‘qiyabi təhsil’ yarlıqlı göndərişlər

Azadinform.az-a açıqlamam: Qiyabi təhsil lazımdırmı? – Əmək bazarında yaranan problem və çətinliklər

Almaz Həsrət

Ali təhsil müəssisələrində təhsilalma formaları əyani və qiyabi olmaqla iki cür müəyyən edilir. Tələbələrin əksəriyyəti əyani təhsil formasına üstünlük verir, lakin buna baxmayaraq qiyabi təhsili seçənlər heç də azlıq təşkil etmir.
Qiyabi təhsil tələbələrə oxumaqla yanaşı hər hansı bir sahədə işləməyə də şərait yaradır. Bu səbəbdən qiyabi təhsil formasına bu gün ölkəmizdə tələbat hələ də davam etməkdədir. Amma qiyabi təhsil forması əyanidən asan görünsə də burada tələbənin üzərinə yük daha çox düşür. Belə ki, əyani təhsil alan tələbələrin bir sessiya üçün 4-5 aya keçdiyi dərs qiyabilərə 1 aya tədris olunur. Bu da təbii olaraq tələbənin materialı tapmağına, mənimsəməsinə və imtahan nəticələrinin yaxşı olmağına çətinlik yaradır. Ardı »

Oxunma sayı: 309

Qiyabi təhsil birdəfəlik ləğv olunur

Şəmsəddin Hacıyev

Şəmsəddin Hacıyev

Azərbaycanda ali təhsil müəssisələrində qiyabi təhsil üzrə qəbul 2015-ci ildən dayandırılacaq. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib. Komitə sədri qeyd edib ki, bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək və o vaxta kimi qiyabi təhsil tədricən distant (məsafədən təhsil) təhsillə əvəz olunacaq: “Çünki bütün dünyada belə qəbul olunub. Ardı »

Oxunma sayı: 3128

Qiyabi təhsil ləğv olunsun?

Astan Şahverdiyev

Astan Şahverdiyev

Deputat: “Başa düşə bilmirəm ki, bu təşəbbüsü irəli sürənlər özlərini necə təhsil eksperti adlandırırlar?!”. “Təhsilin müasirləşdiyi və elektron formaya keçdiyi bir dövrdə qiyabi təhsilin ləğvi ilə bağlı müzakirələrin gündəmə gəlməsi yersizdir. Nəzərə almaq lazımdır ki, qiyabi təhsil distansion təhsilin bir növüdür və tələbələrin qarşısında geniş imkanlar açır”. Bu sözləri  Milli Məclisin deputatı, professor Astan Şahverdiyev söyləyib. Ardı »

Oxunma sayı: 2577
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters