Get Adobe Flash player

‘şagird’ yarlıqlı göndərişlər

Ümumtəhsil məktəblərinin buraxılış imtahanlarının qaydaları

Azərbaycanda ümumtəhsil məktəblərində iyunun 3-dən etibarən keçiriləcək buraxılış imtahanlarında IX sinif şagirdləri iki, XI sinif şagirdləri isə səkkiz fənn üzrə imtahan verəcək. Bu barədə çərşənbə axşamı ümumtəhsil məktəblərində buraxılış imtahanlarına hazırlıqla bağlı keçirilən iclas zamanı təhsil naziri Misir Mərdanov bildirib. Mərdanov nəzərə çatdırıb ki, XI sinif şagirdləri üç, IX sinif şagirdləri isə bir saat 30 dəqiqə ərzində imtahan verəcəklər. Nazir Respublika fənn olimpiadalarında I yer tutmuş, həmçinin müxtəlif beynəlxalq səviyyəli olimpiadalarda, bilik və idman yarışlarında müvəffəqiyyət əldə etmiş buraxılış siniflərinin şagirdlərinin imtahanlardan Ardı »

Oxunma sayı: 138

Şagirdlərin sayı az olan məktəblərin ləğv edilməsi gözlənilir

Azərbaycanın təhsil naziri Misir Mərdanov şagirdlərinin sayı az olan məktəblərin ləğv edilməsinə tərəfdardır. Hazırda Azərbaycanda doqquz orta məktəbdə 30-dək, 74 məktəbdə 31-dən 50-dək, 323 məktəbdə 51-dən 100-dək şagird təhsil alır. Bu barədə Mərdanov “Məktəb şəbəkələrinin rasionallaşdırılması” mövzusunda kollegiyada bəyan edib.  Ardı »

Oxunma sayı: 116

Təhsil Nazirliyinin “Qaynar xətt” xidməti

Təhsil Nazirliyi

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) cari ilin mart ayında 356 müraciət daxil olub. Qəbul edilən müraciətlərin 311-i telefonla, 45-i elektron poçt vasitəsilə göndərilib. Daşıdığı informasiyanın əhəmiyyətindən və mövzusundan asılı olmayaraq bütün müraciətlər dinlənilib, qeydə alınıb. Xüsusi araşdırma tələb edən müraciətlər aidiyyəti qurumlara göndərilərək müvafiq araşdırılmalar aparılıb, ünvanlı müraciətlər yazılı şəkildə cavablandırılıb. Müraciətlərin böyük əksəriyyəti anonimdir. Müraciətlərdə sorğuların sayı daha çoxdur. Bu isə cari ilin fevral-mart ayları ərzində ümumtəhsil məktəblərinin IX-XI siniflərində mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama imtahanları,  Ardı »

Oxunma sayı: 119

“Ətraf mühit və biz” mövzusunda olimpiada başlanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010 – cu ilin “Ekologiya ili” elan edilməsi Bakı şəhərində yerləşən təhsil müəssisələrində silsilə tədbirlərin keçirilməsi ilə müşayiət olunur. Xəbər verdiyimiz kimi, məhz bu məqsədlə Bakı məktəbliləri arasında “Ətraf mühit və biz” mövzusunda olimpiada təşkil olunub. Qeyd edək ki, olimpiada şagirdlərin ekoloji biliklərinin artırıl-ması, onlarda təbiətə və ətraf mühitə sağlam münasibətin formalaşdırılması, intellektual və yaradıcı qabiliyyətlərin inkişaf etdirilməsi, o cümlədən ekologiyanın dərindən öyrənilməsində maraqlı olan şa-girdlərin müəyyənləşdirilməsi və həvəsləndirilməsi məqsədi daşıyır. Ardı »

Oxunma sayı: 189

Təhsil Nazirliyinin TİMS – məlumat bazası

Bakının orta məktəblərinin XI sinif şagirdləri ilə bağlı məlumatlar Təhsil Nazirliyinin TİMS – məlumat bazasında yerləşdirilib. 2009-2010-cu tədris ilində Bakı şəhərinin ümumtəhsil müəssisələrində təhsil alan XI sinif şagirdlərinin siyahısı fotoşəkilləri ilə birlikdə Təhsil Nazirliyinin TİMS – məlumat bazasında yerləşdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, artıq baza üçün hazırlanan məlumatlar nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsinə təqdim edilib.
Xatırladaq ki, Bakının XI sinif şagirdləri fevral ayının 27-də mərkəzləşdirilmiş sınaq imtahanlarında iştirak ediblər. Ardı »

Oxunma sayı: 265

“Şagird naliyyətlərinin monitorinqi və qiymətləndirilməsi” mövzusunda ümumrespublika seminarı keçirilmişdir

29 mart 2010-cu il tarixdə Kurikulum Mərkəzində “Şagird naliyyətlərinin monitorinqi və qiymətləndirilməsi” mövzusuna həsr olunmuş ümumrespublika seminarı keçirildi. Seminarı giriş sözü ilə TPİ-nin direktoru, akademik Abdulla Mehrabov açaraq Respublikamızda həyata keçirilən təhsil siyasətdən danışdı və keçirilən tədbirin həmin siyasətin əsas istiqamətləndən olan şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsinə həsr olunduğunu qeyd etdi. Daha sonra məruzə üçün sözü Kurikulum Mərkəzinin koordinatoru, pedaqoji elmlər namizədi İlham Cavadova verdi. Ardı »

Oxunma sayı: 103

Azərbaycanın 11-ci sinif şagirdlərindən cəmi 78,6%-i orta təhsil haqqında attestat alıb

Ötən il Azərbaycanın 11-ci sinif şagirdlərindən cəmi 78,6%-i orta təhsil haqqında attestat alıb. Nazirlər Kabinetinin Azərbaycan Parlamentinə təqdim etdiyi 2009-cu ilin hesabatında da bildirilir ki, ötən il ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərindən 96 646 nəfəri (97 faiz) mərkəzləşdirilmiş buraxılış imtahanlarında iştirak edib və onlardan 78 321 nəfəri imtahanları müvəffəqiyyətlə verərək orta təhsil haqqında attestat alıb. Ardı »

Oxunma sayı: 185

27-28 fevral 2010-cu il tarixlərində IX və XI siniflər üzrə keçirilmiş yoxlama imtahanının nəticələri

27-28 fevral 2010-cu il tarixlərində IX və XI siniflər üzrə keçrilmiş yoxlama imtahanının nəticələri
Hörmətli şagirdlər yoxlama imtahanının nəticələrini buradan əldə edə bilərsiniz:

yoxlama imtahanının nəticələri


Qaynaq: Təhsil Nazirliyi

Oxunma sayı: 566

Sınaq imtahanları yaxınlaşır

İlk olaraq onbirincilər biliklərini sınayacaqlar.
Fevral ayının 27-də XI, 28-də isə IX siniflər üçün sınaq imtahanları keçiriləcək. Artıq sınaqların keçirilməsi üçün rayonlar üzrə məktəblər, imtahan mərkəzləri müəyyənləşib. XI siniflərdə hər otaqda 18, IX siniflərdə isə 24 şagird yerləşdiriləcək.

Şagirdlərin imtahan verəcəkləri 8 fənn isə Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənləridir. Bununla yanaşı, nəzarətçilərin də siyahısı artıq müəyyənləşib. Ardı »

Oxunma sayı: 366

Mərkəzləşdirilmiş imtahanlar təhsili proqnozlaşdıracaq

Təhsil Nazirliyinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyevanın dediyinə görə, mərkəzləşdirilmiş şəkildə buraxılış imtahanları birinci dəfə 2005-2006-cı tədris ilində keçirilmişdir və imtahanlarda 172 məktəbdən 5011 şagird iştirak etmişdir.

“Artıq 2006-2007-ci tədri ilində 11866 şagird mərkəzləşdirilmiş imtahandan keçmiş və onlardan 10865-i (91,56 %) müsbət qiymət almışdır. Keçən il respublikanın bütün orta məktəbləri (Naxçıvan istisna olmaqla) və peşə liseyləri, eksternat üsulu ilə təhsil verən müəssisələr mərkəzləşdirilmiş imtahanların keçirilməsi üçün müraciət ediblər. Ardı »

Oxunma sayı: 209

İmtahanın gedişinə bir neçə imtahan rəhbəri nəzarət edəcək

Monitorinq və qiymətləndirmə şöbəsi yoxlama imtahanının keçirilməsinə, demək olar ki, hazırdır.

Bu günədək artıq imtahanlara hazırlıqla bağlı zəruri olan bütün tədbirlər həyata keçirilib, ayrı-ayrı şəhər və rayonlarda şagirdlər, müəllimlər və valideynlər arasında təlimati işlər aparılıb, şagird bazası dəqiqləşdirilib, imtahan mərkəzləri müəyyənləşdirilib, şagirdlərin adlı siyahısı yerlərə göndərilib, onların kodu haqqında məlumat verilib və s. 2009-2010-cu dərs ilində əsas və orta təhsil kursu üzrə imtahanların keçirilməsi məqsədilə respublika ərazisində 299 imtahan mərkəzi yaradılıb. Ardı »

Oxunma sayı: 141

Bakıda keçirilən Beynəlxalq Elm Olimpiadasının birinci turu başa çatıb

intellekt oyunBakıda, 258 məktəblinin iştirak etdiyi Beynəlxalq Elm Olimpiadasının birinci turu başa çatıb.

Həmin mərhələdə, iştirakçı ölkələrdən olan şagirdlər üç saat ərzində, biologiya, kimya və fizika üzrə test tapşırıqlarını yerinə yetiriblər.

“Dekabrın altısında Olimpiadanın ikinci turu təşkil ediləcək və iştirakçılar nəzəriyyədən imtahan verəcəklər. Dekabrın 8-də isə eksperimental tapşırıqlar formasında axırıncı tur təşkil olunacaq “, – idarədən deyilib. Ardı »

Oxunma sayı: 162

Orta məktəblərdə fənn olimpiadası başlandı

olimpiadaÜmumtəhsil məktəblərində fənn olimpiadası başlanmışdır

Ümumtəhsil məktəblərində fənn olimpiadası başlanmışdır. Ardı »

Oxunma sayı: 144
Ən yaxşı müəllim
Banner
Sizi xoş gördük, uşaqlar!
Arı bal toplayır
Video dərslər
Təhsil Müsabiqəsi
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010 Участник Всероссийского интернет-педсовета-2010
Sayğac








free counters