Get Adobe Flash player

‘Təhsil Problemləri İnstitutu’ yarlıqlı göndərişlər

Kurikulum mərkəzində ümumrespublika seminarı keçiriləcəkdir

“Şəxsiyyət bütövlüyünün formalaşdırılması məsələləri” mövzusunda ümumrespublika seminarı keçiriləcək.
27 may 2010-cu il tarixdə saat 15:00 – da Təhsil Problemləri İnstitutunun II korpusunda (A.Cəlilov küç. 22, akt zalında) “Şəxsiyyət bütövlüyünün formalaşdırılması məsələləri” mövzusunda ümumrespublika seminarı keçiriləcəkdir. Ardı »

Oxunma sayı: 103

Kurikulum mərkəzində ümumrespublika seminarı

24 fevral 2010-cu il tarixdə Təhsil Problemləri İnstitutunda “Təlim prosesi: ənənəvi və müasir yanaşmalar” mövzusunda ümumrespublika seminarı keçirildi. Tədbiri giriş sözü ilə Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov açaraq seminarın “Təlim prosesi: ənənəvi və müasir yanaşmalar” mövzusuna həsr olunduğunu bildirdi. Və məruzə üçün sözü TPİ-nin elmi katibi prof. Akif Abbasova verdi.  Prof. Akif Abbasov təlim anlayışı, onun mahiyyəti, məzmunu, təlim prosesi nədir, ənənəvi və fəal təlimin xüsusiyyətləri, təlimin əsas təşkilat forması olan dərs və onun funksiyaları,  Ardı »

Oxunma sayı: 158

Yeni fənn kurikulumlarının tətbiqinə dair respublika seminarı

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu bu ilin yanvarından başlayaraq ayda bir dəfə ölkənin təhsil sistemində aparılan islahatlara həsr olunmuş respublika seminarı keçirməyi nəzərdə tutub. Seminarlarda məqsəd islahat çərçivəsində ümumi təhsilin məzmununun yeniləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə, xüsusən də institutun Kurikulum Mərkəzində fənn kurikulumlarının hazırlanması Ardı »

Oxunma sayı: 83

Kurikulumda elan

Elan: “Yeni fənn kurikulumlarının tətbiqi: problemlər, vəzifələr” mövzusunda ümumrespublika seminarı

Təhsil Problemləri İnstitutunun II korpusunda (A.Cəlilov küçəsi, 22, akt zalında) hər ayın sonuncu həftəsinin V günü, saat 15.00-da “Yeni fənn kurikulumlarının tətbiqi: problemlər, vəzifələr” mövzusunda ümumrespublika seminarı keçiriləcəkdir. Təhsil mütəxəssisləri, müəllimlər, dərslik müəllifləri, media işçiləri və digər maraqlananlar iştirak edə bilərlər.

Əlaqə telefonları: 490-51-56; 490 -27 -23. Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutu

Oxunma sayı: 81
Ən yaxşı müəllim
Banner
Sizi xoş gördük, uşaqlar!
Arı bal toplayır
Video dərslər
Təhsil Müsabiqəsi
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010 Участник Всероссийского интернет-педсовета-2010
Sayğac








free counters