Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button
Get Adobe Flash player

‘Təhsil haqqında qanun’ yarlıqlı göndərişlər

Təhsil Nazirliyində müşavirə keçirilib

Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov cari ilin yanvarında nazirliyin bütün struktur bölmələrinin 2010-cu ildə gördüyü işlərə dair hesabatlarının dinlənildiyini və bu tədbirlərin qarşıda duran vəzifələrin yerinə yetirilməsində mühüm əhəmiyyəti olacağını bildirib. Sonra Misir Mərdanov “Təhsil Nazirliyinin struktur bölmələrinin 2010-cu ildə görülmüş işlərlə bağlı hesabatlarının yekunlarına dair ” təqdimat-məruzə ilə çıxış edib. Ardı »

Oxunma sayı: 1912

Azərbaycanda bu il 115 min 852 abituriyent test imtahanlarından keçəcək

Azərbaycanda bu il 115 min 852 abituriyent test imtahanlarında iştirak edəcək, – Trend-in məlumatına görə, cümə günü keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib. “Birinci ixtisas qrupu üzrə 37 157, ikinci qrup üzrə 28 883, üçüncü qrup üzrə 32 697, dördüncü qrup üzrə isə 16 116 abituriyent tələbə adı uğrunda mübarizə aparacaq”, – Abbaszadə deyib. Ardı »

Oxunma sayı: 2721

Nazirlər Kabineti Azərbaycanın təhsil sistemində dövlət standartlarını təsdiq edib

Azərbaycanın Nazirlər Kabineti orta ixtisas, ilk peşə və ali təhsil proqramlarını və dövlət standartlarını təsdiq edib. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir. Dövlət standartları və proqramlar “Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin fərmanının icra edilməsi məqsədilə qəbul olunub. Dövlət standartları ilk peşə-ixtisas təhsilinin məzmununu; ilk peşə-ixtisas təhsilinin idarə olunmasını; ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazasını; Ardı »

Oxunma sayı: 2288

Misir Mərdanov: “Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının qaliblərinin ali məktəblərə imtahansız qəbul olunacağı ilə bağlı konkret qərar yoxdur”

Misir Mərdanov“Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının qaliblərinin ali məktəblərə imtahansız qəbul olunacağı ilə bağlı konkret qərar yoxdur”. Bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası qaliblərinin ali məktəblərə imtahansız qəbul olunması üçün Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır: “Təhsil haqqında” qanunda olimpiada qaliblərinin ali məktəblərə imtahansız qəbulu nəzərdə tutulsa da, Nazirlər Kabineti hələlik müvafiq qaydaları hazırlamayıb. Ardı »

Oxunma sayı: 1758

Milli Məclisin komitə sədri: “Olimpiada qaliblərinin ali məktəblərə imtahandan kənar qəbulu qaydaları hazırlanacaq”

olimpiada“Təhsil haqqında” qanunun icrası ilə bağlı dövlət başçısı tərəfindən xüsusi sərəncam imzalanıb. Yeni qanuna uyğun olaraq, olimpiada qaliblərinin ali məktəblərə imtahandan kənar qəbul edilməsinin qaydaları hazırlanacaq. Bununla bağlı Nazirlər Kabinetinə 3 ay vaxt verilib. Qanun qüvvəyə minən gündən oradakı bütün maddələr reallaşmaq üçün tam hüquqi əsaslara malik olacaq”. Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev gələn il ali məktəblərə keçiriləcək qəbul imtahanlarında olimpiada qaliblərinə güzəşt edilib-edilməyəcəyi məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hazırda Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi üzərində də iş gedir: “Payız sessiyası dövründə bu qanunun qəbul ediləcəyini deyə bilmərəm. Amma bu qanunu artıq birinci oxunuşa çıxarmaq iddiasındayıq. Hazırda gündəlikdə olan məsələ “Elm siyasəti haqqında” qanun layihəsidir. Yaxın günlərdə layihəni komitədə müzakirəyə çıxaracağıq”. Ardı »

Oxunma sayı: 2204

Yeni qanun layihəsində testdən kənar qəbul nəzərdə tutulur

Almaz müəllimə şagirdlərləNövbəti təhsil ilindən orta məktəblərdə medal alanlar, beynəlxalq olimpiadaların və beynəlxalq yarışların qalibləri ali məktəbə birbaşa – yəni testdən kənar qəbul oluna bilərlər. Magistr hazırlığının təşkili və qəbulu məsələləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilə bilər. Bu, «Təhsil haqqında» qanun layihəsində nəzərdə tutulub. Ardı »

Oxunma sayı: 2208
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
MDB alimləri
Vikipediya
Vikipediyada səhifə
Centersot
www.centersot.org
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010
Участник Всероссийского интернет-педсовета-2010
Video dərslər
Sayğac










free counters