Get Adobe Flash player

‘TQDK’ yarlıqlı göndərişlər

Bu ilki məzunların nəticəsi

“Biz hesab edirdik ki, mərkəzləşdirilmiş buraxılış imtahanlarından keçən bu ilki məzunlar qəbul imtahanlarında 200 baldan yuxarı nəticə göstərəcəklər. Mərkəzləşdirilmiş imtahanlardan keçənlər arasında 0-100 bal toplayanların da sayı azalaraq 5-3 faiz ola bilər. Amma qəbul imtahanlarında bu ilin məzunlarının 28 faizi 0-100 bal toplayıb. Bu göstəricilər bizim gözlədiyimiz nəticə deyil”. APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bu il orta məktəbi bitirənlərin yalnız 65%-i ali məktəbə qəbul üçün ərizə verib. Ardı »

Oxunma sayı: 50

Orta ixtisas məktəblərinə ixtisas seçimi elanı

Qəbul aparılan ixtisaslar 3 qrupa bölünür. 2010/2011-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (11 illik) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı dərc olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Qaynar.info-ya daxil olan məlumata görə, orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır. Ardı »

Oxunma sayı: 307

Azərbaycanda bu il 115 min 852 abituriyent test imtahanlarından keçəcək

Azərbaycanda bu il 115 min 852 abituriyent test imtahanlarında iştirak edəcək, – Trend-in məlumatına görə, cümə günü keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib. “Birinci ixtisas qrupu üzrə 37 157, ikinci qrup üzrə 28 883, üçüncü qrup üzrə 32 697, dördüncü qrup üzrə isə 16 116 abituriyent tələbə adı uğrunda mübarizə aparacaq”, – Abbaszadə deyib. Ardı »

Oxunma sayı: 166

Bu günə qədər 115 855 abituriyent sənəd verib

Bu gün 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizələrinin qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Milli.Az xəbər portalına daxil olan məlumata görə, qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 20-dən iyunun 1-dək internet vasitəsilə elektron ərizə doldurub və aprelin 30-dan iyunun 1-dək müvafiq sənəd qəbulu komissiyasına tələb olunan sənədləri təqdim etməklə ərziələrini təsdiq ediblər. Ardı »

Oxunma sayı: 101

Azərbaycanın ali məktəblərinə müsabiqədənkənar daxil olmaq üzrə sənədlərin qəbulu iyunun 1-dən başlanacaq

İyunun 1-dən Azərbaycanın ali məktəblərinə müsabiqədənkənar daxil olmaq hüququna malik beynəlxalq olimpiadaların, dünya və Avropa çempionatlarının qalibləri olan abituriyentlərin sənədlərinin qəbulu başlayır. Bu barədə cümə axşamı jurnalistlərə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, sənədlər həm Bakıda, eləcə də TQDK-nin regional şöbələrində qəbul ediləcək. Ardı »

Oxunma sayı: 95

Pul yığılmasına yol verilməməsi barədə xəbərdarlıq

Azərbaycanda abituriyentlərin sənədlərinin qəbulu üzrə komissiyalara pul yığılmasına yol verilməməsi barədə xəbərdarlıq edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə sənəd qəbulu komissiyalarının sədrlərinə abituriyentlərdən pul yığılmasına yol verilməməsi barədə xəbərdarlıq edib. “Abituriyent ödəmə kartına görə cəmi iki manat ödəməlidir və sənədlərin təsdiqlənməsi prosesində heç bir yığım aparılmır”, Ardı »

Oxunma sayı: 104

TQDK abituriyentlərin sənədlərinin təsdiqi prosesinin başlanma vaxtını təyin edib

Aprelin 30-dan etibarən TQDK-nın saytında elektron ərizələrini doldurmuş abituriyentlər onları müvafiq sənəd qəbulu üzrə komissiyalara təqdim etmək üçün çap edə bilərlər. Trend Life-a verilən məlumata görə Azərbaycanın ali təhsil müəssisələrinə ərizə qəbulu aprelin 20-də başlayıb və 31 maya kimi davam edəcək. Azərbaycan ali təhsil müəssisələrinə daxil olmuş abituriyentlərin sənədləri aprelin 30-dan mayın 31-ə kimi təsdiq olunacaq. Ardı »

Oxunma sayı: 181

TQDK Azərbaycanın 26 şəhərində sınaq imtahanı keçirib

TQDK aprelin 18-də Azərbaycanın 26 şəhərində sınaq imtahanı keçirib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 18-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçirib.
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, bu imtahanda iştirak etmək üçün 30994 abituriyent qeydiyyatdan keçib.
İmtahan Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Ardı »

Oxunma sayı: 154

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanların vaxtı

Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına sənəd vermək istəyən abituriyentlərin nəzərinə!
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə Seçmə tur və qabiliyyət imtahanlarına qeydiyyat 30 aprel tarixindən 31 may 2010-cu il tarixinədək keçiriləcək. Abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün elektron ərizələrini ümumi qaydada təsdiq etdikdən sonra Seçmə turun keçirilməsi və qeydiyyatın aparılması məqsədi ilə müvafiq təhsil müəssisələrində yaradılmış Ardı »

Oxunma sayı: 177

TQDK qəbul imtahanlarının keçiriləcəyi tarixləri elan etmişdir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının günləri təyin edilib. Aşağıdakı cədvəldə qeyd olunan imtahanlar və onlarla əlaqədar tədbirlərin ilkin planı təqdim olunur:
Sınaq imtahanları                                        11, 18, 25 aprel, 16, 23, 30 may, 6 iyun

Türkiyə Respublikasının ali təhsil müəssisələrinə sənəd qəbulu           5-17 aprel Ardı »

Oxunma sayı: 386

TQDK-nın rəsmi internet saytı yenilənib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytının yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilmişdir. Dizayn, quruluş və məzmun baxımından müasir tələblərə cavab verən yeni sayt Komissiyanın fəaliyyətinin ayrı-ayrı istiqəmətlərinin geniş ictimaiyyətə operativ çatdırılmasını, qəbul imtahanları ilə bağlı hərtərəfli məlumatların cəmləşdirilməsini təmin edir. Sayt 11 əsas bölmədən ibarətdir – Komissiya haqqında ümumi məlumatlar bölümü, bakalavr pilləsinə qəbul, Ardı »

Oxunma sayı: 412

Tələbə qəbulu qaydaları təsdiqlənib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-2011-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarını təsdiq edib.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, tələbə qəbulu qaydaları ölkə prezidentinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli fərmanına uyğun olaraq təsdiq edilib. Ardı »

Oxunma sayı: 155

Qəbul imtahanlarında iştirak edəcək nəzarətçilərlə seminar-məşğələlər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirəcək. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, seminar-məşğələlərin məqsədi nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır. Seminarlar TQDK-nın təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarlarda Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən nəzarətçi qismində cəlb olunacaq müəllimlər iştirak edəcək. Ardı »

Oxunma sayı: 137
Ən yaxşı müəllim
Banner
Sizi xoş gördük, uşaqlar!
Arı bal toplayır
Video dərslər
Təhsil Müsabiqəsi
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010 Участник Всероссийского интернет-педсовета-2010
Sayğac








free counters