‘Təhsil naziri’ yarlıqlı göndərişlər
İranla diplom qalmaqalına Misir Mərdanovdan sərt reaksiya
“İran səhiyyə nazirinin müavininin Azərbaycan Tibb Universitetinin (ATU) diplomlarını tanımaması ilə bağlı açıqlamasını mətbuatdan oxumuşam. Bununla bağlı ATU-nun rektoru Əhliman Əmiraslanovla da danışmışam. Onun dediyinə görə, bir müddət bundan əvvəl İranın səhiyyə naziri burada olub, geri qayıdandan sonra bu məsələni qaldırıblar. Bu məsələnin detallarından mənim xəbərim yoxdur. Ancaq biz də marağında deyilik ki, İrandan çoxlu sayda tələbə gəlib burada oxusun”. Ardı »
Təhsil Nazirliyinin TİMS – məlumat bazası
Bakının orta məktəblərinin XI sinif şagirdləri ilə bağlı məlumatlar Təhsil Nazirliyinin TİMS – məlumat bazasında yerləşdirilib. 2009-2010-cu tədris ilində Bakı şəhərinin ümumtəhsil müəssisələrində təhsil alan XI sinif şagirdlərinin siyahısı fotoşəkilləri ilə birlikdə Təhsil Nazirliyinin TİMS – məlumat bazasında yerləşdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, artıq baza üçün hazırlanan məlumatlar nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsinə təqdim edilib.
Xatırladaq ki, Bakının XI sinif şagirdləri fevral ayının 27-də mərkəzləşdirilmiş sınaq imtahanlarında iştirak ediblər. Ardı »
2010-cu il üzrə orta məktəblərdə sınaq və buraxılış imtahanlarının vaxtı
Təhsil Nazirliyinin Şəhərlər üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə şöbəsindən saytımıza bildirilib ki, sınaq imtahanları 2010-cu ilin 28 fevral – 4 aprel aralığında, buraxılış imtahanları isə iyunda keçiriləcək.
Modern.az-ın məlumatına görə , təhsil naziri Misir Mərdanov əsas və orta təhsil kursu üzrə buraxılış imtahanlarının aparılması barədə əmr imzalayıb. Əmrə əsasən, 2009-2010-cu dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən əsas və orta təhsil kursunu bitirməyən Ardı »
“Uşaq Qaynar Xətt” xidmətinin açılış mərasimi keçirilib
Mərasimdə təhsil naziri Misir Mərdanov, “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan, YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər. Təhsil naziri Misir Mərdanov rəmzi açılışı bildirən qırmızı lenti kəsərək xidmətin işinə uğurlar arzulayıb. Sonra QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov xidmətin yaranma zərurəti və bu istiqamətdə görülən işlərlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Ardı »
İnnovativ müəllimlər müsabiqəsinin qalibləri-2010
I-ci yer
İlhamə Əkpərova, 8 saylı orta məktəb
“Çoxbucaqlılar” layihəsi
II-ci yer
Almaz Həsrət, 204 saylı orta məktəb
“Təbiətin məhkəməsi” layihəsi Ardı »
Türkiyənin milli təhsil naziri ilə görüş
Yanvarın 21-də Təhsil Nazirliyində Türkiyənin Bakıda işgüzar səfərdə olan milli təhsil naziri xanım Nimet Çubukçunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. Görüşdən öncə qonaqlar Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin ehtiramla yad edildi. Sonra qonaqlar azadlıq mücahidlərinin uyuduğu Şəhidlər xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət etdilər. Ardı »
Azərbaycanda ali təhsil müəssisələrinin maliyyələşdirilməsi üzrə yeni mexanizm
Azərbaycanda ali təhsil müəssisələrinin maliyyələşdirilməsi üzrə yeni mexanizm tətbiq olunacaq
Azərbaycanda hər bir tələbəyə qənaətlə vəsait təqdim edilməsini nəzərdə tutan ali təhsil müəssisələrinin maliyyələşdirilməsi üzrə yeni mexanizm tətbiq olunacaq. Bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə bildirib. Onun sözlərinə görə, Dünya Bankının (DB) dəstəyi ilə ali təhsilin inkişafı üzrə həmin mexanizmə qoşulacaq layihə hazırlanır. DB layihənin reallaşdırılması üçün kredit ayırmağa hazırdır. Nazir deyib ki, yeni maliyyələşdirmə mexanizmi ali təhsil müəssisələri arasında rəqabət mühitinin yaradılmasına yardım edəcək. Ardı »
Oxunma sayı: 139Təhsil Nazirliyində “Azərbaycan Milli Validеyn-Müəllim Assоsiasiyasının stratеji inkişafı” mövzusunda konfrans
Təhsil Nazirliyində “Azərbaycan Milli Validеyn-Müəllim Assоsiasiyasının stratеji inkişafı” mövzusunda konfrans keçirilib. Konfransda təhsil naziri Misir Mərdanov çıxış edərək, bu qurumun yaranma tarixindən, həyata keçirdikləri mühüm işlərdən və onun fəaliyyətinin əhəmiyyətli olduğundan söz açıb. Nazir bildirib ki, Azərbaycan Milli Validеyn-Müəllim Assоsiasiyasının məqsədi uşağın təlim-tərbiyə prosesində maraqlı olan bütün tərəfləri bir araya gətirərək, onların səylərini təhsilin keyfiyyətinin artırılmasına, təhsil sisteminin təkmilləşdirilməsinə və məktəblərin inkişafına yönəltməkdir. Ardı »
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi
Dekabrın 10-da “Buta” sarayında Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Olim piadada azərbaycanlı şagirdlər doqquz medal qazanmışlar.
On beş yaşlı yeniyetmələr arasında fizika, kimya və biologiya fənləri üzrə keçirilmiş olimpiadada 49 ölkədən 600-dən çox şagird və onların müəllimləri iştirak etmişlər.
Heydər Əliyev Fondunun, İJSO (International Junior Science Olympiad) və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən olimpiadada dünyanın Ardı »
Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumunun imzalanmasına dair mərasim keçilib.
Dekabrın 10-da “Təhsildə Əməkdaşlıq” Proqramı üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumunun imzalanmasına dair mərasim keçilib.
Təhsil Nazirliyində təşkil olunan bu tədbirdə “Microsoft” şirkətinin əməkdaşları, ölkəmizdə İKT sahəsində fəaliyyət göstərən bir sıra qurumların rəhbərləri və digər şəxslər iştirak edib.
Tədbirdə təhsil naziri Misir Mərdanov qeyd edib ki, Təhsil Nazirliyi ilə “Microsoft” şirkətinin Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığı “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na dəstək məqsədilə həyata keçirilir. Ardı »
Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) 80 illik yubileyi
Dekabrın 9-da Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Əvvəlcə mərasim iştirakçıları AMİ-də yeni yaradılmış Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişlər. Rəmzi açılışı bildirən lent kəsildikdən sonra mərkəzlə tanış olan mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara maraqla baxmışlar.
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə həyata keçirdiyi nəhəng layihələrə, elmin və təhsilin inkişafı məqsədi ilə atdığı addımlara həsr olunmuş film nümayiş etdirilmişdir. Ardı »
Misir Mərdanov: “Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının qaliblərinin ali məktəblərə imtahansız qəbul olunacağı ilə bağlı konkret qərar yoxdur”
“Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının qaliblərinin ali məktəblərə imtahansız qəbul olunacağı ilə bağlı konkret qərar yoxdur”. Bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası qaliblərinin ali məktəblərə imtahansız qəbul olunması üçün Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır: “Təhsil haqqında” qanunda olimpiada qaliblərinin ali məktəblərə imtahansız qəbulu nəzərdə tutulsa da, Nazirlər Kabineti hələlik müvafiq qaydaları hazırlamayıb. Ardı »
Misir Mərdanov: “Yaxın vaxtlarda Azərbaycanda elmin inkişafı üçün qrantlar ayrılacaq”
“Yaxın vaxtlarda Azərbaycanda elmin inkişafı üçün qrantlar ayrılacaq. Bu da elmin inkişafına stimul verəcək”. Bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan prezidentinin Elmin İnkişaf Fondunun yaradılması ilə bağlı sərəncamından sonra elmin inkişaf etdirilməsi ilə bağlı şərait daha da yaxşılaşacaq. Nazir deyib ki, ildə bir dəfə elmi konfransların keçirilməsi nəzərdə tutulub ki, bu da gənc alim və tədqiqatçılara dəstək məqsədi daşıyır.
M. Mərdanov bu günlərdə Gürcüstana səfər etdiyini, bu ölkədəki Azərbaycan dilli məktəblərin fəaliyyəti ilə yaxından tanış olduğunu deyib. Ardı »
Oxunma sayı: 116




