‘orta məktəb’ yarlıqlı göndərişlər
Təhsil Nazirliyinin “Qaynar xətt”i
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2010-cu ilin iyun ayında 4200 müraciət daxil olub. Müraciətlərin 3911-i telefonla, 289-u elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər qeydə alınıb, araşdırılıb və cavablandırılıb. Bu iş Təhsil Nazirliyinin müvafiq strukturları tərəfindən həyata keçirilib. İyun ayında “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin böyük əksəriyyəti sorğu xarakterlidir. Ardı »
Buraxılış imtahanlarının cavabları
Əziz məzunlar!
Buraxılış imtahanlarının cavablarını öyrənmək üçün kodunuzu buraya yazmaqla oyrənə bilərsiniz.
2009/2010-cu dərs ili üzrə attestata yazılacaq yekun qiymətlər
Sizə uğurlar!!!
Oxunma sayı: 864Şagirdlərin attestatına yazılacaq yekun qiymət
Əziz məktəblilər! Sizdən mənə çoxlu sayda məktub və zənglər gəlir. Hamınıza, mənə göstərdiyiniz etimad və inamınıza görə təşəkkür edirəm. Sizlərin hamınızın soruşduğu əksər suallar da, bu ilki buraxılış imtahanları və onların yekunu qaydaları ilə bağlıdır. Hətta attestat qiymətinin necə çıxarılacağı barədə də geniş məlumat istəyirsiniz. Sizin bu istəyinizi nəzərə alaraq mən buraxılış imtahanı və şagirdlərin attestatına yazılacaq yekun qiymətin necə çıxarılacağı barədə məlumatı burada yerləşdirməyi qərara aldım. Buyurun lazımı informasiyaları buradan ala bilərsiniz: Ardı »
Təhsil Nazirliyinin “Qaynar xətt” xidməti
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2010-cu ilin may ayında 958 müraciət daxil olub. Müraciətlərin 845-i telefonla, 113-ü elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər qeydə alınıb, aidiyyəti qurumlara göndərilib və müvafiq qaydada araşdırılıb. Qeyd edək ki, may ayında anonim və sorğu xarakterli müraciətlər çoxluq təşkil edib. “Qaynar xətt” xidmətinə daxil olmuş sorğular ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş qaydada keçirilən imtahanların Ardı »
Ümumtəhsil məktəblərinin buraxılış imtahanlarının qaydaları
Azərbaycanda ümumtəhsil məktəblərində iyunun 3-dən etibarən keçiriləcək buraxılış imtahanlarında IX sinif şagirdləri iki, XI sinif şagirdləri isə səkkiz fənn üzrə imtahan verəcək. Bu barədə çərşənbə axşamı ümumtəhsil məktəblərində buraxılış imtahanlarına hazırlıqla bağlı keçirilən iclas zamanı təhsil naziri Misir Mərdanov bildirib. Mərdanov nəzərə çatdırıb ki, XI sinif şagirdləri üç, IX sinif şagirdləri isə bir saat 30 dəqiqə ərzində imtahan verəcəklər. Nazir Respublika fənn olimpiadalarında I yer tutmuş, həmçinin müxtəlif beynəlxalq səviyyəli olimpiadalarda, bilik və idman yarışlarında müvəffəqiyyət əldə etmiş buraxılış siniflərinin şagirdlərinin imtahanlardan Ardı »
Azərbaycanın orta ümumtəhsil məktəblərində Son zəng
Bu il orta məktəblərdən 104037 şagird məzun olacaq. Azərbaycanın orta ümumtəhsil məktəblərində “son zəng” qeyd olunur. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu il ölkənin orta ümumtəhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 104037 şagird bitirir. Bu göstərici 2007-ci ildə 116812, 2008-ci ildə 117535, ötən il isə 113186 nəfər olub. Ümumtəhsil məktəblərinin XII sinfini başa vuran şagirdlər 2007-ci ildə 524, 2008-ci ildə 311, 2009-cu ildə 637 nəfər olduğu halda, bu il onların sayı 720 nəfər təşkil edir. 2009-2010-cu dərs ilində I sinif şagirdlərinin sayı 118581 nəfər olub. Bu göstərici 2007-ci ildə 117921, 2008-ci ildə isə 119600 nəfər təşkil edib. 2010-2011-ci tədris ilində isə ümumtəhsil məktəblərinin I sinfinə 123844 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. Ardı »
Məktəbdə yenilik
2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində Ultra şirkəti e-Təhsil sisteminin tam istifadəsini təhvil verdi. Sistemin tam hazırlanması üçün neçə aydır ki, hazırlaşan konsorsium şirkətlər e-Təhsil layihəsi üzrə layihənin sistemini tətbiq etdilər. Artıq “Elitar Gimnaziya”-da e-Təhsil sisteminə tam qoşuldu. Bununla yanaşı, e-Təhsil layihəsinə 10 məktəb tam qoşulmuşdur. Elitar Gimnaziyanın müəllim heyəti e-Təhsil sisteminin özəlliklərindən istifadəyə başlayıblar. Ardı »
Müəllimlərimizin göstəriciləri artdı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaranmasından keçən dörd il ərzində şəhərimizin təhsil sistemində davamlı inkişafa yönələn əsaslı dəyişikliklərin, inkişaf yönümlü proqram və layihələrin həyata keçiril-məsi danılmaz faktdır. Təbii ki, bu inkişaf yolunda şərəfli olduğu qədər çox çətin və məsuliyyətli pe-şə sahibləri olan dəyərli müəllimlərimizin əməyi əvəzsizdir. Hazırda Bakı şəhərinin ümumtəhsil məktəblərində 33 min 208 müəllim fəaliyyət göstərir. Onlardan 29 min 559-u qadın, 3649 – u isə kişidir. Bu rəqəm 2006 – 2007 – ci tədris ilində 33 min 689, 2007 – 2008 – ci ildə 33 min 491, 2008 – 2009 – cu tədris ilində isə 33 min 602 nəfər olub. Ardı »
Ümumtəhsil məktəblərində “Son zəng” tədbiri
Mayın 20-də təhsil naziri Misir Mərdanov “Ümumtəhsil məktəblərində “Son zəng” tədbirinin keçirilməsi haqqında” əmr imzalayıb. Əmrə əsasən “Son zəng” tədbiri 31 may 2010-cu il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız təhsil müəssisəsinin ərazisində keçiriləcək. Əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakının təmin edilməsi nəzərdə tutulub. Eyni zamanda əmrdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin Ardı »
Builki buraxılış imtahanlarının keçirilmə tarixləri
Ümumtəhsil məktəblərində orta təhsil pilləsi üzrə buraxılış imtahanları
3 iyun- Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarında;
7 iyun- Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında; Ardı »
“Açıq dərs” yüksək qiymətləndirildi
Bakı şəhərindəki Ələkbər Əliyev adına 204 nömrəli məktəb 1981-ci ildə fəaliyyətə başlayıb. 1176 şagird yerlik məktəbdə hazırda 64 sinifdə 1271 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 165 müəllim məşğul olur. Məktəbdə dərslər müasir metodlarla keçilir. 204 nömrəli orta məktəb 2008-2009-cu tədris ilini yüksək göstəricilərlə başa vurub. 103 məzundan 56-sı ali məktəblərə daxil olub. Məktəbin 13 məzunu 500-dən, 4 məzunu isə 600-dən çox bal toplayıb. Ardı »
Şagirdlərin sayı az olan məktəblərin ləğv edilməsi gözlənilir
Azərbaycanın təhsil naziri Misir Mərdanov şagirdlərinin sayı az olan məktəblərin ləğv edilməsinə tərəfdardır. Hazırda Azərbaycanda doqquz orta məktəbdə 30-dək, 74 məktəbdə 31-dən 50-dək, 323 məktəbdə 51-dən 100-dək şagird təhsil alır. Bu barədə Mərdanov “Məktəb şəbəkələrinin rasionallaşdırılması” mövzusunda kollegiyada bəyan edib. Ardı »
Məktəb şəbəkəsinin rasionallaşdırılması
Kollegiya iclasında ölkəmizdə məktəb şəbəkəsinin təşəkkülü tarixindən söz açan təhsil naziri Misir Mərdanov bildirib ki, ötən əsrin əvvəllərində Azərbaycanda ümumtəhsil məktəblərin sayı barmaqla sayılacaq qədər az olduğu halda, 1920-1930-cu illərdən təhsil müəssisələrinin sayı xeyli artıb. Nazir qeyd edib ki, əvvəlcə ümumi icbari ibtidai təhsilə keçid sayəsində bu proses sürətlənib, sonralar isə hər bir vətəndaşa ümumi icbari təhsil vermək məqsədinə nail olmaq üçün ən xırda yaşayış məntəqələrində belə məktəblər açılıb. Ardı »





