Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

‘qiymətləndirmə’ yarlıqlı göndərişlər

Orta məktəblərin buraxılış imtahanlarında qiymətləndirmə QAYDALARI dəyişdirildi

qiymətləndirmə

Azərbaycanda biliyin yekun qiymətləndirilməsinin (attestasiya) imtahanlarının həyata keçirilməsinin müvəqqəti qaydalarında dəyişikliklər edilib. Bu barəaə TQDK-dan məlumat verilib. Mayın 2-də TQDK tərəfindən Komissiyanın 2012-ci il 10 may   tarixli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin  yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”nda dəyişikliklər olunub. Ardı »

Oxunma sayı: 8081

Təhsil Nazirliyi qiymətləndirmə sistemini təkmilləşdirəcək

qiymətləndirmə

Təhsil Nazirliyi müəllimlərin işini asanlaşdırmaq üçün məktəbdaxili qiymətləndirmə sistemdə yeni təkmilləşmələr edəcək. Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva məlumat verib. O bildirib ki, hazırda orta məktəblərdə tətbiq edilən yeni qiymətləndirmənin özü bir yenilikdir. Şöbə müdirinin sözlərinə görə, zaman keçdikcə məktəbdaxili qiymətləndirmə sistemində yeniliklər ediləcək və proses daha da təkmilləşdiriləcək: Ardı »

Oxunma sayı: 3879

Müəllimlər yenə sınağa çəkiləcək

Müəllimlik

Azərbaycanda müəllimlərin fəaliyyətinin monitorinqinin keçirilməsi nəzərdə tutulur. Təhsil Nazirliyinin Qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Təranə Hacıyeva bildirib ki, monitorinqin məqsədi yeni məktəbdaxili qiymətləndirmənin bütün məktəblərdə eyni səviyyədə aparılıb-aparılmadığını, müəllimlərin təlim, daha çox isə qiymətləndirmə strategiyasını öyrənməkdir. Ardı »

Oxunma sayı: 4544

“Orta ixtisas təhsilinin dövlət standartı və proqramı”nda dəyişikliklər edilib

Nazirlər kabineti

Azərbaycan Nazirlər Kabineti (NK) “Orta ixtisas təhsilinin dövlət standartı və proqramı”nda dəyişikliklər edib. NK-dan verilən məlumata görə, dəyişikliyə əsasən, tələbələrin biliyinin attestasiya qaydaları, o cümlədən yekun attestasiyanın aparılması qaydaları Azərbaycan Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Pedaqoji prosesin təşkili, tədris planlarının hazırlanması və təsdiqi orta ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir. Ardı »

Oxunma sayı: 3109

Ali və orta məktəb tələbələrinin biliyini Nazirlər Kabineti müəyyənləşdirəcək

Nazirlər kabineti

Azərbaycan Nazirlər Kabineti bəzi sənədlərə dəyişikliklər edib. Nazirlər Kabinetindən cümə günü Trend-ə verilən məlumata görə, Azərbaycanda ümumtəhsil məktəbində təhsilverənlərin və təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının keçirilməsi qaydalarını müəyyənləşdirmək səlahiyyətləri yalnız Azərbaycan Nazirlər Kabinetinə aid olacaq. Ardı »

Oxunma sayı: 2240

Azərbaycanda qiymətləndirmə konsepsiyasında dəyişiklik

Nazirlər kabineti

Azərbaycanda ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyasında dəyişiklik edilib. Azərbaycan Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə Konsepsiyası”nda dəyişiklik edib. Ardı »

Oxunma sayı: 2620

Təhsil Nazirliyi yekun attestasiya imtahanlarının hansı formatda keçirilməsi məsələsinə aydınlıq gətirib

Təhsil nazirliyi

Azərbaycan Təhsil Nazirliyi ümumtəhsil sistemində yekun attestasiya imtahanlarının hansı formatda, nə vaxt və harada keçirilməsi barədə qərarın verilməsi səlahiyyətinin Təhsil Nazirliyindən alınaraq TQDK-ya verilməsi məsələsinə aydınlıq gətirib. Yeni dəyişikliyi şərh edən Təhsil Nazirliyinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva Trend-ə deyib ki, konsepsiyada qeyd edilən yekun imtahanların hansı formatda, necə və nə vaxt keçirilməsi səlahiyyəti TQDK-ya verildiyinə görə bu imtahanların keçirilməsi barədə qərarı da həmin qurum verməlidir. Ardı »

Oxunma sayı: 4770

Qiymətləndirmə səviyyələri

Təhsil Nazirliyinin binası

Oxu, riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə səviyyələri.
Oxu
1b səviyyə. Bu səviyyəyə cavab verən şagirdlər mövzu və forma baxımından tanış, sadə cümlələrdən ibarət qısa mətndən heç olmasa, tələb olunan bir informasiyanı tapmağa müvəffəq olur. Bu zaman verilmiş illüstra­si­yalar və təkrarlar şagirdə əlavə material kimi kömək edir. Mətn əsasında verilən suallarda fikir ziddiyyətli olmur, şərh etmək üçün bir-birinə yaxın cümlələrdəki məlumatlar əlaqələndirilir. Ardı »

Oxunma sayı: 5037

Azərbaycan təhsil sistemində qiymətləndirmə siyasəti

Təhsil Nazirliyinin binası

Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, təhsil cəmiyyətdə siyasi və sosial-iqtisadi sabitliyin təmin edilməsində, insan kapitalının formalaşmasında həlledici rol oynayır. Yüksək təhsilli insanlar cəmiyyətdə qarşılıqlı etibarın güclənməsini, sivil və etik normalara riayət olunmasını təmin edir, həyatda daha doğru, ədalətli, sağlam və konstruktiv mövqe nümayiş etdirir, təhsil səviyyəsi aşağı olan insanlar isə bir çox hallarda asanlıqla ayrı-ayrı qrup maraqlarının alətinə çevrilə bilirlər. Ardı »

Oxunma sayı: 5646

Qiymətləndirmə barədə

Qiymətləndirmə...

Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin qiymətləndi­ril­məsi üçün dəqiq qiymətləndirmə standartlarının olması, şagird nəticələrinin obyektiv qiymətləndirilməsi, müasir qiymətləndirmə metodlarından istifadəyə geniş yer verilməsi, qiymət­lən­dirmə nəticələrinin təhlilinin, müvafiq hesabatların aparılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan Respublikasının təhsil sistemində son illər həyata keçiril­məyə başlanmış islahatlar sayəsində müəyyən uğurlu nəticələr əldə edilib.  Ardı »

Oxunma sayı: 4587

Təhsildə qiymətləndirmə siyasəti

Təhsildə qiymətləndirmə siyasəti: islahatlar müsbət nəticələr vəd edir. Azərbaycanın ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün dəqiq qiymətləndirmə standartlarının olması, şagird nəticələrinin obyektiv qiymətləndirilməsi, müasir qiymətləndirmə metodlarından istifadəyə geniş yer verilməsi, qiymətləndirmə nəticələrinin təhlilinin, müvafiq hesabatların aparılması mühüm əhəmiyyət kəsb edir. Ardı »

Oxunma sayı: 5190

Resursların qeydiyyatı başa çatmaq üzrədir

Elektron Təhsil Respublika müsabiqəsinin Təşkilat Komitəsi bildirir ki, Müsabiqəyə təqdim edilən resursların qeydiyyatı prosesi 21 may 2010-cu il tarixdə saat 17-də başa çatır. 22 may 2010-cu il tarixdən etibarən qeydiyyatdan keçən resursların 2-ci mərhələ üzrə qiymətləndirilməsi prosesi başlayacaq . Bu mərhələdə Münsiflər heyəti və TK-nın formalaşdırdığı ekspertlər tərəfindən resursların ilkin qiymətləndirilməsi aparılacaq. İlkin qiymətləndirmədə resurslara yazılan şərhlərdən də istifadə edilə bilər . İlkin qiymətləndirmənin yekunu olaraq hər bir Nominasiya üzrə Nominantlar müəyyən ediləcək. Ardı »

Oxunma sayı: 3469

“Şagird naliyyətlərinin monitorinqi və qiymətləndirilməsi” mövzusunda ümumrespublika seminarı keçirilmişdir

29 mart 2010-cu il tarixdə Kurikulum Mərkəzində “Şagird naliyyətlərinin monitorinqi və qiymətləndirilməsi” mövzusuna həsr olunmuş ümumrespublika seminarı keçirildi. Seminarı giriş sözü ilə TPİ-nin direktoru, akademik Abdulla Mehrabov açaraq Respublikamızda həyata keçirilən təhsil siyasətdən danışdı və keçirilən tədbirin həmin siyasətin əsas istiqamətləndən olan şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsinə həsr olunduğunu qeyd etdi. Daha sonra məruzə üçün sözü Kurikulum Mərkəzinin koordinatoru, pedaqoji elmlər namizədi İlham Cavadova verdi. Ardı »

Oxunma sayı: 3590

Azərbaycanda elektron təhsil resurslarının qiymətləndirilməsi üzrə Şura yaradılıb

Azərbaycanda Təhsil Nazirliyi nəzdində elektron təhsil resurslarının qiymətləndirilməsi üzrə Şura yaradılıb. Şuranın birinci iclasında onun fəaliyyət istiqamətləri müzakirə olunmuşdur.

Elektron təhsil resurslarının beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, onların təhsil portalında yerləşdirilməsi və daha effektiv tətbiqi, 2008-2012-­ci il­lər­də Azər­bay­can Res­pub­li­ka­sın­da təh­sil sisteminin in­for­ma­si­ya­laş­dı­rıl­ma­sı üz­rə Döv­lət Proq­ra­mı çərçivəsində yaradılmış elektron təhsil resurslarının qiymətləndirilməsi Şuranın əsəs məqsədidir. Ardı »

Oxunma sayı: 4174

İmtahanın gedişinə bir neçə imtahan rəhbəri nəzarət edəcək

Monitorinq və qiymətləndirmə şöbəsi yoxlama imtahanının keçirilməsinə, demək olar ki, hazırdır.

Bu günədək artıq imtahanlara hazırlıqla bağlı zəruri olan bütün tədbirlər həyata keçirilib, ayrı-ayrı şəhər və rayonlarda şagirdlər, müəllimlər və valideynlər arasında təlimati işlər aparılıb, şagird bazası dəqiqləşdirilib, imtahan mərkəzləri müəyyənləşdirilib, şagirdlərin adlı siyahısı yerlərə göndərilib, onların kodu haqqında məlumat verilib və s. 2009-2010-cu dərs ilində əsas və orta təhsil kursu üzrə imtahanların keçirilməsi məqsədilə respublika ərazisində 299 imtahan mərkəzi yaradılıb. Ardı »

Oxunma sayı: 3559
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters