməl bilmək tələb olunur.  Ardı »

Oxunma sayı: 4446

Orta məktəbi medalla bitirən məzunlar kimlərdir?

İmtahan

Bu il respublika üzrə orta məktəblərdə təhsili uğurla başa vuran 80 məzunun qızıl və ya gümüş medala namizədliyi sürülmüşdü. Bunlar orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirməklə tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi, illik qiymətlərinin isə hamısı “əla” olan və bunlarla yanaşı, nümunəvi davranışı ilə fərqlənən, müxtəlif səviyyəli fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqə və layihələrdə iştirak edib mükafata layiq görülən şagirdlər idi. Ardı »

Oxunma sayı: 5676

Məzunlara veriləcək medallar hazırdır

Azərbaycanda orta məktəb məzunlarına veriləcək qızıl və gümüş medallar hazırdır. Azərbaycanda orta məktəbləri xüsusi nailiyyətlərlə başa vuran 11-ci sinif məzunlarına veriləcək qızıl və gümüş medallar artıq hazırdır. Bu barədə Trend-ə cümə axşamı Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, medallar Azərbaycanda hazırlanıb. Qızıl və gümüş medallar diametri 40 mm, qalınlığı 3 mm olan lövhə şəklində hazırlanıb. Ardı »

Oxunma sayı: 2871

Təhsildə qiymətləndirmə siyasəti

Təhsildə qiymətləndirmə siyasəti: islahatlar müsbət nəticələr vəd edir. Azərbaycanın ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün dəqiq qiymətləndirmə standartlarının olması, şagird nəticələrinin obyektiv qiymətləndirilməsi, müasir qiymətləndirmə metodlarından istifadəyə geniş yer verilməsi, qiymətləndirmə nəticələrinin təhlilinin, müvafiq hesabatların aparılması mühüm əhəmiyyət kəsb edir. Ardı »

Oxunma sayı: 5116

Məktəblərdə yaz tətilinin müddəti uzadılıb

Beş günlük qrafiklə işləyən məktəblərdə dərslər martın 28-də başlayacaq. Azərbaycanın orta ümumtəhsil məktəblərində yaz tətilinin müddəti dəyişdirilib. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib. Onun sözlərinə görə, adi qaydada məktəblilərin yaz tətili günləri 17-23 mart hesab olunurdu.  Ardı »

Oxunma sayı: 3689

Azərbaycan təhsil müəssisələri mərkəzləşdirilmiş yoxlama imtahanlarına hazırlaşırlar

Gələn aydan Azərbaycanın ümumtəhsil məktəbləri və peşə liseylərində yoxlama imtahanları başlayacaq. Təhsil nazirliyindən verilən məlumata görə ümumtəhsil məktəbləri və peşə liseylərində yoxlama imtahanları 2011-ci il fevralın 13-dən aprelin 17-nə kimi keçiriləcək. Bakıda buraxılış imtahanları 17 iyun 2011-ci il tarixindən keçirilməyə başlayacaq. Regionlarda isə 2-16 iyun tarixləri arasında təşkil olunacaq. Ardı »

Oxunma sayı: 4966

Biologiya fənni üzrə elmi-metodiki seminar

Gündəlik məsələ: orta məktəblərdə tədris olunan 6 və 7-ci sinif “Biologiya” dərsliklərinin və geoxronoloji cədvəlin müzakirəsi. Orta məktəblərdə tədris olunan 6 və 7-ci sinif “Biologiya” dərslikləri geniş müzakirə olundu. Bu dərsliklərin müəllifi Vaqif İsmayılov da seminarda iştirak etdi. Seminarın rəhbəri T. Ardı »

Oxunma sayı: 5354

Təhsil alanlara pulsuz tibbi xidmət

Təhsil müəssisələrində bütün təhsil alanlara pulsuz tibbi xidmət göstəriləcək. Azərbaycan Nazirlər Kabineti “Təhsil müəssisəsində təhsil alanlara pulsuz tibbi xidmətin göstərilməsi qaydası”nı təsdiq edib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Qaydalar mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrinə şamil edilir. Təhsil müəssisələrinin rəhbərləri bu sənədə əməl edilməsinə görə məsuliyyət daşıyırlar. Ardı »

Oxunma sayı: 3260

Buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Misir Mərdanov

Son illər res­pub­lika­nın (Naxçıvan MR istisna olmaqla) bütün ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparıl­ma­sı təhsilin keyfiyyə­tinə müsbət təsir etmiş və ictimaiyyət tərəfindən rəğbətlə qarşı­lan­mışdır.
Buraxılış imtahanlarının yeni qaydada aparılmasının son nəticədə təhsilin key­fiy­yə­ti­nin yüksəlməsinə təsir edən amillərdən biri olduğunu nəzərə alaraq

ƏMR EDİRƏM: Ardı »

Oxunma sayı: 6717

Əlin cibində olsun…

… yoxsa qiymət əvəzinə qulağının dibini görəcəksən….  Hamıya məlumdur ki, 9-11 ci siniflərdə təhsil alan məktəblilərin çoxu, dərsdən kənar müəllim yanına üz tutur. Belə şagirdlərdən biri də mən özüməm. 16 yaşım var. 11 ci sinif şagirdiyəm. Bu günə qədər dərslərimdə və ictimai işlərdə bir sıra uğurlar qazanmışam. Bir məktəbli kimi həmişə fikirləşmişəm ki, əgər məktəbdə keçirilən dərsin keyfiyyəti yüksək səviyyədə olsa idi, dərsdən kənar müəllim yanına getməyə şərait də yaranmazdı. Buna heç ehtiyac da olmazdı.Əgər müəllim hər hansısa bir dərsi üzündən oxuyub danışırsa, burada keçirilən dərsin keyfiyyətindən danışmaq gülünc olardı. Ardı »

Oxunma sayı: 4726

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış siniflərində təhsil alan şagirdlər, onların valideynləri və imtahan aparılacaq fənlərdən dərs deyən müəllimlərlə təlimatı iş

Misir Mərdanov

2010-cu il 19-26 oktyabr tarixlərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış siniflərində təhsil alan şagirdlər, onların valideynləri və imtahan aparılacaq fənlərdən dərs deyən müəllimlərlə təlimatı iş aparılıb. Şagirdlər, valideynlər və onların fənn müəllimləri arasında maarifləndirmə işinin mütəmadi aparılması ilə əlaqədar müvafiq rayon Təhsil şöbələrinin müəyyən etdiyi metodistlər təlimatlandırılıb və onlara zəruri tapşırıqlar verilib.   Ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması işinin təkmilləşdirilməsi və daha səmərəli təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri Ardı »

Oxunma sayı: 4454

Müəllimlər ixtisara düşə bilər…

Əgər məktəblərdə şagirdlərin və qrupların sayı azalırsa, istər-istəməz bəzi müəllimlər ixtisara düşməli olur. Misir Mərdanov şagirdlərin repetitor yanına getməsinin əleyhinə deyil. “Məktəblərin mühafizəsi ilə bağlı çox ciddi addımlar atmağı düşünürük. Azərbaycanda 5 minə yaxın məktəb var. Onların hamısını istədiyimiz səviyyədə qorumaq mümkün deyil. Buna çox böyük vəsait lazımdır. Artıq böyük təhsil müəssisələrinin mühafizəsi ilə bağlı xüsusi müqavilələr hazırlamışıq və onları qorumağa başlamışıq”. Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Ardı »

Oxunma sayı: 2954
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters