‘vahid məktəbli forması’ yarlıqlı göndərişlər
Məktəbli formalarının verilməsi prosesi məktəbdən uzaqlaşdırılacaq
“Bakının orta məktəblərində yeni dərs ilindən vahid məktəbli geyiminin tətbiqini dəstəkləyirəm”.
Bu barədə təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) sovet dövründə dövlətin tabeliyində olan tikiş fabrik ilə çox ciddi əməkdaşlıq edir:
“Ən vacib məqam ondan ibarətdir ki, məktəbli formalarının verilməsi prosesi məktəbdən uzaqlaşdırılacaq. Yəni məktəb direktorunun, müəllimin bu işlə əlaqəsi olmayacaq. Valideyn və uşaq gedib həmin fabrikin mağazalarından geyimini alıb məktəbə gələcək”.
Qaynaq: apa.az
Oxunma sayı: 55Gələn tədris ilindən vahid məktəbli geyimi tətbiq olunacaq
2010-2011-ci tədris ilindən Bakının bütün ümumtəhsil məktəblərində vahid məktəbli geyimi tətbiq ediləcək. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqə sektorunun müdiri Zəminə Əliqızı bildirib.
Onun sözlərinə görə, 2008-ci ildə BŞTİ-nin irəli sürdüyü və Təhsil Nazirliyi tərəfindən dəstəklənən ideya artıq vahid məktəbli formasına keçidlə nəticələnir. Hazırda geyimlər tikilir. Vahid məktəbli geyiminin tətbiqinə isə bu ilin mayından start veriləcək.
İlkin mərhələdə paytaxt məktəblərinin ibtidai sinifləri (I – IV siniflər) vahid formaya keçəcək. Ardı »
Oxunma sayı: 126




