Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

‘qəbul imtahanı’ yarlıqlı göndərişlər

Şərq qəzetinə açıqlamam…

Almaz HəsrətYENİ QƏBUL QAYDASI PROFESSORU DA SEVİNDİRDİ, MÜƏLLİMİ DƏ.
“Dövlət əlindən gələni edir ki, gənci küçədə qalmasın, ali məktəbə daxil olsun”. Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdiri Xanlar Xanlarzadə bu il ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının iki dəfə keçiriləcəyini deyib. Onun sözlərinə görə, qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə cari ilin və ya əvvəlki ilin məzunu olmasından asılı olmayaraq hər iki imtahanda iştirak etmək imkanı verilir: “Yəni abituriyentlərin iki şansı olacaq. Ardı »

Oxunma sayı: 279

Ekspress qəzetinə açıqlamam: “Qəbul imtahanları üç fəndən ibarət olacaq?”

Almaz Həsrət

Almaz Həsrət

“Gələcəkdə ali məktəblərə qəbul imtahanları cəmi 3 fəndən ibarət ola bilər”. Bunu Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN radio”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, hələlik buraxılış imtahanının səviyyəsi, xüsusilə, I və II qruplarda olan riyaziyyat fənnindən olan suallarla buraxılış imtahanında eyni fənlərdən hazırlanan suallar eyni səviyyədə deyil. “Bu səbəbdən də hələ bu prosesin reallaşması mümkün deyil. Biz bununla bağlı iş görürük, bu proses üç il davam edəcək. Biz çalışacağıq ki, gələcəkdə ixtisas qrupları üzrə institut imtahanları üç fəndən ibarət olsun”. Ardı »

Oxunma sayı: 815

“Şərq” qəzetinə müsahibə: Suallar çətin, vaxt isə az verilir

AlmazHasret11 (2)Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət “Şərq”ə söyləyib ki, istənilən müsabiqədən sonra həmişə müəyyən fikirlər yaranır. Amma onları araşdıranda məlum olur ki, 99 faizi yanlışdır: “Burada iki faktora diqqət yetirmək lazımdır. Birincisi, həmin imtahanda iştirak edənlərin sırasında universiteti yenicə bitirənlər də var. Gəlin etiraf edək ki, onlar müəllim olmaq istəyirsə, dəqiqəyə diqqət yetirməli deyil. Çünki bir saat yarıma 60 sualı cavablandırmaq o qədər də çətin deyil. Kimsə ixtisasını, yeni təlim proqramı olan kurrikulumu yaxşı bilmirsə, buna imtahan keçirən təşkilat neyləsin. Ardı »

Oxunma sayı: 1146

4 abituriyent 700 bal topladı

Təbriklər

Təbriklər

Azərbaycanda 4 abituriyent 700 bal topladı. III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 4 abituriyent maksimal nəticə əldə edərək 700 bal toplaylıb. Bu barədə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. Bildirilib ki, imtahan nəticələri bir azda TQDK-nın rəsmi saytına yerləşdiriləcək. Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola biləcəklər. Ardı »

Oxunma sayı: 3529

Doktoranturalara qəbul imtahanları başlayır

Doktorantura

Oktyabrın 22-dən Azərbaycanda Təhsil Nazirliyinin (TN) sisteminə daxil olan ali məktəblər və onların nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin doktoranturalarına qəbul imtahanları başlayacaq. Nazirliyin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova bildirib ki, qəbul imtahanları dekabrın əvvəllərində yekunlaşacaq. İmtahanların tarixlərini hər bir ali təhsil müəssisəsi TN-nin qeyd etdiyi vaxt çərçivəsində müəyyən edəcək. İmtahanlar ixtisas fənni, fəlsəfə və xarici dil üzrə olacaq. Ardı »

Oxunma sayı: 3156

Abituriyentlərin nəzərinə!

TQDK

1) 2012/2013-cü tədris ili üçün ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanları zamanı abituriyentlərə hər ixtisas qrupunda aşağıda göstərilən iki imtahan fənni üzrə 25 tapşırıqdan 5-i açıq tipli test tapşırığı şəklində təqdim olunacaq: Ardı »

Oxunma sayı: 3847

IV qrupun müsabiqə şərtlərində dəyişiklik

TQDK

Ali məktəblərin IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtlərində dəyişiklik edilib. TQDK-nın mətbuat xidmətindən ANN.az-a verilən məlumata görə, bədən tərbiyəsi və idman istiqaməti üzrə dövlət sifarişli ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün tələb olunan bal 150-dən 100-ə, ödənişli ixtisaslarda müsabiqəyə buraxılma balı isə 100-dən 75-ə endirilib.

Qaynaq: TQDK

Oxunma sayı: 2799

İxtisas seçimi avqustun 2-dək davam edəcək

TQDK

İxtisas seçimi iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 3-də 2011-2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb.Nəticələr TQDK-nın internet saytında yerləşdirilib. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.

İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar.  Ardı »

Oxunma sayı: 3500

III qrupun imtahan cavabları açıqlandı

İmtahan

İyulun 3-də ali növbəti dərs ili üçün təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı vermiş abituriyentlər həyəcanla cavabların açıqlanmasını gözləyirdilər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) nəhayət cavabları açıqladı. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Ardı »

Oxunma sayı: 42810

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

20 aprel – 31 may tarixlərində ali təhsil ocaqlarına sənəd qəbulu aparılacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2011-ci tədris ili üçün respublikanın ali məktəblərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun və qəbul imtahanlarının vaxtını elan edib. Bu barədə TQDK sədri Məleykə Abbaszadə məlumat verib. Məleykə Abbaszadə bildirib ki, 20 aprel – 31 may tarixlərində sənəd qəbulu aparılacaq. Sənədlərin təsdiqi isə 27 aprel – 31 may tarixlərində keçiriləcək. Ali məktəblərə qəbul imtahanlarının vaxtı məlum olub. Ardı »

Oxunma sayı: 5644

Bir abituriyenti belə tələbə adını qazanmayan məktəblərin siyahısı

TQDK 2010-2011-ci il üçün qəbul imtahanları ilə bağlı zona müşavirəsi keçirib.  Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Sumqayıt şəhərində 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirib. TQDK-nın mətbuat xidmətinin məlumatına görə, müşavirədə şimal bölgəsi, Abşeron rayonu, Qobustan üzrə ali məktəbə qəbul olunan abituriyentlər, onların balları, heç br abituriyenti ali məktəbə daxil ola bilməyən məktəblərin adları açıqlanıb. Məleykə Abbaszadə bildirib ki, Sumqayıt şəhərinin orta ümumtəhsil məktəblərini 2010-cu ildə 3595 şagird bitirib və onların 3418 nəfəri attestat alıb. Ardı »

Oxunma sayı: 5190

Təhsil Nazirliyindən yeni təklif

Misir Mərdanov jurnalistlərə açıqlama verib. Təhsil Nazirliyi paytaxtdan kənar ali təhsil müəssisələrinə qəbul ballarının Bakıdakı ali məktəblərlə müqayisədə aşağı salınması təklifi ilə çıxış edib. Bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov məlumat verib. Nazir ali məktəblərin ödənişli ixtisaslarına qəbul olunan məcburi köçkün tələbələrin ödənişdən azad olunduqlarını da xatırladaraq “biz istəyirik ki, bunun üçün büdcədə kompensasiya nəzərdə tutulsun” deyib. Ardı »

Oxunma sayı: 3309

TQDK tərəfindən «Zoologiya» vəsaiti çap olunub

TQDK qəbul imtahanına hazırlaşan abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün yeni bir vəsait – «Zoologiya» kitabını çap etmişdir. Vəsait ali təhsil müəssisələrinə qəbul imtahanı proqramına, ümumtəhsil məktəblərinin dərslik və dərs proqramlarına uyğun olaraq tərtib edilmişdir. Vəsaitin bəzi bölmələri məktəb proqramının daha yaxşı mənimsənilməsi üçün nəzərə çarpacaq dərəcədə genişləndirilmiş və dərinləşdirilmişdir. Ardı »

Oxunma sayı: 5804

Yanvarın 23-də keçiriləcək sınaq imtahanına yazılış

Xəbər verildiyi kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il yanvarın 23-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə və ilk dəfə tətbiq ediləcək açıq testlərə abituriyentlərin cavablarını təhlil etmək üçün Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində sınaq imtahanları keçirir. Ardı »

Oxunma sayı: 4157

Bu günə qədər 115 855 abituriyent sənəd verib

Bu gün 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizələrinin qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Milli.Az xəbər portalına daxil olan məlumata görə, qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 20-dən iyunun 1-dək internet vasitəsilə elektron ərizə doldurub və aprelin 30-dan iyunun 1-dək müvafiq sənəd qəbulu komissiyasına tələb olunan sənədləri təqdim etməklə ərziələrini təsdiq ediblər. Ardı »

Oxunma sayı: 3478
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters