‘qəbul imtahanı’ yarlıqlı göndərişlər
Bu günə qədər 115 855 abituriyent sənəd verib
Bu gün 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizələrinin qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Milli.Az xəbər portalına daxil olan məlumata görə, qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 20-dən iyunun 1-dək internet vasitəsilə elektron ərizə doldurub və aprelin 30-dan iyunun 1-dək müvafiq sənəd qəbulu komissiyasına tələb olunan sənədləri təqdim etməklə ərziələrini təsdiq ediblər. Ardı »
Builki buraxılış imtahanlarının keçirilmə tarixləri
Ümumtəhsil məktəblərində orta təhsil pilləsi üzrə buraxılış imtahanları
3 iyun- Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarında;
7 iyun- Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında; Ardı »
TQDK Azərbaycanın 26 şəhərində sınaq imtahanı keçirib
TQDK aprelin 18-də Azərbaycanın 26 şəhərində sınaq imtahanı keçirib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 18-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçirib.
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, bu imtahanda iştirak etmək üçün 30994 abituriyent qeydiyyatdan keçib.
İmtahan Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Ardı »
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanların vaxtı
Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına sənəd vermək istəyən abituriyentlərin nəzərinə!
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə Seçmə tur və qabiliyyət imtahanlarına qeydiyyat 30 aprel tarixindən 31 may 2010-cu il tarixinədək keçiriləcək. Abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün elektron ərizələrini ümumi qaydada təsdiq etdikdən sonra Seçmə turun keçirilməsi və qeydiyyatın aparılması məqsədi ilə müvafiq təhsil müəssisələrində yaradılmış Ardı »
TQDK qəbul imtahanlarının keçiriləcəyi tarixləri elan etmişdir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının günləri təyin edilib. Aşağıdakı cədvəldə qeyd olunan imtahanlar və onlarla əlaqədar tədbirlərin ilkin planı təqdim olunur:
Sınaq imtahanları 11, 18, 25 aprel, 16, 23, 30 may, 6 iyun
Türkiyə Respublikasının ali təhsil müəssisələrinə sənəd qəbulu 5-17 aprel Ardı »
Oxunma sayı: 386TQDK-nın rəsmi internet saytı yenilənib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytının yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilmişdir. Dizayn, quruluş və məzmun baxımından müasir tələblərə cavab verən yeni sayt Komissiyanın fəaliyyətinin ayrı-ayrı istiqəmətlərinin geniş ictimaiyyətə operativ çatdırılmasını, qəbul imtahanları ilə bağlı hərtərəfli məlumatların cəmləşdirilməsini təmin edir. Sayt 11 əsas bölmədən ibarətdir – Komissiya haqqında ümumi məlumatlar bölümü, bakalavr pilləsinə qəbul, Ardı »
2009-cu ilin test sualları müəllimlər üçün də çətin oldu
Ölkənin ən tanınmış məktəblərinin yüksək titullu müəllimləri test suallarını nəzərdə tutulan vaxtda həll edə bilmədilər. Ötən il ali məktəblərə keçirilmiş qəbul imtahanlarındakı test tapşırıqlarının çətin olması barədə fikirlər ictimaiyyət arasında hələ də birmənalı qarşılanmır. Əksər mütəxəssislər, təhsil işçiləri, o cümlədən də bilavasitə məktəb proqramları ilə işləyən müəllimlər ötənilki qəbul imtahanlarına salınmış test suallarının əvvəlki illərlə müqayisədə azı 2 dəfə çətin olduğunu desələr də, həmin testləri tərtib edənlər sualların çətinlik dərəcəsinin artırılmadığı, əksinə, abituriyentlərin hazırlıq səviyyəsinin aşağı düşdüyü qənaətindədirlər. Ardı »
Qəbul imtahanı Gəncədə də keçiriləcək
Azərbaycanda ali məktəblərə birinci ixtisas qrupu üzrə qəbul imtahanları Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr qərbdə) də keçiriləcək. Trend News-un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Azərbaycanda indiyə kimi qəbul imtahanları Bakı, Sumqayıt və Naxçıvan şəhərlərində keçirilib.
Qaynaq: Trend.az
Oxunma sayı: 127850 məktəbin məzunu tələbə ola bilməyib!
Məzunların 33 faizə qədəri ali məktəbə qəbul olmaq üçün daha 10 il hazırlaşmalıdır
“2009-cu ildə ali məktəblərə qəbul imtahanlarında iştirak edən 107 min abituriyentin 39,2 faizi 0-100 bal arasında nəticə göstərib. Bu, o deməkdir ki, həmin abituriyentlərin heç biri həmin nəticələrlə ali təhsil ala bilməz. Amma biz məcburuq ki, 50-100 bal arasında nəticə göstərmiş 2,6 faiz abituriyenti də ali məktəblərə qəbul edək. Belə olmamalıdır, ali təhsil almaq istəyən insan 50 bal toplayıbsa, gələcəkdə heç idman müəllimi də işləyə bilməz. Ardı »
Oxunma sayı: 159Azərbaycanda ali məktəblərə qəbul qaydaları bu ay elan ediləcək
“Ali məktəblərə qəbul qaydalarında ciddi dəyişikliyin olacağı gözlənilmir”. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.
O deyib ki, “Təhsil haqqında” qanun qəbul edildikdən sonra Azərbaycan Nazirlər Kabineti qanunun icrası ilə bağlı xüsusi normativ sənədlər qəbul etməlidir: “Biz gözləyirik bu sənədlər qəbul edilsin. Ondan sonra TQDK bu ay ərzində ali məktəblərə qəbul qaydalarını elan edəcək”. Ardı »
Oxunma sayı: 145TQDK sədri: “Çalışacağıq ki, bu il müəyyən regionlarda da qəbul imtahanlarını keçirək”
“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) regional bölmələri təəssüflər olsun ki, hələ işçi heyəti ilə tam komplektləşdirilməyib. Regional bölmələrdə işləyən işçilər dövlət qulluqçuları sayıldığından onlar dövlət qulluğu ilə bağlı imtahan verməlidirlər”. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, hələlik regional bölmələrdə çalışan işçilər müqavilə əsasında fəaliyyət göstərirlər: “Mən regionda işləyən müəllimlərə və gənclərə müraciət edirəm. Ardı »
2010-2011-cu tədris ili üçün qəbul qaydaları
2010-2011-cu tədris ili üçün qəbul qaydaları gələn ilin yanvar ayında açıqlanacaq
“2010-2011-ci tədris ili üçün qəbul qaydaları gələn ilin yanvar ayında açıqlanacaq”. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, prezidentin fərmanına əsasən ali məktəblərə qəbul qadalarının hazırlanması icra orqanı kimi TQDK-ya tapşırılıb: “Yaxın zamanlarda Azərbaycan Nazirlər Kabinetinin qaydaları da çap olunmalıdır. Ardı »
Oxunma sayı: 210




