Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

‘Təhsil naziri’ yarlıqlı göndərişlər

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun müsahibəsi

Mikayil Cabbarov

Mikayil Cabbarov

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
Mikayıl müəllim, aprel ayında sizin nazir kimi fəaliyyətinizin 1 ili tamam olacaq. Bu müddət ərzində qarşıya qoyduğunuz hansı məqsədlərə nail ola bilmisiniz? Qarşıdakı illərdə təhsilin inkişafı sahəsində daha hansı vacib tədbirlərin həyata keçirilməsi gözlənilir?
– Bu müddət ərzində ən başlıca məqsədləri müəyyənləşdirmişik və onlar “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda öz əksini tapıb. İstənilən problemin həlli üçün məsələnin düzgün qoyuluşu lazımdır. Ardı »

Oxunma sayı: 3009

Kurikulum Mərkəzində Respublika müəllimlərinin görüşü

05.01.2014

05.01.2014

2014-cü il yanvar ayının ilk həftəsində növbəti dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzində “Yeni təlim proqramı (kurikulumlar): Respublikamızın məktəblərində işin təşkili, reallıqlar, perspektivlər” mövzusunda elmi-praktik konfransın reallaşdırılması üçün görüş keçirilib. Görüşdə təhsil nazirinin müşaviri Ağababa İbrahimov, TPİ-nin direktoru Qulu Novruzovdirektor müavini, Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasov, Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə II Layihənin əlaqələndirmə Qrupunun məsləhətçisi Almaz Həsrət, Kurikulum Mərkəzinin şöbə müdirləri iştirak edib. Ardı »

Oxunma sayı: 5783

Orta məktəb müəllimlərinə xəbərdarlıq

Təhsil naziri Mikayıl Cabbarov

Təhsil naziri Mikayıl Cabbarov

Mikayıl Cabbarovdan pul yığan müəllimlərə xəbərdarlıq. Təhsil Nazirliyi orta məktəblərdə Yeni il şənliklərinin keçirilməsi üçün pul yığan müəllimləri cəzalandıracaq. Nazirliyin mətbuat xidməti Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Yeni ilin gəlişi ilə bağlı məktəblərdə şənliklərin keçirilməsi üçün pul yığılması qanunsuzdur. “Orta məktəblərdə yeni il şənliklərinin təşkili üçün qanunsuz pul yığımı birmənalı şəkildə qadağandır. Ümumi təhsil müəssisələrində, ümumiyyətlə, hər hansı bir məqsəd üçün pul yığılması qəti qadağan olunub. Ardı »

Oxunma sayı: 2076

Orta məktəblərdə ödənişli dərs keçiləcək

Təhsil Naziri Mikayıl Cabbarov

Təhsil Naziri Mikayıl Cabbarov

“Artıq orta məktəblərdə ixtisaslaşdırılmış ödəniş sisteminin tətbiqi barədə düşünmək lazımdır”. Bunu təhsil naziri Mikayıl Cabbarov tələbələrlə görüşündə deyib. Nazir bildirib ki, müəllim işləyən hər bir insanı stimullaşdıraraq, bu peşəni seçənləri həvəsləndirməliyik. Buna görə də, dövlət tərəfindən öz peşəsini sevən və sevməyən müəllimlərə verilən əməkhaqlarında fərq olmalıdır: “Müəllimlərin daimi peşəkar inkişafını təmin edən mexanizmlərin tətbiq olunması sahəsində dövlət tərəfindən addımlar elə formada atılmalıdır ki, müəllimlər peşə ixtisaslarının artırılmasında özləri maraqlı olsunlar və gündəlik fəaliyyətlərində bunu tətbiq edə bilsinlər. Bütün bu və digər problemlər Təhsil Nazirliyi tərəfindən düşünülür”.

Ardı »

Oxunma sayı: 2884

Dərslər sentyabrın 15-dən başlanmalıdır

Almaz Həsrət

Almaz Həsrət

“İsti havada sərinkeşi olmayan bir auditoriyada oturmaq mümkünsüzdür”.
Təhsil naziri Mikayıl Cabbarov bu il Azərbaycanda yeni tədris ilinin sentyabrın 16-da başlayacağına dair qərarın birmənalı olduğunu deyib. Məktəblilərin tətil müddətindən də söz açan nazir 3 ay yarım yay tətilinin şagirdlərin istirahəti üçün çox uzun müddət olduğunu vurğulayıb: “Beynəlxalq təcrübədə yay tətilləri uzun olduqda uşaqların bilik səviyyələrinin məktəbə gələrkən xeyli aşağı düşdüyünü göstərir. Ardı »

Oxunma sayı: 2777

Mikayıl Cabbarov yeni müşavir təyin etdi

Mikayıl Cabbarov Təhsil naziri

Mikayıl Cabbarov Təhsil naziri

Təhsil nazirliyində yeni kadr təyinatları aparılıb. Təhsil nazirinin müvafiq əmrinə əsasən Elxan Hüseynov təhsil nazirinin müşaviri, Rəcəb Səttarov Təhsil Nazirliyi Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

Elxan Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika–riyaziyyat fakültəsini bitiribr. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmiş, 1994-cü ildə dosent elmi adı almışdir. Ardı »

Oxunma sayı: 2232

Təhsil Nazirliyində daha bir dəyişiklik

Mikayıl Cabbarov

Təhsil Nazirliyinin Akkreditasiya şöbəsini müdiri Həbib Zərbəliyev tutduğu vəzifədən azad olunub. Həbib Zərbəliyev APA-ya faktı təsdiqləyib və 3-4 gün əvvəl təhsil naziri Mikayıl Cabbarovun əmri ilə tutduğu vəzifədən azad olunduğunu deyib: “Yeni nazir bizimlə işləmək istəmədi. Akkreditasiya şöbəsi ilə monitorinq və qeydiyyat şöbəsi birləşdirilərək yeni şöbə yaradıldı. Bundan sonra isə bizim orda çalışmağımıza ehtiyac olmadı”. Ardı »

Oxunma sayı: 2563

Təhsil Nazirliyinin aparatında struktur dəyişiklikləri aparılıb

Mikayıl Cabbarov

Nazirliyin saytının verdiyi xəbərə görə, Təhsil Nazirliyinin aparatının struktur bölgüsünün səmərəlilik və funksionallıq prinsipləri əsasında müəyyənləşdirilməsi, bölmələrin fəaliyyətində paralelliyinin aradan qaldırılması və bununla bağlı idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə Nazirliyin aparatının Akkreditasiya şöbəsi və Monitorinq və qiymətləndirmə şöbəsi ləğv edilərək əvəzində Lisenziyalaşdırma və təhsilin keyfiyyətinə nəzarət şöbəsi yaradılıb. Ardı »

Oxunma sayı: 2775

Yeni nazir KİV-ə müraciət etdi…

Mikayıl Cabbarov

Təhsil Nazirliyi kütləvi informasiya vasitələri nümayəndələrinə müraciət edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən lent.az-a verilən məlumata görə, Təhsil Nazirliyi KİV-lə daha səmərəli münasibətlərin qurulması üçün yeni siyasət formalaşdırır. Bu siyasət nazirliyin media ilə əlaqələrinin daha açıq, şəffaf və operativ qurulmasına xidmət edəcək. Bütün bunlar Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın yaradılması imkanlarını artıracaq. Ardı »

Oxunma sayı: 2709

Misir Mərdanov TQDK-ya cavab verdi

“Həmin dərsliklərin ləğvi barədə fikir söyləmək düzgün deyil”. Təhsil naziri Misir Mərdanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ekspert Şurasının 1-ci və 3-cü sinif dərslikləri ilə bağlı rəyinə münasibət bildirib. Lent.az-ın verdiyi məlumata görə, Misir Mərdanov deyib ki, dərslikləri təsdiq və ləğv etmək səlahiyyəti hansı quruma verilibsə, həmin qurum da bu barədə qərar verə bilər.  Misir Mərdanov bildirib ki, həmin qurum Təhsil Nazirliyidir. Ardı »

Oxunma sayı: 2890

Təhsil Nazirliyi TQDK-ya cavab verdi

Misir Mərdanov Təhsil naziri

Azərbaycan Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin “İlin ən yaxşı məktəbi” və “İlin ən yaxşı müəllimi” müsabiqələrinin keçirilməsi ilə bağlı mətbuatda dərc olunmuş fikirlərinə cavab verib. Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, TQDK sədri Məleykə Abbaszadə bu müsabiqələrin düzgün keçirilmədiyini bildirir və bunu ali məktəblərə qəbul imtahanlarında məzunları yüksək bal toplayan orta məktəblərin “İlin ən yaxşı məktəbi” müsabiqəsində yer tutmaması ilə əlaqələndirir. Ardı »

Oxunma sayı: 3453

Nazir zona müşavirəsində iştirak edib

Təhsil naziri Misir Mərdanov

Gədəbəy rayonunda Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Daşkəsən və Şəmkir rayonları təhsil işçilərinin iştirakı ilə zona müşavirəsi keçirilib. Tədbirdə təhsil naziri Misir Mərdanov, Gədəbəy rayon İcra Hakimiyyətini başçısı Ramiz Yediyarov, adıçəkilən rayonların təhsil şöbə müdirləri, məktəb direktorları və digər şəxslər iştirak ediblər.  Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov Azərbaycanın təhsil sistemində aparılan islahatlardan, prezident İlham Əliyevin bu sahənin inkişafı üçün həyata keçirdiyi tədbirlər nəticəsində qazanılan uğurlardan danışıb. Ardı »

Oxunma sayı: 3187

Pedaqoji kadrların diplomları ilə bağlı əmr

Misir Mərdanov Təhsil naziri

Vaxtilə mövcud təlimati sənədlərinin tələblərinə zidd olaraq özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədləri bir daha araşdırılacaq. Təhsil Nazirliyindən Gün.Az-a verilən məlumata görə, nazir Misir Mərdanov bununla bağlı nazirliyin aidiyyəti strukturlarına tapşırıqlar verib. Əmrə görə, ötən illər ərzində təhsil sənədi almış bu kateqoriyadan olan pedaqoji işçilərin diplomları araşdırılacaq. Həmçinin nazir bu günədək təhsil sənədi olmayanlarla əmək müqaviləsinin ləğvinin təmin edilməsi ilə bağlı da göstərişlər verib. Ardı »

Oxunma sayı: 3729

Misir Mərdanov Məleykə Abbaszadəyə cavab verdi: “Bu məsələni şouya çevirmək lazım deyil”

Misir Mərdanov Təhsil naziri

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin orta məktəb dərsliklərində səhvlərin olması barədə iddiasına təhsil naziri Misir Mərdanov cavab verib. Jurnalistlərə açıqlamasında nazir deyib ki, məsələni şouya çevirmək lazım deyil. Onun sözlərinə görə, nazirliyin dərslikləri qiymətləndirən şurası var və həmin qurumun qeydiyyatından keçməyən və qrif verilməyən dərsliklərdən istifadəni düzgün hesab etmir. Misir Mərdanov dərsliklərdəki səhvlər barədə işi bilən adamlar, mütəxəssislər danışmalıdır- söyləyir. Ardı »

Oxunma sayı: 3510

Təhsil Nazirliyi müəllimlərin dərs yükünün artırılması üçün hökumətə müraciət edib

Təhsil Nazirliyi

24 saat dərs yükü olan müəllimlərə 12 saat da əvəzçiliklə işləməyə icazə verilə bilər. Azərbaycanın Təhsil Nazirliyi müəllimlər üçün mövcud dərs yükünün artırılması təklifi ilə çıxış edib.APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bu gün Təhsil Nazirliyində keçirilən kollegiya iclasında bildirib ki, Nazirlər Kabinetinin mövcud qərarına əsasən, müəllimlər 24 saatdan çox dərs yükünə malik ola bilməzlər: “Dərs yükü elə bir şey deyil ki, onu kəsib atasan. Biz Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə məktubla müraciət etmişik ki, 24 saat dərs yükü olan müəllimlərə 12 saat da əvəzçiliklə işləməyə icazə verilsin”. Ardı »

Oxunma sayı: 3601
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters