‘Təhsil Problemləri İnstitutu’ yarlıqlı göndərişlər

Təhsil Problemləri İnstitutunda Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş

AIBNoyabrın 17-də Təhsil Problemləri İnstitutunda Asiya İnkişaf Bankının (AİB) təhsil məsələləri üzrə nümayəndəsi ilə görüş keçirilib. İnstitutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov görüş iştirakçılarını salamlayaraq AİB-in Mərkəzi və Qərbi Asiya şöbəsinin baş təhsil mütəxəssisi Cazira Asanova və AİB-in Azərbaycanda daimi nümayəndəliyinin iqtisadçısı Nail Vəliyevi institutlarında görməsindən məmnun olduğunu bildirib. Görüşdə Cazira Asanova 12 illik təhsil sisteminə keçid də daxil olmaqla təhsil sektorunun inkişafı üzrə milli strategiya və fəaliyyət planları barədə söhbət açıb. Ardı »

Oxunma sayı: 1383

Təhsil Problemləri İnstitutunun yeni nəşri

TPİ-nin vəsaiti

TPİ-nin vəsaiti

Təhsil Problemləri İnstitutunun bu günlərdə hazırladığı “Müasir təhsilin aktual sosial-psixoloji problemləri” adlı monoqrafiyası oxucuların ixtiyarına verilib. Respublikamızda baş verən dəyişikliklər, qloballaşma, inkişaf etmiş dünya dövlətlərinə inteqrasiya, cəmiyyətin həyatının humanistləşdirilmə və demokratikləşdirilməsi, azad bazar iqtisadiyyatının tələblərindən irəli gələn yeni düşüncəli, rəqabətəqabil, çevik təfəkkürə malik, risk etməyi bacaran şəxsiyyətlərin formalaşdırılmasını tələb edir.  Ardı »

Oxunma sayı: 1901

Təhsil Problemləri İnstitutunda işçi qrupu ilə görüş keçirilib

TPİ-də görüş

TPİ-də görüş

Noyabrın 7-də Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda məktəbəqədər təhsilin kurikulumu üzrə işçi qrupunun görüşü keçirildi. İnstitutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov görüş iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasında məktəbəqədər təhsil sisteminin əhəmiyyəti və bu sahədə aparılan islahatların əsas məzmunu barədə məlumat verdi. Görüşə qatılan işçi qrupunun tərkibində Təhsil Nazirliyi məktəbəqədər və ümumi təhsil şöbəsinin məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva, Ardı »

Oxunma sayı: 1684

Azərbaycan müəllimi qəzeti: Təhsil Problemləri İnstitutu dünya təhsil ekspertlərinın marağında

Moskva ICDE 2014  beynəlxalq konfrans

Moskva ICDE 2014 beynəlxalq konfrans

25-26 sentyabr 2014-cü il tarixlərində Rusiyanın Moskva şəhərində Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universitetinin təşkilatçılığı ilə “Sərhədsiz dünya: açıq, distant, elektron təhsil – Moskva ICDE 2014” adlı beynəlxalq konfrans keçirilib.  Konfransda ölkəmizi Təhsil Nazirliyi TSİİ-nin Elektron və veb məzmunun inkişafı şöbəsinin müdiri Namiq Zeynalov və bu mötəbər elmi məclisə spiker kimi dəvət olunan Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri, respublikanın əməkdar müəllimi Almaz Həsrət təmsil ediblər. Ardı »

Oxunma sayı: 2573

Heydər Əliyev 91: Beynəlxalq elmi-praktik konfrans

Lamiyə Hacımuradova və Almaz Həsrət

Lamiyə Hacımuradova və Almaz Həsrət

6-7 may 2014-cü il tarixdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu və «DYMO/Mimio» (ABŞ) şirkətinin Azərbaycandakı Rəsmi Nümayəndəliyi – “Smart Technologies” şirkəti ümumimilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “İnteraktiv texnologiyalar və müasir təhsil – 2014” beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözu ilə açan institutun direktoru Qulu Novruzov Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlət quruculuğu və təhsilinin inkişafında gördüyü xidmətləri barədə ətraflı çıxış etmişdir. Ardı »

Oxunma sayı: 2183

Keyfiyyət axtarırıqsa, biz seçimə getməliyik”

Şagirdlərimiz

Təhsil naziri Misir Mərdanov Təhsil Problemləri İnstitutunun müsabiqədən keçməyən bəzi uşaqların lisey-məktəblərin birinci sinfinə qəbul edilməsi barədə təklifinə münasibət bildirib. Nazir bildirib ki, təklif yaxşıdır, amma bunun mexanizmi düşünməlidir: “Təhsil xidməti yüksək olan məktəbləri biz lisey-məktəbləri statusu veririk. O lisey-məktəblərə seçilən uşaqlar qəbul olunur. Ardı »

Oxunma sayı: 2747

İbtidai sinif müəllimlərinin nəzərinə!

İbtidai sinif müəllimi

Təhsil Problemləri İnstitutu Təhsil Nazirliyinə orta məktəblərin ibtidai siniflərində bütün dərslərin bir müəllim tərəfindən keçilməsini və bununla əlaqədar ibtidai sinif müəllimi işləmək istəyənlər üçün işə qəbul qaydalarının dəyişdirilməsini təklif edib. Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov cümə günü Trend-ə bildirib ki, nazirliyin sifarişi ilə Azərbaycanda ibtidai siniflərdə dərslərin neçə müəllim tərəfindən keçilməsinin effektivliyi araşdırılıb. Ardı »

Oxunma sayı: 8381

Kurikulum mərkəzində ümumrespublika seminarı keçiriləcəkdir

“Şəxsiyyət bütövlüyünün formalaşdırılması məsələləri” mövzusunda ümumrespublika seminarı keçiriləcək.
27 may 2010-cu il tarixdə saat 15:00 – da Təhsil Problemləri İnstitutunun II korpusunda (A.Cəlilov küç. 22, akt zalında) “Şəxsiyyət bütövlüyünün formalaşdırılması məsələləri” mövzusunda ümumrespublika seminarı keçiriləcəkdir. Ardı »

Oxunma sayı: 3200

Kurikulum mərkəzində ümumrespublika seminarı

24 fevral 2010-cu il tarixdə Təhsil Problemləri İnstitutunda “Təlim prosesi: ənənəvi və müasir yanaşmalar” mövzusunda ümumrespublika seminarı keçirildi. Tədbiri giriş sözü ilə Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov açaraq seminarın “Təlim prosesi: ənənəvi və müasir yanaşmalar” mövzusuna həsr olunduğunu bildirdi. Və məruzə üçün sözü TPİ-nin elmi katibi prof. Akif Abbasova verdi.  Prof. Akif Abbasov təlim anlayışı, onun mahiyyəti, məzmunu, təlim prosesi nədir, ənənəvi və fəal təlimin xüsusiyyətləri, təlimin əsas təşkilat forması olan dərs və onun funksiyaları,  Ardı »

Oxunma sayı: 4633

Yeni fənn kurikulumlarının tətbiqinə dair respublika seminarı

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu bu ilin yanvarından başlayaraq ayda bir dəfə ölkənin təhsil sistemində aparılan islahatlara həsr olunmuş respublika seminarı keçirməyi nəzərdə tutub. Seminarlarda məqsəd islahat çərçivəsində ümumi təhsilin məzmununun yeniləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə, xüsusən də institutun Kurikulum Mərkəzində fənn kurikulumlarının hazırlanması Ardı »

Oxunma sayı: 3690

Kurikulumda elan

Elan: “Yeni fənn kurikulumlarının tətbiqi: problemlər, vəzifələr” mövzusunda ümumrespublika seminarı

Təhsil Problemləri İnstitutunun II korpusunda (A.Cəlilov küçəsi, 22, akt zalında) hər ayın sonuncu həftəsinin V günü, saat 15.00-da “Yeni fənn kurikulumlarının tətbiqi: problemlər, vəzifələr” mövzusunda ümumrespublika seminarı keçiriləcəkdir. Təhsil mütəxəssisləri, müəllimlər, dərslik müəllifləri, media işçiləri və digər maraqlananlar iştirak edə bilərlər.

Əlaqə telefonları: 490-51-56; 490 -27 -23. Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutu

Oxunma sayı: 3842
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters