‘şagirdlər’ yarlıqlı göndərişlər
Bakı şəhər ümumtəhsil məktəbləri şagirdlərinin yaradıcılığına həsr olunmuş konfrans

Aprelin 10-da 1 nömrəli orta məktəbdə «Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında» mövzusunda Bakı şəhər ümumtəhsil məktəbləri şagirdlərinin yaradıcılığına həsr olunmuş konfrans keçirilib. Tədbirdə təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, respublikanın tanınmış alim və pedaqoqları, paytaxtın orta məktəb şagirdləri iştirak ediblər. Konfransı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva açaraq ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cü illər)»nın icrası ilə əlaqədar təhsil müəssisələrində silsilə tədbirlərin həyata keçirildiyini söyləyib. Ardı »
Oxunma sayı: 91Fənn olimpiadalarının yekun turu keçirildi
Təhsil Nazirliyinin 22 fevral 2010-cu il tarixli əmrinə müvafiq olaraq martın 17-18-də Bakı şəhərində fənn olimpiadalarının yekun turu keçirildi. Kimya və biologiya fənləri üzrə bilik yarışlarına gələnlər ənənəvi olaraq Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseydə öz biliklərini sınayırdılar. Burada olimpiadaya lazımi hazırlıq işləri görülmüşdü. Liseyin dördmərtəbəli əsas tədris korpusunun II mərtəbəsi biologiyadan, III mərtəbəsi isə kimyadan yarışanların ixtiyarına verilmişdi. Ardı »
Olimpiadada Bakını 200-ə yaxın şagird təmsil edəcək
Hər il istedadlı şagirdləri aşkara çıxartmaq məqsədilə fənn olimpiadaları təşkil olunur. Respublika fənn olimpiadasına hazırlıq məqsədilə 3 mərhələdən ibarət yarışmada məktəblilər iştirak ediblər. Bakı məktəb və şəhər mərhələlərini artıq geridə qoyub. Yanvar ayının 10-da keçirilən Bilik yarışının şəhər turunun II mərhələsində 1068 şagird iştirak edib. İştirakçı şagirdlər arasında yalnız BŞTİ-nin deyil, Təhsil Nazirliyinin tabeçiliyində olan özəl məktəb və liseylərin şagirdləri də vardı. Fənn olimpiadasının həmin turundan 200-ə yaxın şagird yüksək nəticələr əldə edərək növbəti tura vəsiqə qazanıb. Qeyd edək ki, şagirdlər məktəblilərin fənn olimpiadasının respublika turunda yeddi fənn üzrə yarışacaqlar. Ardı »
Fənn olimpiadasının şəhər turu yekunlaşdı
Respublika fənn olimpiadasına hazırlığın sonuncu mərhələsi artıq yekunlaşıb. Yanvarın 10-da Bakının 3 təhsil müəssisəsində məktəblilərin fənn olimpiadasının şəhər mərhələsinin ikinci turu keçirilib. Qeyd edək ki, BŞTİ-nin müdiri Nailə Rzaquliyevanın imzaladığı əmrə əsasən şəhər mərhələsinin I turunun qaliblərinin siyahısı da təsdiq edilib. Bu siyahıya coğrafiya və xarici dil fənləri üzrə VI – XI, digər fənlər üzrə isə VII – VIII siniflərdə oxuyan və I turdan qalib ayrılmış şagirdlərin adları salınıb.
Həmçinin II turda iştirak etmək hüququ qazanan IX – XI sinif şagirdlərinin də siyahısı müəyyənləşdirilərək yerlərə bu barədə məlumat verilib. Ardı »
Mərkəzləşmiş buraxılış imtahanlarında yeni qaydalar tətbiq ediləcək
Orta məktəblərdə mərkəzləşdirilmiş buraxılış imtahanları ilə bağlı ötən ilki qaydalarda bəzi dəyişikliklər olacaq. Bu barədə təhsil naziri Misir Mərdanov bildirib. Nazir deyib ki, həmin yeniliklər yaxın vaxtlarda Ədliyyə Nazirliyində qeydiyyatdan keçəcək. Onun sözlərinə görə, dərs ilinin sonunda həm IX, həm də XI sinif şagirdləri şəhadətnamə və attestat almaq üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları verəcəklər. Bu barədə dərs ilinin əvvəlində bütün ümumtəhsil məktəblərinə və şagirdlərə elan verilib. Ardı »
30-a yaxın veb-sayt süzgəcdən keçirilir
Təhsil sistemi çərçivəsində 30-a yaxın kateqoriya üzrə veb-saytalar filtrasiyadan keçirilir. Bu haqda qərar “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində məzmunun təhlükəsizliyinin təmin olunması üçün yaradılmış Təhsil Nazirliyində İnternetdən istifadə məsələləri üzrə Şura tərəfindən qəbul edilib.
Şagirdlərin və tələbələrin psixikasını və mənəviyyatını qorumaq, onları yetişən nəslin sağlam formalaşaması üçün zərərli olan informasiyalardan istifadəsini məhdudlaşdırmaq üçün Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində Websense proqramı tətbiq edilir. Ardı »
Oxunma sayı: 117Məktəblərdə dərs prosesi bərpa olunub
Dezinfeksiya edilmiş təhsil müəssisələri yuyulduqdan sonra yenidən müəllimlərin və şagirdlərin ixtiyarına verilib
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ötən həftənin şənbə və bazar günləri Bakı, Sumqayıt və Gəncə şəhərlərinin orta ümumtəhsil müəssisələrində həyata keçirdiyi dezinfeksiya işlərini başa çatdırıb. Hazırda ölkənin bütün məktəbləri adi qaydada işini davam etdirir. Ardı »
Oxunma sayı: 85Bakıda orta məktəbdə qorxulu xəstəlik
2-ci sinif şagirdinin vəba xəstəliyinin daşıyıcısı olduğu üzə çıxıb
Paytaxt məktəblərindən birində vəba xəstəliyi aşkarlanıb. Ardı »
Oxunma sayı: 171Bakıda məktəblər 2 günlüyə bağlanır
Donuz qripi ilə əlaqədar şənbə və bazar günləri paytaxtdakı bütün məktəblər dezinfeksiya olunacaq
Bu həftənin şənbə və bazar günləri Bakıdakı bütün ümumtəhsil məktəbləri bağlı olacaq. Həmin günlər paytaxtın sanitar orqanları “donuz qirpi”nə qarşı məktəblərdə dezinfeksiya işləri aparacaq. Ardı »
Oxunma sayı: 121




