‘tələbə’ yarlıqlı göndərişlər

Azadinform.az-a açıqlamam: Qiyabi təhsil lazımdırmı? – Əmək bazarında yaranan problem və çətinliklər

Almaz Həsrət

Ali təhsil müəssisələrində təhsilalma formaları əyani və qiyabi olmaqla iki cür müəyyən edilir. Tələbələrin əksəriyyəti əyani təhsil formasına üstünlük verir, lakin buna baxmayaraq qiyabi təhsili seçənlər heç də azlıq təşkil etmir.
Qiyabi təhsil tələbələrə oxumaqla yanaşı hər hansı bir sahədə işləməyə də şərait yaradır. Bu səbəbdən qiyabi təhsil formasına bu gün ölkəmizdə tələbat hələ də davam etməkdədir. Amma qiyabi təhsil forması əyanidən asan görünsə də burada tələbənin üzərinə yük daha çox düşür. Belə ki, əyani təhsil alan tələbələrin bir sessiya üçün 4-5 aya keçdiyi dərs qiyabilərə 1 aya tədris olunur. Bu da təbii olaraq tələbənin materialı tapmağına, mənimsəməsinə və imtahan nəticələrinin yaxşı olmağına çətinlik yaradır. Ardı »

Oxunma sayı: 252

Bu balla ali məktəblərə qəbul dayandırılmalıdır

Almaz Həsrət

Almaz Həsrət

Əməkdar müəllim Almaz Həsrət: “Arxivdə qalan sualı imtahana salmaq olmaz. Bu uşaq neyləsin? Belə olan halda nəticələr aşağı olur”
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il də keçid ballarını aşağı salıb. Getdikcə küt və savadsız tələbə ordusuna geniş meydan verilir. Bunun ölkə təhsilinə hansı uğur və effekti vəd edəcəyini söyləmək elə də çətin deyil. Çünki ballar o səviyyəyə endirilib ki, orta məktəblərin buraxılış imtahanlarında qeyri-kafi qiymət alanlar da ali təhsil ocaqlarına asanlıqla qəbul olunacaqlar. Ardı »

Oxunma sayı: 3474

Qiyabi təhsil birdəfəlik ləğv olunur

Şəmsəddin Hacıyev

Şəmsəddin Hacıyev

Azərbaycanda ali təhsil müəssisələrində qiyabi təhsil üzrə qəbul 2015-ci ildən dayandırılacaq. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib. Komitə sədri qeyd edib ki, bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək və o vaxta kimi qiyabi təhsil tədricən distant (məsafədən təhsil) təhsillə əvəz olunacaq: “Çünki bütün dünyada belə qəbul olunub. Ardı »

Oxunma sayı: 3043

Müəllimin etik davranış standartları

Etik davranışlı müəllim

Etik davranışlı müəllim

Azərbaycan Respublikası Təhsil Nazirliyi Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiya Hüquq təşəbbüsü (“ABA CEELİ”) təşkilatının Təhsil Nazirliyinin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupu ilə birgə əməkdaşlığı çərçivəsində hazırlanmış TƏHSİL PROSESİ İŞTİRAKÇILARI ÜÇÜN ETİK STANDARTLAR MODELİ: Ardı »

Oxunma sayı: 3471

Tələbələr təhsil ödənişindən azad olunur

Milli məclis

Azərbaycanda valideynini itirmiş tələbələr təhsil ödənişindən azad olunur. Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, dövlət və özəl təhsil müəssisələrində ödənişli təhsil alan uşaqların təhsil haqqı dövlət hesabına ödəniləcək. Milli Məclisin Sosial siyasət komitəsinin çərşənbə axşamı keçirilən iclasında bununla bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Ardı »

Oxunma sayı: 5316

Təhsil krediti Azərbaycanda niyə yoxdur?

Təhsil krediti…

– Bu gün Azərbaycanda hər üç tələbədən ikisi ödənişli təhsil alır. Nəzərə alsaq ki, orta təhsil haqqı ildə 2000-2500 manatdır, tələb olunan məbləğ nə əhalinin gəlirlərinə, nə də orta aylıq əməkhaqqının məbləğinə uyğun gəlmir. Bir müddət öncə, dünyada geniş yayılan kredit hesabına təhsil praktikasının- Azərbaycanda tətbiqi məsələsi gündəmə gəlsə də, hələlik bu yöndə müzakirələr yarımçıq qalıb. Yeri gəlmişkən, Azərbaycan 2005-ci ildə Bolonya sisteminə qoşulub. Ardı »

Oxunma sayı: 2729

Boloniya sisteminə keçmişik, amma…

Boloniya sistemi

2005-ci ilin may ayının 19-da Norveçin Berqen şəhərində Ali təhsili inkişaf etdirmək məqsədilə bir addım atıldı. Azərbaycan Boloniya prosesinə qoşuldu. Bu sistemin əsas məqsədilərinə “Avropa Ali təhsil məkanı” yaratmaq və təhsilin keyfiyyətini yüksəltmək daxildir. Bəs görəsən Boloniya sistemi Azərbaycanda necə tətbiq olunur? Araşdırmaya müxtəlif universitetlərin tələbələrilə söhbətdən başladıq. Bakı Dövlət Universitetində təhsil alan İlkin Həsənov bildirir ki, Azərbaycan Boloniya prosesinə qoşulsa da hələ də bir çox çatışmazlıqlar var. Ardı »

Oxunma sayı: 2894

“Çoxları inanmırdı ki, mən 700 bal toplayaram”

Xavər Feyzullayeva

Xavər Feyzullayeva: “Bu uğurum oxuduğum məktəbin yox, Araz kursunun nailiyyətidir”. Ali məktəblərə qəbul imtahanları zamanı ilk dəfə 700 bal 2008-ci ildə toplanılıb. Bu il isə yalnız I qrup üzrə 4 abituriyent test kitabçasındakı 125 sualın hamısına düzgün cavab verərək maksimum nəticə göstərə bilib. Keçən həftə belə abituriyentlərdən birini sizə təqdim etmişdik. Bugünkü həmsöhbətimiz daha bir rekorda imza atan abituriyent, 299 saylı orta məktəbin məzunu Xavər Feyzullayevadır. O, söhbətə əvvəlcə özü haqqında məlumat verməklə başladı: Ardı »

Oxunma sayı: 12567

Tələbələr güzəşt kartlarından istifadə edəcəklər

Güzəşt kartları

Azərbaycanda tələbələrə bir sıra xidmətlərə güzəşt imkanı verəcək güzəşt kartları paylanacaq. Bunu cümə günü Trend-ə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev bildirib. Şöbə müdirinin sözlərinə görə, hazırda “Azərbaycan tələbə kartı”nın hazırlanması üzrə işlər aparılır. Onun sözlərinə görə, kartlar kitabxanalarda, nəqliyyat vasitələrində və digər iaşə obyektlərində tələbələrə güzəştlərin tətbiq olunması üçün nəzərdə tutulur. Hacıyev güzəşt kartlarının gələn ilə kimi hazırlanacağını qeyd edib. Ardı »

Oxunma sayı: 2594

IV qrupun nəticələri açıqlandı

İmtahan

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə iyulun 16-da keçirilmiş qəbul imtahanının nəticələrini bu gün açıqlayıb. Nəticələr TQDK-nın internet saytında yerləşdirilib. (burada – http://www.tqdk.gov.az/ali2011net/). İmtahan nəticələri barədə məlumatı həmçinin Azercell və Bakcell nömrələrindən mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir. Ardı »

Oxunma sayı: 9026

TQDK IV qrupun düzgün cavablarını açıqladı

IV qrup imtahanı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 16-da 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. TQDK-dan Modern.az-a verilən məlumata görə, imtahanda istifadə olunmuş sualların düzgün cavabları qurumin internet saytında yerləşdirilib (burada – http://tqdk.gov.az/). Ardı »

Oxunma sayı: 11192

Bir abituriyenti belə tələbə adını qazanmayan məktəblərin siyahısı

TQDK 2010-2011-ci il üçün qəbul imtahanları ilə bağlı zona müşavirəsi keçirib.  Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Sumqayıt şəhərində 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirib. TQDK-nın mətbuat xidmətinin məlumatına görə, müşavirədə şimal bölgəsi, Abşeron rayonu, Qobustan üzrə ali məktəbə qəbul olunan abituriyentlər, onların balları, heç br abituriyenti ali məktəbə daxil ola bilməyən məktəblərin adları açıqlanıb. Məleykə Abbaszadə bildirib ki, Sumqayıt şəhərinin orta ümumtəhsil məktəblərini 2010-cu ildə 3595 şagird bitirib və onların 3418 nəfəri attestat alıb. Ardı »

Oxunma sayı: 5312

Azərbaycanın orta ümumtəhsil məktəblərində Son zəng

Bu il orta məktəblərdən 104037 şagird məzun olacaq. Azərbaycanın orta ümumtəhsil məktəblərində “son zəng” qeyd olunur. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu il ölkənin orta ümumtəhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 104037 şagird bitirir. Bu göstərici 2007-ci ildə 116812, 2008-ci ildə 117535, ötən il isə 113186 nəfər olub. Ümumtəhsil məktəblərinin XII sinfini başa vuran şagirdlər 2007-ci ildə 524, 2008-ci ildə 311, 2009-cu ildə 637 nəfər olduğu halda, bu il onların sayı 720 nəfər təşkil edir. 2009-2010-cu dərs ilində I sinif şagirdlərinin sayı 118581 nəfər olub. Bu göstərici 2007-ci ildə 117921, 2008-ci ildə isə 119600 nəfər təşkil edib. 2010-2011-ci tədris ilində isə ümumtəhsil məktəblərinin I sinfinə 123844 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. Ardı »

Oxunma sayı: 4323

TQDK-nın rəsmi internet saytı yenilənib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytının yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilmişdir. Dizayn, quruluş və məzmun baxımından müasir tələblərə cavab verən yeni sayt Komissiyanın fəaliyyətinin ayrı-ayrı istiqəmətlərinin geniş ictimaiyyətə operativ çatdırılmasını, qəbul imtahanları ilə bağlı hərtərəfli məlumatların cəmləşdirilməsini təmin edir. Sayt 11 əsas bölmədən ibarətdir – Komissiya haqqında ümumi məlumatlar bölümü, bakalavr pilləsinə qəbul, Ardı »

Oxunma sayı: 20910

Tələbələrimiz dünyanın 84 ölkəsində təcrübə keçəcəklər

Azərbaycan Tələbələr Birliyi (ATB) texniki təcrübə üçün tələbə mübadiləsi üzrə Beynəlxalq Assosiasiyanın (IAESTE) tamhüquqlu üzvü olub.
Assosiasiyaya üzv olmaq azərbaycanlı tələbələrə bu ildən etibarən dünyanın 84 ölkəsinin universitet və biznes strukturlarında təcrübə keçmək imkanı verir. Bu barədə Birliyin mətbuat xidmətindən deyilib. Bu, azərbaycanlı tələbələrə Assosiasiyanın üzv ölkələri tərəfindən tanınan sertifikat əldə etməyə imkan verəcək. Ardı »

Oxunma sayı: 3742
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters